Dələduz. Роберт Вальзер

Dələduz - Роберт Вальзер


Скачать книгу
əsilzadə bir qızdan başqası deyildi. Bəli, bu əsilzadə qız Dələduzu meyidə çevirirdi, amma bu meyid canlı idi, onu dirilik bulağından içmiş kimi həyatla dolu saxlayırdı. Xüsusən axşamlar yatağına yatmadan öncə Dələduz tanrıya dua etmək için diz çökür, bu dualarda sabahların ən böyük görüş ümidləri səmanın yüksəkliklərinə tolazlanır və Dələduz duaların cavablarını almış kimi yeni ümidlərlə büsbütün əhatə olunurdu. Bu ümidlərin sayı sonsuz idi. Mən deyim yüzlərlə, siz deyin yüz minlərlə. Hər halda Dələduz özünü bəxtiyar sayırdı. Və bütün bu gecələri Dələduzun yeganə şahidi dolunay, təzə ay bir sözlə, bütün halları ilə yalnız ay olurdu. Mənsə həmin möcüzəvi yaradılmışı onun öz izni ilə Vanda adlandıracam, bəli Vanda mənim çoxdandır, görmədiyim qızın adıdı. Əgər məlumatlara inansaq, birinci Vanda artıq ərli bir qadındır. İndisə yenidən Dələduza qayıtsaq görərik ki, O, seyrangahların birində gözlərini tez-tez qırpan, müxtəlif yerlərdə yersiz göz-qaş işarətləri ilə insanları əsəbiləşdirən, bununla belə deyim yerindəysə populyarlığın qucağında olan bir dəliqanlı oğlanla tanış olub və bu dəliqanlının çox insanı əsəbləşdirən cəhəti bəzilərinin qəlbinə işləyə bilirmiş ki, Dələduz ona çəkinmədən belə gözlənilməz bir sual verib: “Sizin xidmətçi qızınız ola bilərəmmi?” Əlbəttə dəliqanlı bu sözlərdən əsəbləşsə də, bu qəzəbi elə də üzə vurmayıb, sadəcə qəhrəmanımıza ağlını başına yığması mövzusunda kiçik xəbərdarlıq edib. Ah, bizim bu Dələduz. Dəliqanlını bir dəqiqə də olsun rahat buraxmayan Dələduz. Dəliqanlı ilə bir qalxıb, bir oturan Dələduz. Mən olduqca zəngin səyahət təcrübəsi olan bu dəliqanlının pişik gözü kimi parıldayan xırda yaşıl gözlərini, olduqca biçimli qaydada olan üzünü yox, həmin dəliqanlının dizlərini açığa çıxaran qısa şalvarını xatırlamaq istəyirəm. Yəqin nəyə işarə vurduğumu artıq anladınız. Bəli, bizim bu xidmətçi qız günlərin birində qəfildən, şalvarın qısa olması fürsətindən istifadə edərək dəliqanlının dizlərindən öpmüşdü. Əlbəttə bizim onun bu əməldə günahkar olub olmadığını müəyyənləşdirmək haqqımız yoxdur, amma hər halda bu şahidliyi sizlərə çatdırmadan da keçinməm mümkünsüz idi. Mənə qalsa Dələduz bu əməli ilə hansısa günah iş göməyib və əgər mənim rəyimi soruşsanız deyərəm ki, o bu məsələdə tamam məsumdur. Əgər yenidən Dələduzun gündəlik işlərinə qayıtsaq deyə bilərik ki, o günorta ikidən axşam yeddiyə qədər bu dəliqanlıya xidmətçi qız olmaq şərafətini əzmlə davam etdirirdi. Və insanların bu işlərə baxışları, Dələduzun aşkarda olan bu qulluqları çoxlarının da marağını çəkirdi. Məsələn dayələr bu xidmətçi qız itaətkarlığı göstərən gənci, dəliqanlının buyurqanlığını hər şeyi bilən bir əda ilə qəbul etdiklərini göstərir və bundan sonra da dodaqlarını ironik bir mərhəmətlə əyirdilər.

