Dünya tarixinin Turan Dövrü. Ələsgər Siyablı

Dünya tarixinin Turan Dövrü - Ələsgər Siyablı


Скачать книгу
imim

      Əbülfəz Elçibəyin əziz xatirəsinə həsr edirəm.

      Köhlən nəşriyyatı

      Buraxılışa məsul: Nizami Əlisoy

      Elmi redaktorlar: F.ü.f.d., dosent Aydın Qasımlı.

      F.ü.f.d., dosent Arif Acaloğlu.

      Korrektor: Gülər Uğur

      Mətn tərtibatı: Yusif Əsgər

      Yekun oxunuş: Nizami Əlisoy

      Ələsgər Siyablı. Dünya tarixinin Turan dövrü (Tarixi xülasələr və tarixşünaslıq). Elmi araşdırma.

      Bakı, “Köhlən” Nəşriyyatı – 2021, 635 səh.

      © Ələsgər Siyablı / 2021

      © Köhlən Nəşriyyatı / 2021

      Giriş

      Türk Turandan gələ Xan ola,

      Tüm acun Turan ola, Türk ola.

      Qədim dünya tarixinin Turan dövrü fikri Qədim Şərq və eləcə də qədim dünyanın erkən tarixinin və mədəniyyətinin araşdırılmasına çox saylı əsərlər həsr etmiş Avropanın XVIII–XIX əsr tarixçi, arxeoloq, antropoloq və linqvist böyük bilim adamlarına məxsusdur. Onlar qədim mixi və heroqlif yazı mətnlərinə, arxeoloji, linqvistik və etnoloji elmi dəlillərə əsaslanaraq ari və sami irqlərinin tarix səhnəsinə qədəm qoymasından öncə min illər ərzində dünyanın Turan tayfaları yəni öntürk turlar tərəfindən məskunlaşdırılmış olduğunu və dünya mədəniyyətinin ilk rüşeymlərinin əsasının dünyanın ilk mədəni sakinləri olan turanlılar tərəfindən qoyulduğu fikrini irəli sürmüşlər. Mixi və heroqlif yazı sisteminin kəşf edilməsinin, metal emalı və dəmirin kəşfinin, ilk arxitektura abidələri və şəhərsalma ənənəsinin, meqalit və tumulların, heyvanların və o cümlədən atın əhliləşdrilməsi və bəslənməsinin əsasının dünyanın ən qədim irqi olan turanlılar tərəfindən qoyulması haqqında XVIII–XIX əsr Avropa tarixçilərinin, linqvist və etnoloqlarının görüşləri onların irəli sürdükləri Turan nəzəriyyəsində öz əksini tapmışdır.

      Avropanın və o cümlədən çar Rusiyasının hakim dairələri öz işğalçılıq siyasətlərinə haqq qazandırmaq üçün bəşər uyqarlığının əsas yaradıcılarının arilər olduğu haqqında ariçilik nəzəriyyəsini ortalığa atdılar. Elmin, incəsənətin, fəlsəfənin, ədəbiyyatın və bütövlükdə bəşəriyyətin əldə etmiş olduğu dəyərlərin meydana çıxması və inkişafını arilərin, yəni avropa xalqlarının tarixi nailiyyətləri kimi qələmə verən ariçilik və ya aryanizm nəzəriyyəsi faşist Almaniyasının dünya ağalığı uğrundakı mübarizəsinin əsas ideoloji silahına çevrilmişdi. İkinci Dünya müharibəsindən sonra tarix elmində vəziyyət köklü dəyişikliyə məruz qaldı. Ariçilik nəzəriyyəsinin irqçilik mahiyyəti Yəhudi elmi və milliyətçi dairələrinin kəskin tənqidinə və ittihamlarına məruz qalaraq iflasa uğradı. Avropanın imperialist təmayüllü elmi və siyasi dairələri ariçilik terminini hind-avropalı termini ilə əvəz etdilərsə də, onun mürtəce və şovinist mahiyyəti dəyişilməz qaldı. Turan nəzəriyyəsinin milliyətçi bir görüş kimi dəyərləndirildiyi və avropasentrizmin hakim olduğu müasir tarix elmində bu nəzəriyyənin təkzib edilməsinə doğru yönəlmiş geniş bir cəbhədə hücumlar təşkil olundu. Ari və ya artıq bu dövrdə adlandığı kimi hind-avropa irqinin üstünlüyü haqqındakı görüşləri əks etdirən Avropasentrizm və ya Avropamərkəzçilik nəzəriyyəsi tarix elmində hakim ideologiyaya çevrildi. Arilər və samilər tarix səhnəsinə qədəm qoymadan öncə turanlı Ön Türk etnosunun min illər ərzində Yer kürəsini məskunlaşdıran və həyatın müxtəlif sahələrində ilk mədəniyyətin rüşeymlərini yaradan əsas irq olduğu haqqında XVIII–XIX əsrin böyük tarixçiləri, assuroloq, etnoloq və arxeoloqları H. Rauilson, E. Hinks, E. Norris, Y. Oppert, F. Lenorman, B. Landsberqer, F. Hommel, Klaprot, S. Kramer, C. Ferqusson, F. Molon, Eberhard, Mordtmann, Q. Maspero, M. K. Nibur, E. Eykştadt, R. Pumpanelli, A. Unqnad və digərlərinin yazmış olduğu əsərlər və gəldikləri elmi nəticələr görməməzlikdən gəlinərək laqeydcəsinə tarixin arxivinə gömüldü. Tarix elminin bütün sahələri saxtalaşdırmalara və təhriflərə məruz qalaraq qədim turanlı öntürklərin bəşər tarixində oynadıqları önəmli rolun izləri silinməyə çalışıldı. Tarixin və mədəniyyətin bütün sahələrində tarixən əldə olunmuş nailiyyətlər öncə arilərin sonra isə samilərin adına yazıldı. XX əsrin ikinci yarısında imperialist dairələrin ideoloji silahına çevrilmiş hakim avropasentrizm nəzəriyyəsinin başlıca vəzifəsi dünya mədəniyyətinin ilk yaradıcıları olan, turanlı mənşəyə malik olduqları elmi dəlillərlə təkzib edilməz şəkildə sübut olunmuş sumerlərin turanlı kökünü inkar edən uydurma nəzəriyyələrə həsr olunmuş saysız hesabsız kitablar nəşr olundu.

