Xosrov və Şirin. Низами Гянджеви

Xosrov və Şirin - Низами Гянджеви


Скачать книгу
adələşdirilmiş)

      XOSROV VƏ ŞİRİN DASTANININ BAŞLANMASI

      Kəsra bəxtinə zaval gələn zaman Hörmüz şahlıq taxtına çıxdı. O, tez bir zamanda ədaləti ilə məşhurlaşdı. Adı dildən-dilə dolaşırdı. Nəsli itməsin deyə Allahdan bir oğul istədi. Niyyətinə çatmaq üçün xeyli nəzir verdi, qurbanlar kəsdi. Nəhayət, Allah ona bir oğul lütf elədi. Övlad nə övlad! Sanki bir dəniz incisi, nurlu çıraqların birincisi idi! Bəxti gözəl idi, xoşbəxt doğulmuşdu. Taxt-tac ona gözəl yaraşırdı. Atası onun istedadını görüb adını Xosrov Pərviz qoydu.

      Xosrovun gülüşü səhərdən gözəl, görünüşü günəşdən qəşəngdi. Dodağında südə həvəs duyaraq şəkər və südlə bəslədilər. Hər gün şahın yanına gətirib gültək əldən-ələ ötürərdilər.

      Bəxti hər il yaşını artırdıqca o gənc başını biliklə doldururdu. Elə ki beş yaşına çatdı, hər kəsə baxıb ibrət götürərdi. Yeddinci ilə ayaq qoyan zaman güllərə müşk saçırdı. Günləri boş keçməsin deyə şah onu bir mürəbbiyəyə tapşırdı.

      Bu söhbətdən bir xeyli keçdi. Xosrov hünərdə dillər əzbəri oldu. Sözünün şöhrəti hər yana düşdü. Aqil və huşyar adamlar onun yanında danışmağa ehtiyat edərdilər. Gözü tükü tükdən seçirdi. Doqquz yaşa çatanda artıq oyun oynamağı buraxıb qolunu şir üstə sınadı. On yaşa çatanda otuz yaşlıları heyran qoymağa başladı. Elə ki yaşı on dördü aşdı, onda hər şeyə qarşı maraq oyandı. Dünyada yaxşı-yamanı seçməyi bacardı.

      Büzürgümüd adlı bir alim vardı. Yer üzünü qarış-qarış gəzmiş bu alim müdrikliyi ilə göylərə ucalmışdı. Göyün xəzinələri ona açıqdı. Qoynuna “Sirlər evi” desəm, yanılmaram. Xosrov gizlicə ona yaxınlaşıb bilik almaq üçün ağız açdı. Onun təlimindən könlü nurlandı. Ondan bir çox hikmət öyrəndi. İşi hər zaman şahına xidmət etmək idi. Şahın qulluğundan heç zaman əskik olmazdı. Şah onu nəinki dünyadan, hətta öz şirin canından da artıq sevərdi.

      Oğlunun ömrü uzun olsun deyə hər şeyə hazır idi. Öncə zülmə yox dedi. Carçıya əmr etdi:

      – Carçı, çağır! Bütün aləm eşitsin ki, kim zülm eləsə, cəzasını alacaq. Əgər bir at gedib bir tarlaya girsə, biri bağdan meyvə, gül oğurlasa, birisi naməhrəm qadına baxsa, bir gözəl evinə yad adam buraxsa, ən ağır cəzama düçar olacaq.

      Şah ədalətdə qüsursuzdu, ona görə də gözlər daim kədərsiz, könüllər tox, yer üzü isə abad oldu. İnsanlar zülmdən azad oldular.

      XOSROVUN ŞİKAR ZAMANI BİR KƏNDLİNİN EVİNƏ GETMƏSİ

      Günlərin bir günü Xosrov səhər erkən çölə çıxdı. Könlü çox şən idi. Ovladı, quşladı… çoxlu kəmənd atdı. Uzaqdan çox səfalı bir kənd göründü. Kəndin hər tərəfi çöl, çəmən idi. Xosrov bu çəməndə atından endi. Bir ev istədi. Dedi:

      – Bir məclis düzəlsin, kef edək.

      Yoldaşları ilə işrətə əyləşib, səhəri əldə piyalə açdılar. Musiqiyə qulaq asdılar.

      Atlarından biri gün çıxan zaman göy bir tarlaya girib ot yemişdi. Bir qulam isə gecə gizlicə bağa girib bir qora üzmüşdü.

      Gözü götürməyən bir nəfər tələsik sultana xəbər apardı:

      – Dünən gecə Xosrov əmri pozaraq şahın əmrinə qarşı çıxmışdı. Atı kəndin varını kor qoyub. Qulu bağın qoralarını dərib. Gecə bir yoxsulun evini tutub. Çəngi hər tərəfə gurultu salıb. Şahzadə yox, başqası etsə idi, şah onun varını alardı. Yüz damar kəsib çoxlu qan alan adam öz damarını kəsəndə əli titrəyər.

      Şah buyruğu ilə adamlar xəncər çəkib atın ayağını qələm etdilər. Qulam qora sahibinə qul verildi. Xosrovun taxtı kef çəkdiyi evin sahibinə hədiyyə edildi. Çənginin dırnaqlarını, çəngin tel qatarını qırdılar.

      Əvvəllər doğma bir övlada belə ədalətlə cəza verilirdi. İndi o ədalət, o insaf hanı? Hanı o ədalət ki, hökmdar öz övladına belə cəza verməkdən çəkinməyə. İndi yüz yoxsulun qanı tökülsə, nahaq qan tökənə cəza verən varmı?