      İndi isə keçək kitabın əldən-ələ gəzməsi məsələsinə. Deməli, saçları ağarsa da özünü olduqca cavan hesab edən madamlardan biri Dələduza bir kitab hədiyyə etmişdi. Yox, məsələ bu deyil, indi ağlımı işğal edən sayları olduqca çox olan qadın mantiyalarıdır. Görəsən hardan ağlıma düşür bu uzaq fikirlər? Hamısı bir anda yanıb sönən ulduzlara bənzəyir. Onu da deyim ki, Dələduzun ara-sıra özünü Fabris del Donqoya oxşatdığı da bir həqiqətdir. Lütfən bağışlayın məni, deyəsən sayıqlayıram. İzn verin özümə gəlim, izn verin fikirlərimi toplayım. Bəli, bəli, artıq özümdəyəm, artıq hazıram, amma gəlin bu əldən-ələ keçən kitab haqqında sonra danışaq. Onsuz da sonralar bu haqda danışmağa vaxtımız çox olacaq. Mən inanıram ki, bu mövzu bizimçün yolgöstərən bir işığa çevriləcək. İndisə keçək xidmətçi qız və dəliqanlıya. Bəli, Dələduz daha sonra dəliqanlıya evlərinə qədər yoldaşlıq etdi və dəliqanlı axşam yeməyini bitirib, yapon işi kaftanlığı ilə binanın balkonunda görünənə qədər dəliqanlı onu bir xidmətçi qız sadiqliyi ilə gözlədi. Dəliqanlı isə sonrasında öz növbəsində bir çox məsələlərlə yanaşı Dələduza öz əmisinin işlərindən də danışdı ki, buna səbəb də dəliqanlının həmin dövrlərdə müvəqqəti olmaq şərtilə əmisinin və onun ailəsinin yanında yaşamağa başlaması idi. Əlbəttə, sizə bütün bu danışıqlar məzmunsuz və darıxdırıcı gələ bilər, amma mənə inanın ki, bu söhbətlərdə ziyanlı bir tərəf yoxdur. Sözün qısası, bu xırdalıqlarla əldən-ələ gəzən kitab mövzusunu arxada buraxmağım yaxşı oldu. Üstəlik indi bu xidmətçi qız məsələsi ilə də sağollaşmaq istəyirəm, onsuz da bu barədə həddən artıq çərənləmişəm. Xülasə, Dələduzun bir müşavirin oğlu olduğu mətləbini sizə çatdırmaq istəyirəm. Bəli, qəhrəmanımız deyərkən gənc yaşlarından evini və ailəsini tərk edib, müxtəlif ayaqaltı işlərlə başını qatan, özünün güclü dəyərlərə, əsl-nəcabətə malik ailəsini nadirən xatırlayan, özünü heç bir zaman tanımaq imkanı olmayan birisindən, hələ dörd yaşındaykən anasının nəzarəti altında not dərsləri alan birindən söz açırıq. Görünən odur ki, anası ona fövqəladə bir şəfqətlə yanaşmışdı. Mən bunu özümdən demirəm, Dələduzun bu gün belə anasının rəsminə ibadət edər kimi baxması bu sözlərin sübutudur. Və bizim bu Dələduzun çoşqun irmaq kimi qaynayan yeniyetməlik dünyası, həmin dünyanın içərisində axan yaşıl sulu çaylar, əbədiliyin və gəncliyin, tarixin və sonsuzluğun qoynunda bir-birinə qarışan, qaynayıb çoşan başqa çaylar. Ah, bizim bu Dələduzun iç dünyası necə də genişdir. İndisə uzun dərvişanə həyatın ardından, kürəyini yamaclarına söykədiyi bir kənddə, oxucusu olan bir qadını ona göstərdiyi sədaqətdən ötrü əlini sıxmasından sonra özünü axşam vaxtı bir keşişin evində qonaq olaraq tapan Dələduza baxın. Keşişin qızı ona müxətif fotolar göstərir. Keşişin arvadı davranışlarında bir inamsızlıq sezsə də, qızının bu qonağa qarşı olan diqqətini özüyçün aydınlaşdırır, qonağa qarşı olan şübhələrini zehnin bir küncünə tullayaraq, özüyçün yenidən zəngin bir malikanənin, qızının hesbaına qazanılmış malikanənin xəyallarını qurur. Ah, necə inamsızlıqlar necə inanclar, necə dərinlərdən necə qalxanlar çıxır bir bilsəniz. Amma indi bunları danışmağın vaxtı deyil. Yeni mövzular dalğalarla yaddaşıma hücuma keçməkdədir.

      Dələduzun zehnini işğal edənlər arasında onun şəhərin məzarlığında uyuyan iki qardaşını da misal çəkmək olar. Düzdür onların xatirəsinin Dələduza əzab verdiyini tam dəqiqliklə iddia edə bilmərik, amma burası doğrudur ki, onları xatırlamaqla arabir qəhrəmanımız özünü qəhərli bir ruh halının içində tapır. Əlbəttə bəziləri düşünə bilər ki, mənim bu sözlərimdə daşürəklilik var. Mən bu iradlara tam səmimiyyətimlə təslim olmazdan öncə onu deməliyəm ki, Dələduz valieynlərinin soyuq təsiri nəticəsində duyğulu, emosional davranışlara, nitqlərə qarşı xeyli yadlaşmış bir uşaqlıq keçirib. Həqiqətən də onun uşaqlığı laqeydlik divarlarının əhatəsində keçib. Çoxuşaqlı ailələrdən bu cür uşaqlıq keçirənləri xatırlamanızı istəyirəm. Hərçənd yuxarıdakı sətirlərdə piano dərslərindən danışmaq kimi ucuz bir həvəsə qapılmışdım. Amma mənim bu söylədiklərim həqiqətən gerçək idimi? Yəni Dələduza anası həqiqətən piano dərslərində şəfqət göstərmişdimi? Bunu heç özüm də bilmirəm. Bununla belə Dələduzun ailəsi və mənşəyi haqqında da daha çox danışmaqdan qaçınacam. Bu hərəkətimdən dolayı özümə qarşı yaratdığım sayğıya qapılıb izninizlə indi Cenevrə küçəsini və


Скачать книгу