Seçilmişlər. Cığatel İsaqızı

Seçilmişlər

Год выпуска: 0

Автор произведения: Cığatel İsaqızı

Серия:

Жанр:

Издательство: ЖекаПринт

isbn: 978-9952-8260-6-7

Краткое описание:

Kitaba xanım-şairənin müxtəlif səpkili şeirləri toplanıb. Öz orijinallığı ilə seçilən şeirlərdə ön sırada yenə də Vətənə məhəbbət, insanlara sevgi dayanır. Cığatel İsaqızı klassik aşıq yaradıcılığından bəhrələnsə də poeziyasında həmişə “özü olmağa” can atır və buna əksər hallarda nail olur. Dilinin aydınlığı, sadəliyi ilə seçilən xanım-şairə öz şeirləri ilə 20 yanvar şəhidlərinə yas tutur, Xocalı faciəsini unutmur, Azərbaycan qadınını, onun vəfa və sədaqətini vəsf edir. Vətən bildiyi Anasına sevgilərini, yurd məhəbbətini şeirə çevirir, Uca Tanrıya xitab edərək sonda ona sığındığını söyləyir. Kitabda müəllifin qıfılbənd və deyişmələri də yer alıb. Cığatellə Zəlimxan Yaqubun, İbrahim İlyaslının, Tağı Sadiqin, Aşıq İmaməlinin qıfılbəndləri, Aşıq Şəhadətlə, Hacı Loğmanla, Pərvanə Zəngəzurlu deyişmələri oxuculara təqdim olunub. Düşünürük müəllifin bu kitabında yer alan əsərləri poeziya həvəskarlarının stolüstü kitabına çevriləcək..