      Biz kitabın müxtəlif bölümlərində Turan tarixini, qədim öntürk turan tayfalarının ilk olaraq məskunlaşdıqları ölkələrin gerçək tarixini keçən yüzilliklərdəki Avropa tarixçilərinin elmi faktlarla zəngin, lakin bilərəkdən unudulmuş əsərlərindəki tarixi, linqvistik, arxeoloji və etnoqrafik dəlillərə istinad edərək şərh etməyə çalışacayıq. Biz inanırıq ki, müasir oxucuların geniş kütləsinə məlum olmayan, bir çox Avropa xalqlarının dilində nəşr olunmuş və yalnız arxivlərdə saxlanılan həmin əsərlərin məzmunu ilə tanışlıq gələcəkdə onlardan geniş istifadə etməklə Turan və Ön Türklərin tarixi haqqında daha dolğun və əhatəli əsərlərin yazılmasına səbəb olacaqdır.

      Turanlılar adlanan öntürk (prototürk və ya qədim türklər) super etnosunun və onların ana yurdu olan Turanın tarixi bəşər tarixinin ən önəmli və ən qədim dövrünü təşkil edir. Hələ XVIII–XIX əsrlərdən etibarən Turların yəni Öntürklərin və onların vətəni Turanın qədim tarixi linqvistik, arxeoloji, etnoqrafik cəhətdən araşdırılmış və bu araşdırmaların nəticələrini özündə əks etdirən çoxsaylı əsərlər dərc edilmişdir.

      Rus-sovet və müasir rüs tarixçilərinin böyük əksəriyyəti və bir çox qərb bilim adamları Turanın mövcudluğunu gerçək tarixi hadisə kimi deyil İran dilli dastan və rəvayətlərində əks olunmuş xəyali və əfsanəvi bir anlayış kimi təqdim edirlər. Lakin Avropanın görkəmli bilim adamı assuroloq, antropoloq və arxeoloqları Turanın tarixinin araşdırılmasına çoxlu əsərlər həsr etmiş və elmi faktlara söykənən dəyərli məlumatlar vermişlər. Avropanın arxivlərində mövcud olan bu əsərlərin bir çoxunun istifadəsi sovet dövründə qadağan olunmuş əsərlər siyahısına daxil idi. Sovet dövründə Turan və qədim türklərin tarixinin araşdrılması qadağan olunmuşdu və bu qadağaya məhəl qoymayan elm adamları pantürkist damğası ilə repressiyalara məruz qoyulurdu. Turan və turlar birmənalı şəkildə irandilli və iran mənşəli hesab olunurdular.

      Turanın və turlar adlandrılan öntürklərin tarixi bir çox önəmli qaynaqlarda, ilk öncə Ön Asiyanın mixi yazılı abidələrində, Antik müəlliflərin əsərlərində, Mərkəzi Asiya və Sibirdə aşkar ediləm runi yazılı abidələrdə, sanskrit ədəbiyyatda öz əksini tapmışdır. Arxeoloji və antropoloji araşdırmalar da Turan tarixinin bir çox cəhətlərini XVIII–XIX əsr Avropa tarixçilərinin qədim şərqin Sumer, Elam, Babil, Assuruya, Misir, İran, Hindistan, Hitit tarixinə həsr olunmuş çoxsaylı əsərlərində Turan və turanlıların, daha doğrusu Öntürklərin ən qədim tarixinin müxtəlif yönlərini özündə əks etdirən olduca zəngin, dəyərli və əhatəli bilgilər mövcuddur.

      Çox təəssüflər olsun ki, bu dəyərli əsərlər müasir dövrdə bilim adamlarının diqqətindən kənarda qalaraq unudulmuş, tarixin arxivinə gömülmüşdür. Turan coğrafiyası, öntürklərin və bütövlükdə turanlıların yayıldığı areal yer kürəsinin geniş bir ərazisini əhatə edir. Ön türklər Turan irqinin tarixdə oynadığı rol baxımından ən əzəmətli və qüdrətli etnosunu təşkil edir. Ön türklər Sumer uyqarlığının yaradıcıları olan Turan irqinin başlıca etnosu kimi aparıcı rola malik olmuşlar. Həmin irqə mənsub olan və öntürklərlə qardaşlıq əlaqələrinə malik macarlar, finlər, monqollarla tarixin sonrakı inkişaf prosesində ümumi kökdən ayrılaraq Turan irqinin müstəqil qollarını


Скачать книгу