Ölüm cəzası. Коллектив авторов

Ölüm cəzası - Коллектив авторов


Скачать книгу
>

      ÖLÜM

      CƏZASI

      cib kitabları sisiləsi – 7

      1

      İÇİNDƏKİLƏR

      Edqar Allan Po

      Morq küçəsində qətl ........................................... 3

      Artur Konan Doyl

      Brilyant tac ......................................................... 67

      Göy yaqut .......................................................... 87

      Aqata Kristi

      Baş nazirin oğurlanması ................................ 108

      Corc Simenon

      Ölüm cəzası ..................................................... 148

      2

      Edqar Allan Po

      MORQ KÜÇƏSİNDƏ

      QƏTL

      Tərcümə: Səfər İsgəndərov

      3

      Dəniz pəriləri necə mahnılar oxudular, yaxud Axilles qadınlar arasında gizlənəndə

      özünə hansı adı uydurdu – bunlar dolaşıq su-allardır və burada nə isə bir müəmma var.

      Ser Tomas

      Braun

      İnsan zəkasının həyat hadisələrini təhlil etmək qabiliyyəti az öyrənilir. Biz insanın qabiliyyətinə yalnız gördüyü işin nəticəsinə görə

      qiymət veririk. Məlumdur ki, qeyri-adi iste-dadlı bir adam üçün təhlil etmək bacarığı əsl həzz mənbəyidir. Güclü adam qüvvəsilə qür-rələnib əzələlərini işlətməyə vadar edən məşq-lərdən ləzzət aldığı kimi, analiz edən şəxs də

      mənəvi fəaliyyətində dolaşıqları açması ilə

      öyünür, onun istedadını fəaliyyətə gətirən ən əhəmiyyətsiz məşğuliyyətindən həzz alır. O, tapmacalar, müəmmalar və başsındırmaların vurğunudur. Çətin məsələlərin həllində müəyyən bacarıq nümayiş etdirir. Bu da adi zəka sahibi üçün az qala qeyri-təbii görünür. Məhz 4

      müəyyən metod sayəsində bu cür keyfiyyət başqalarına bəşər övladının duyma qabiliyyə-tinin möcüzəsi təsirini bağışlayır.

      Mühakimə etmə qabiliyyəti riyazi sava-dın, xüsusilə də onun ali bölməsi sayəsində

      xeyli möhkəmlənir. Bu bölmə yanlış olaraq əməliyyatın əks təsiri üzündən, necə deyərlər,

      “parexcellence” analiz adlanır. Bununla belə, hesablamaq öz-özlüyündə analiz etmək deyildir. Məsələn, şahmatçı analizə cəhd göstər-məyərək hesablama aparır. Buradan belə bir nəticə çıxır ki, zehin üçün son dərəcə xeyirli olan şahmat oyunu haqqında təsəvvür tam anlaşılmazlıq üzərində dayanır. Mən heç də

      elmi əsər yazmıram, sadəcə olaraq, təsadüfi müşahidələrimin nəticəsində yazmaq istədiyim, bir qədər qeyri-adi görünən hekayəmə

      müqəddimə verirəm. Buna görə də, fürsətdən istifadə edərək bildirirəm ki, çox da çətin olmayan dama oyunu daha dərindən düşün-məyi tələb edir, zehni inkişaf etdirmək üçün xəyali incəlikləri olan şahmat oyununa nisbətən daha mürəkkəb və faydalı məsləhətlər verir. Şahmatda fiqurların müxtəlif və qəribə gedişləri var. Bu mürəkkəblik (bildiyimiz kimi 5

      tez-tez olur) səhvən dərinlik kimi qəbul edilir.

      Burada bütün diqqət oyuna yönəldilir. Diqqətin bir anlığa zəifləməsi səhvə gətirib çıxarır və ya məğlubiyyətlə nəticələnir. Şahmatda mümkün olan müxtəlif gedişlər eyni dərəcədə

      qiymətlidir. Buna görə də səhvlər getdikcə ar-tır və on oyundan doqquzunda diqqətini daha yaxşı cəmləşdirən şahmatçı qalib gəlir. Dama oyununda isə əksinə olur.