      … Qayıt, Nizami, əfsanəyə qayıt. Nəsihət quşunun səsi çox pis olur. Onu eşitmək hamıya xoş deyil.

      HÖRMÜZÜN XOSROVU CƏZALANDIRMASI

      Başına gələn cəzanı görcək Xosrov düşüncəyə, fikrə daldı. Anladı ki, tutduğu iş yaramazdır. Atası ona çox haqlı cəza vermişdir. Əli ilə başına vurdu, ah çəkdi. Onu bu günah rahat qoymurdu. Bir neçə qocadan xahiş elədi ki, onu şahın hüzuruna aparsınlar. Bəlkə, şah onun bu üzrünü xoşlayıb günahını bağışlayar.

      Ələ qılınc aldı, kəfən geyindi. Yanıqlı şivən aləmə yayıldı. Qocalar qabaqda gedib üzr istəyir, Xosrov isə dalda gedir, yarpaq kimi əsirdi. Taxt önündə durub ağladı, müqəssirlər kimi torpağa düşdü:

      – Şahım, bundan artıq məni incitmə, böyüksən, mən kiçik bəndəni bağışla. Azğın övladını yenə əzizlə. Bundan artıq qəzəbinə dözməyə tabım yoxdur. Bu boynum, bu da xəncər. Əgər günahkaramsa, boynumu vur. Hər dərdə dözərəm. Təki sən oğlundan narazı qalma.

      Xosrov son dəfə sözünü deyib, yenə yerə sərildi. Onun bu hərəkətini görənlər riqqətə gəlib hönkür-hönkür ağladılar. Hönkürtü səsləri aya yüksəldi. Şah da onlara qoşulub ağladı.

      O nazla bəslənmiş azyaşlı uşaq işlərində bax beləcə incə idi. Övladın taleyi ona yar olsa, ata da sevincindən bəxtiyar olar. Övladın sənə nə eləsə, onu öz övladından da görəcək.

      Elə ki şah Hörmüz övladını belə zəkalı gördü, bildi ki, onun bu işi Allahdandır. Oğlunun başını öpərək onu oxşadı. Bütün qoşunun fərmanını ona verdi.

      XOSROVUN BABASINI YUXUDA GÖRMƏSİ

      Xosrov Allaha ibadət etdikdən sonra yatmağa hazırlaşdı. Çox yorğun olduğu üçün tezliklə yuxuya getdi. Xosrov yuxuda babasını gördü. O söyləyirdi:

      – Ey nurlu günəşim! Dörd əziz şeyin əlindən çıxdı. Qoy dörd yeni müjdədən xəbər verim. Sənə elə gözəl yar olacaq ki, diyar ondan şirinini görməyib. Şəbdiz adlı yerişi iti və qıvraq olan qara atın olacaq. Əlinə şahanə təxt keçər. Sənə Barbəd adlı çalğıçı hədiyyə edəcəklər. Onun sayəsində məclisində zəhər şərbətə çevriləcək. Bunlar sənin üçün dörd daş əvəzində dörd qızıl, dörd muncuq əvəzində dörd gövhər olacaq.

      ŞAPURUN ŞİRİNİ TƏRİFİ VƏ XOSROVUN ONA AŞİQ OLMASI

      Xosrovun Şapur adlı rəssam bir dostu vardı. Məğribdən Lahura qədər tamam gəzmişdi.

      Bir gün Xosrov Pərvizin önündə baş əyib yeri öpərək dedi:

      – Aləm durduqca qarşında baş əysin! Aylar, illər ömründə xoş keçsin! Altı tağ cahanda çox gəzmişəm. Çox şeylər görmüşəm, çox şey sezmişəm. Dərbənd dənizinin bir sahmanında, dağlar yanında bir gözəl ölkə var. Qoşunu İsfahanacan yayılıb. Arrandan Ərmənə qədər onun fərmanına boyun əyirlər. Min bir dik qalası göy dağlardadır. Kim bilir, nə qədər xəzinəsi var?! Mal-qarası bütün dünyanı tutub, sayı quşdan və balıqdan artıqdır.

      Hökmdarının əri yoxdur, özü məsud dolanır. Gecəsi, gündüzü xoş keçir. Adı Şəmiradır. Bu gözəl adın mənası böyükdür. Cürətdə kişilərdən geri qalmaz. Böyük olduğundan Məhin Banu adlanır.

      Gün keçib yeni bir fəsil gələndə o, özünə yeni bir mənzil qurur. Gül fəslində mənzilini Muğanda, yay zamanı isə Ərmən torpağında qurar. Elə ki yay ötüb payız gəlir, Abxazda ov üçün kəmənd atır. Bərdənin havası çox mötədil olduğu üçün hər il qış fəsli bura gəlir. Dörd fəsli beləcə başa vurur. Vaxtını əbəs yerə keçirməz. Oyuna, şadlığa həvəs göstərir.

      Bu zindana bənzər dünyada gözünə çıraq yalnız bir qardaşı qızıdır. O qədər gözəldir ki, sanki bir pəridir. Pəri yox, bir aydır. Başına kəlağayı bağlayan qəhrəman bir qızdır. Gözləri dirilik suyunu xatırladır. Gecəni aytək nurlara qərq edən bu gözəlin boyu gümüş xurma ağacı, saçları isə xurma dərən bir cüt zəncini xatırladır. Dodaqlarının dadı şəkər


Скачать книгу