Romantizm və romantika. Vurğun Əyyub

Romantizm və romantika - Vurğun Əyyub


Скачать книгу
metodu, özünəməxsus mövzu aləmi, problemləri, bədii ifadə vasitələri olan bir ədəbi cərəyan kimi alınır, əsaslandırılır və xarakterizə edilir. Tədqiqatçı qarşısına qoyduğu problemlərin elmi şərhində romantiklərimizin lirikasına da sıx-sıx müraciət etmiş, vətən mə həbbəti, humanizm, gələcəkçilik, inqilablara münasibət məsələlə rinin romantizmdə bədii əksinə xüsusi diqqət vermiş, həmin mövzu və ideyaların qabarıq olmasına təkan verən ictimai-siyasi amillərin izahına çalışmışdır. Müəllif Azərbaycan romantizminin nəzəri-estetik prinsiplərini də xüsusi bölmədə araşdırmış, roman tiklərimizin epiqonçuluğa qarşı mübarizəsini, onların ictimai hə yatda və tərbiyədə ədəbiyyatın roluna verdikləri əhəmiyyəti diq qət mərkəzində saxlamışdır.

      Növbəti onillikdə, yəni 70-ci illərdə Azərbaycan romantizmi nin tədqiqi vulqar-sosioloji tənqidin qalıqlarından xilas olmaq cəhdləri baxımından maraqlıdır. 1974-cü ildə Zaqafqaziya alimlə rinin romantizm problemlərinə həsr olunmuş Tbilisi müavirəsin-dən sonra ədəbiyyatşünas Y.Qarayevin "Romantizmin hüdud ları" məqaləsi çap olunur. Ədəbiyyatşünas Azərbaycan romantiz minin mürtəce və mütərəqqi qollara ayrılmaması fikrini irəli sü rür. Elə həmin ildə Ə.Mirəhmədovun polemik ruhlu "Romantiz min hüdudlarını realistcəsinə müəyyənləşdirməli" və Y.Qarayevin öz opponentinin iradlarına cavab olaraq yazdığı "Mübahisə nin davamı" məqalələrindən sonra Azərbaycan romantizminin tədqiqində yeni bir canlanma əmələ gəlir. Y.Qarayevin roman tizmə qiymət verərkən onun öz poetika sistemindən, daxili qanu nauyğunluqlarından çıxış etmək haqqında çağırışları, "Hadidə irtica əleyhinə yox", "Hadi uğrunda və Hadi ilə birlikdə irticaya qarşı!" devizi romantik sənətkarlar haqqında yazılmış sonrakı əsərlərdə öz əks-sədasını tapır. M.Əlioğlunun "Hüseyn Cavidin romantizmi" (1975), M.Məmmədovun "Acı fəryadlar, şirin arzu lar" (1983), Ə.İsmayılovun "Dünya romantizm ənənələri və Hü seyn Cavid" (1983) kitablarında, M.Cəfərin, Y.Qarayevin, R.Zəka nın, Ə.İbadoğlunun və başqalarının məqalələrində şairin roman tizminin bədii xüsusiyyətləri, romantik qəhrəman axtarışları, ro mantik sənətin təbiətindən doğan ideya və mövzular aləmi mü asir elmi-metodoloji səviyyədə öyrənilməyə təşəbbüs göstəril mişdir.

      M.Əlioğlu H.Cavidin lirikasına ayrıca bölmə həsr etmiş, təh lillərini "xəyal və həqiqət", "lirik qəhrəman və həyat", "ideal və varlıq" problemləri ətrafında cəmləmişdir. Tədqiqatçı Cavidin li rikasını ideya-bədii xüsusiyyətlərinə görə qruplaşdırmağa təşəb büs göstərmiş, lakin elmi cəhətdən tam formula etməmişdir. Belə ki, birinci qismi fəlsəfi, ikinci qismi məhəbbət lirikası adlandır mış, üçüncü qismi isə qeyri-müəyyən ad altında birləşdirmişdir. O, şairin lirikasını daha çox fəlsəfi istiqamətdə təhlil etmiş, kon kret nümunələrə bəzən sxemlərlə yanaşmışdır. Ədəbiyyatşünasın "Öksüz Ənvər", "Qız məktəbində", "Vərəmli qız" şeirlərindən məhəbbət lirikasının nümunələri kimi danışması özünü doğrulda bilmir. Çünki həmin şeirlərində də H.Cavid poeziyasının vətən daşlıq səciyyəsinə sadiq qalaraq özünün humanizm, mənəvi-əx laqi gözəlliyə çağırış ideyalarını təbliğ etmişdir.

      Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşlərinin tədqiqi də romantizmin öyrənilməsi miqyasını genişləndirmişdir. K.Ta-lıbzadənin "XX əsr Azərbaycan ədəbn tənqidi (1905–1917-ci illər)" (1966) tədqiqatının müəyyən hissəsi, K.Əliyevin "XX əsr Azər baycan romantiklərinin ədəbi-nəzəri görüşləri" (1985) monoqrafi yası romantik şairlərimiznn estetik-ədəbi prinsiplərinin öyrənil məsi cəhətdən diqqətə layiqdir.