      Burada gedişlərin məhdud və az variantı var. Səhv etmək ehtimalı azalır, diqqət bir o qədər rol oynamır. Fərasətli oyunçu müvəffəqiyyət qazanır. Əyanilik üçün gəlin bir dama oyununu təsəvvürümüzə gətirək. Burada da-maların sayı dörddür və heç bir diqqətsizliyə

      yol verilmir. Aydındır ki, burada qələbəni (oyunçular bərabər səviyyəli olduğundan), beynini var qüvvəsi ilə işə salan oyunçu incə

      bir gedişlə əldə edə bilər. Adi imkanlardan məhrum olan şəxs çalışır ki, rəqibinin fikirlərini öyrənsin, dərhal özünü onun yerində hesab edir, çox vaxt bir baxışdan yeganə yolu (bəzən ən sadəsini) seçir, bu da onu səhv he-sablamaya sövq edir. Vist kart oyunudur, insanın hesablama qabiliyyətinə onun təsiri çox-6

      dan məlumdur; bu da məlumdur ki, böyük zəka sahibləri vistə qarşı izaholunmaz dərəcədə meyil göstəriblər, şahmata isə əhəmiyyətsiz bir əyləncə kimi məhəl qoymayıblar.

      Buna şübhə ola bilməz ki, heç bir başqa oyun analiz üçün bu qədər qabiliyyət tələb etmir.

      Dünyada ən yaxşı şahmatçı yalnız şahmatçı olaraq qalır, halbuki vistdə məharətli oyun insan fəaliyyətinin daha vacib sahələ-rində qələbə çalmaq bacarığı ilə birləşir, burada zəka ilə yarışır. “Məharətli oyun” dedikdə

      kamilliyin ali dərəcəsini nəzərdə tuturam; bu vaxt, oyunçu qələbəyə gətirib çıxaran bütün fəndlərə yiyələnmiş olur. Bu fəndlər nəinki saysız-hesabsızdır, eyni zamanda rəngarəng-dir, insan fikirlərinin elə dərinliklərində özünə

      məskən salır ki, orta qabiliyyətli oyunçu üçün əlçatmaz olur. Kim diqqətlə müşahidə edirsə, yaxşı da yadında saxlayır. Beləliklə də diqqətini bir yerə cəmləyən şahmatçı vist oyununda qələbəyə daha çox ümid bəsləyə bilər, çünki Hoylun* təlimatı (sadə oyun mexanizminə

      əsaslanır) hamı tərəfindən kifayət dərəcədə

      başa düşülür. Möhkəm yaddaşı olmaq, təlimatda göstərilən qaydalara əməl etmək visti 7

      yaxşı oynamaq üçün hamının vacib hesab etdiyi məsələlərdir. Ancaq analiz edən şəxsin bacarığı məhz təlimatda nəzərdə tutulmayan hüdudlarda özünü büruzə verir. O öz-özlüyündə saysız-hesabsız nəticələr çıxarır və müşahidələr aparır. Onun oyundaşı da, bəlkə be-lə hərəkət edir. Rəqiblərin bir-birini öyrən-dikləri müddətdə əldə edilmiş məlumatdakı müxtəliflik, çıxarılmış nəticələrin doğruluğun-dan çox, aparılmış müşahidələrin keyfiyyətin-də özünü göstərir. Əsas məsələ nəyi müşahidə

      etməkdir. Oyun əsas məqsədi olmasına baxmayaraq özünü heç nə ilə məhdudlaşdırmır, uzaq göstərişlərdən belə çəkinmir. O, rəqibinin üzünün ifadəsinə fikir verir, kartları əlində necə tutmasına diqqət yetirir, kozırın kozır və valetin valetdən sonra çıxmasını çox vaxt oyundaşının baxışlarından başa düşür. Oyun davam etdikcə onun hərəkətlərini izləyir, üzünün cizgilərində bir-birini əvəz edən peşman-çılıq, ya sevinc, əminlik, ya təəccüb ifadə edən dəyişiklik görür və saysız-hesabsız nəticələr çıxarır. Rəqibin kartları stolun üstündən özünə tərəf çəkdiyini görəndə onun sonrakı kartları da götürəcəyini anlayır, kartın necə atıl-8

      dığından başa düşür ki, rəqibi hiylə işlədir və

      gedişi gözdən pərdə asmaq üçün edib. Təsadüfi və ya diqqətsizlik üzündən deyilmiş bir söz, təsadüfən düşmüş və ya açılmış kart (bir qayda olaraq ehtiyatla və sakitcə gizlədilir), vurulmuş kartların hesablanması və onların düzülüşü, çaşqınlıq, tərəddüd, səbirsizlik və

      ya qorxu, bir sözlə analiz edənin duyma qabi-liyyətindən heç nə yayınmır: iki-üç gedişdən sonra kimin əlində hansı kartların olduğunu təsəvvür edir. Elə inamla oynayır ki, yerdə qalan


Скачать книгу