Hekayələr. К. Г. Паустовский

Hekayələr - К. Г. Паустовский


Скачать книгу
le>

      TOXUCU NASTYA

      Gecə Alatau dağında güclü tufan qopdu. Göy gurultusundan qorxan iri, yaşıl cırcırama hospitalın pəncərəsindən hoppanıb krujevalı pərdəyə qondu. Yaralı leytenant Rudnev çarpayısında dikəlib uzun-uzadı cırcıramaya və pərdəyə tamaşa elədi. Göyümtül işıqlı, şiddətli ildırım çaxdıqca pərdənin üzərindəki mürəkkəb naxışlar – qabarıq qızılgül və kəkilli xoruz təsvirləri gözə çarpırdı.

      Səhər açıldı. Bayırda tufandan sonrakı sarı səma göz oxşayırdı. Rəfiqələr kimi yanaşı çıxmış iki göyqurşağı zirvələrdə boy göstərirdi. Pəncərə altlığındakı yabanı güllərin yaş ləçəkləri qızmar kömür kimi alışıb-yanırdı. Hava boğanaq idi. Yaş qayalardan buğ qalxırdı. Uçurumda diyirlənən çay daşlarının gurultusu eşidilirdi.

      – Bu da Asiya! – Rudnev dərindən nəfəs aldı. – Amma krujevalı pərdə bizimkidir – şimala aiddir və onu hansısa gözəl bir Nastya toxuyub!

      – Niyə belə düşünürsünüz ki? – deyə soruşdum.

      Rudnev gülümsədi.

      – Leninqrad ətrafında, bizim hərbi batareyada baş vermiş hadisəni xatırladım, – deyə cavab verdi.

      O bu hekayəni danışmağa başladı.

      1940-cı ilin yayında leninqradlı rəssam Balaşov şimal tərəflərə ov etməyə və rəsm çəkməyə getmişdi. Köhnə çay gəmisindən düşüb elə xoşuna gəldiyi ilk kənddəcə məskunlaşmış, kənd müəlliminin evində qərar tutmuşdu. Bu kənddə meşəbəyi atası ilə birgə yaşayan Nastya adlı qız vardı. Kənddə gözəlliyi və yaxşı toxuculuğu ilə ad çıxarmışdı. Nastya bütün şimal qızları kimi sakittəbiətli, qonurgözlü bir qız idi.

      Bir dəfə onun atası necəsə meşədə ov edən Balaşovu ehtiyatsızlıqdan güllə ilə yaralamışdı. Sinəsindən yaralanmış rəssamı tez kənd müəlliminin evinə gətirmişdilər. Bədbəxt hadisədən dilxor olmuş qoca meşəbəyi yaralıya qulluq göstərməsi üçün qızını müəllimin evinə yollamışdı. Beləcə yaralıya qulluq göstərə-göstərə Nastyanın qəlbində ona qarşı saf məhəbbət baş qaldırmışdı. Amma utancaqlığı üzündən sevgisini büruzə verə bilməmiş, rəssam da heç bir şey hiss etməmişdi.

      Balaşovun Leninqradda arvadı var idi, amma o heç vaxt evli olduğu barədə nə kənddəkilərə, nə də Nastyaya bir söz deməmişdi. Kənddə hamı belə hesab edirdi ki, Balaşov subay, tənha adamdır.

      Yarası sağalan kimi Balaşov Leninqrada getmişdi. Yola düşməzdən əvvəl isə gələcəyini qabaqcadan xəbər vermədən Nastyagilin evinə gedərək qıza göstərdiyi qulluğa görə hədiyyə vermiş, Nastya da bu hədiyyəni məmnuniyyətlə qəbul etmişdi. Balaşov ilk dəfə idi ki, şimal kəndlərinə qonaq gəlmişdi, buranın adət-ənənəsindən xəbərsiz idi. Şimalın qayda-qanunları möhkəm və uzunmüddətli olur, yeni zəmanənin təzyiqi altında dərhal sarsılmır. Balaşov haradan biləydi ki, bir kişi qız evinə xəbərsiz gəlib hədiyyə gətirirsə və bu hədiyyə də qəbul edilirsə, kişi həmin qızın nişanlısı sayılır. Bax şimalda məhəbbət belə izhar olunurdu!

      Nastya utana-utana rəssamdan soruşmuşdu ki, Leninqraddan nə vaxt kəndə qayıdacaq. Heç bir şeydən şübhələnməyən Balaşov zarafatyana tezliklə qayıdacağını cavab vermişdi.

      Balaşov getmiş, Nastya da onun yolunu gözləməyə başlamışdı. Qızmar yay ötmüş, rütubətli, acı payız geridə qalmış, amma Balaşov geri dönməmişdi. Hövsələsiz intizar təlaş, məyusluq və utancla əvəzlənmişdi. Kənddə söz gəzirdi ki, Nastyanın nişanlısı onu aldadıb atıb. Amma Nastya deyilənlərə inanmırdı. O əmin idi ki, Balaşovun başına bir bədbəxt hadisə gəlib.

      Bahar da, öz növbəsində, yeni qayğılar gətirmişdi. Bu dəfə yaz çox gec girmişdi. Çay aşıb-daşmışdı, heç kəs sahilə yan ala bilmirdi. Yalnız iyunun əvvəlində ilk gəmi bənd almadan kəndin sahilindən ötüb-keçmişdi.

      Bir gecə intizardan səbri daşmış Nastya atasından gizlincə Leninqrada – Balaşovu axtarmağa yollanmışdı. İki gündən sonra stansiyaya çatan qız burada öyrənmişdi ki, bu səhər müharibə başlayıb. Ömründə qatar görməmiş kənd qızı böyük ölkəni keçib, nəhayət, Leninqrada çatmış və Balaşovun evini axtarıb tapmışdı. Qapını qızın üzünə Balaşovun əynində gecə paltarı, ağzında papiros tutmuş arvadı açmışdı. Çaşqın halda Nastyaya baxaraq Balaşovun evdə olmadığını, Leninqrad ətrafına, cəbhəyə aparıldığını bildirmişdi. Nastya məhz burda həqiqəti – Balaşovun evli olduğunu öyrənmişdi. Deməli, onu aldadıb, sevgisini ələ salıb?.. Balaşovun arvadı ilə söhbət etmək qıza ağır gəlirdi. Bu şəhər mənzilində, ipək örtüklü divanın, səpələnmiş pudranın, zəhlətökən telefon zənglərinin arasında olmaq onun üçün dəhşətli idi.

      Nastya baş götürüb burdan qaçmışdı. Kədərli halda hərbi düşərgəyə çevrilmiş böyük şəhərdə çarəsizcəsinə addımlayırdı. Nə meydanlardakı zenit toplarına, nə qum kisələri ilə əhatələnmiş heykəllərə, nə əsrlər boyu əzəmətini itirməmiş sərin bağlara, nə də təntənəli binalara fikir verirdi.

      Beləcə, Neva çayının sahilinə gəlib çatdı. Qara sulu çay qranit sahillərin səviyyəsinə qalxmışdı. Bax burda, bu sularda dözülməz kədərdən, uğursuz məhəbbətdən xilas olacaqdı. Nastya anasının bir zamanlar hədiyyə verdiyi köhnə yaylığı başından açıb sürahinin kənarından asdı. Sonra sıx hörüklərini hamarlayıb sürahinin buruğuna qalxdı. Elə bu an kimsə onun əlindən tutub saxladı. Qız çevrilib baxdı: qoltuğunda döşəmə silmək üçün şotka tutmuş arıq bir kişi arxasında dayanmışdı. Onun fəhlə paltarına sarı boya çilənmişdi. Kişi başını bulayıb dedi:

      – Belə bir vaxtda düşündüyün şeyə bax, səfeh!

      Trofimov adlı bu fəhlə qızı evinə aparıb liftçi işləyən arvadına tapşırdı. Bu, hay-küylü, qərarlı, kişilərə qarşı hörmətsiz davranan bir qadın idi. Beləliklə, Trofimovlar ailəsi Nastyaya qol-qanad gərdi. Qız uzun müddət xəstə yatdı. İlk dəfə liftçi qadının dilindən eşitdi ki, Balaşovun heç bir günahı olmayıb. Heç kim şimal kəndlərinin adətlərini bilmək məcburiyyətində deyil, üstəlik, qızı qınadı da. Dedi ki, yalnız onun kimi kənd qızları qarşısına çıxan ilk oğlana dəlicəsinə aşiq ola bilərlər. Liftçi qadın onu məzəmmət etsə də, Nastya sevinirdi. Çünki başa düşürdü ki, Balaşov onu aldatmayıb və yenə də onu görmək arzusu ilə alışıb-yanırdı.

      Trofimovu tezliklə cəbhəyə apardılar, Nastya liftçi qadınla tək qaldı. Nastya tamam-kamal sağalanda qadın onu tibb kurslarına yazdırdı. Dərs deyən həkimlər Nastyanın cəld sarğı açıb-bağlamasına, onun incə, amma güclü olan əl və barmaqlarının qıvraqlığına heyran qalmışdılar. “Mən axı toxucuyam”, – deyə Nastya özünə haqq qazandırırmış kimi cavab verirdi.

      Beləcə, mühasirədə olan Leninqradın, gecələri top gurultuları, bombardmanlarla dolu qışı keçib-getdi. Nastya kursu bitirib cəbhəyə göndəriləcəyi günü gözləyirdi. Gecələr isə Balaşovu, qoca atasını düşünürdü. Atası, yəqin ki, ömrünün sonuna kimi qızının niyə gizlincə evi tərk etdiyini anlamayacaqdı. Məzəmmət etməyəcəkdi, bağışlayacaqdı, amma yenə də onu başa düşməyəcəkdi.

      Yazda, nəhayət ki, Nastyanı Leninqrad ətrafındakı cəbhəyə yolladılar. Hər yerdə – dağılmış saray parklarında, xarabalıqlarda, yanğın yerlərində, istehkamlarda, hərbi hissələrdə, seyrək meşələrdə, düzəngahlarda Balaşovu axtarır, onu soraqlayırdı. Cəbhədə təsadüfən evində qaldığı Trofimovla rastlaşdı. Çənədən boş olan bu kişi əsgərlərə öz sevgilisini axtaran bu şimal qızı haqqında danışdı. Qız haqqında söz-söhbət dastan kimi tezliklə yayılmağa, daha geniş vüsət almağa başladı. Bu dastan hərbi hissədən-hissəyə, bölmədən-bölməyə yayıldı. Bunu motosikletçilər, sürücülər, sanitarlar, rabitəçilər yayırdılar. Əsgərlər gözəl qızın axtardığı bu naməlum sevgiliyə həsəd aparırdılar və arxa cəbhədə qoyub gəldikləri öz nişanlılarını, əzizlərini qüssəylə xatırlayırdılar. Hər bir əsgər öz yaxınlarına dinc həyat arzulayır, könüllərində onların xatirəsini saxlayırdı. Rusiyanın şimalından gələn bu qız haqqında bir-birinə danışır, öz təxəyyüllərinin gücü ilə onu daha da bəzəyirdilər. Hər bir əsgər and içirdi ki, Nastya onun həmyerlisidir. Ukraynalılar, sibirlilər, ryazanlılar hesab edirdilər ki, Nastya məhz onun doğma


Скачать книгу