      K.Talıbzadə göstərdiyimiz tədqaqatının "Demokratik tənqid" bölməsində romantiklərimizin də ədəbi mülahizələrindən danış mışdır. O, ədəbiyyatın həyatla əlaqəsi, ictimai vəzifəsi, "köhnə" və "təzə" şeir problemi ilə bağlı məsələlərin izahında romantik tənqidin realist tənqidlə oxşar və fərqli cəhətləri üzərində da yanmış, bəzi istisnalar nəzərə alınmazsa, hər ikisinin eyni ədəbi mövqedən çıxış etdiklərini söyləmişdir. Lakin tədqiqatçı nə ro mantiklərin ədəbi-nəzəri görüşlərini xüsusi fəsildə tədqiq etmiş, nə də onların yazıçının vətəndaşlıq mövqeyi barədə fikirlərini ay rıca problem kimi öyrənmişdir.

      K.Əliyev ilk dəfə olaraq romantiklərimizin ədəbi-nəzəri gö rüşlərinə tədqiqat həsr etmişdir. Romantik şairlərin ədəbi-estetik görüşlərinin formalaşmasında rol oynayan amilləri, gerçəkliyin bədii ədəbiyyatda inikası probleminə münasibətlərini, sənətkar taleyi və yaradıcılıq azadlığı barədə düşüncələrini zəngin faktik material əsasında izah edən müəllif sələflərinin ayrı-ayrı roman tik sənətkarların nəzəri görüşləri barədə söylədikləri fikirləri elmi şəkildə ümumiləşdirmişdir. Ancaq müəllif "sənətkarın vətəndaş lıq borcu" məsələsini "ilk dəfə olaraq problem səviyyəsində həll etməyə çalışdığını" (43,8) iddia etsə də, müəyyən fikir və abzas lardan başqa, məsələnin problem səviyyəsində öyrənilməsi ilə rastlaşmadıq.

      Ə.İbadoğlunun romantik şairlərin ədəbi-estetik görüşlərində yazıçının vətəndaşlıq mövqeyi məsələsi ilə səsləşən "A. Səhhət vətəndaş şair haqqında" məqaləsi də məlumdur. Lakin müəllif qarşısına qoyduğu vəzifənin öhdəsindən tam gələ bilməmiş, de-yilmişlərə yeni bir fikir əlavə etməmişdir.

      Yuxarıda adını çəkdiyimiz tədqiqatlarda Azərbaycan roman tizmi əsasən iki istiqamətdə – ədəbi-tarixi və nəzəri planda öyrə nilmişdir. Həmin sahələrdə qazanılan uğurlar Azərbaycan ro mantizminin poetikasının işlənməsi zəruriyyətini yaratmışdır. V.Osmanlmm "Azərbaycan romantikləri" (1985) kitabında və

      K.Əliyevin bəzi məqalələrində romantizm ədəbi təcrübədə, bədii duyğu və düşüncələrdə, ifadə vasitələrində araşdırılmışdır.

      Ədəbiyyatşünaslığımızda İsa Həbibov ilk dəfə olaraq "Ro mantik lirikanın imkanları" (1984) monoqrafiyasında romantiz min estetik prinsipləri mövqeyindən romantik lirikanın mövzu əlvanlığını və ideya istiqamətini, sənətkarlıq xüsusiyyətlərini, ro mantik şairlərin fərdi poetik üslublarını bütöv şəkildə tədqiqat obyekti kimi seçmişdir. O, romantik lirikanın mövzu və ideya zənginliyini ayrıca fəsildə aşkara çıxarmış, bir sıra maraqlı müla hizələr söyləmişdir. Sözsüz ki, fəslin verdiyi imkanları nəzərə alan tədqiqatçı romantik lirikada ən qabarıq işlənən mövzu və ideya motivlərini nəzərə çarpdırmaqla kifayətlənmiş, onların ge niş elmi təhlilinə nail ola bilməsə də, gələcəkdə tədqiqi üçün bü növrə yaratmışdır. Müəllif romantik lirikanı mövzu dairəsinə və ideyalar aləminə görə üç qismə (sosial-fəlsəfi; əxlaqi-tərbiyəvi, yaxud maarifçi; aşiqanə-məhəbbət lirikası) bölərək təhlil etmşdir. Müəllifin təqdim etdiyi bölgü tamamilə şərti xarakter daşıyır. Çünki romantik lirikanın bəlli mövzuları arasında qəti sərhəd qoymaq mümkün deyildir. Məsələn, tədqiqatçının sosial-fəlsəfi lirika bölməsinə daxil etdiyi şeirlərin bir çoxunda əxlaqi-tərbiyəvi məqsədlər izlənilmiş, maarifçi ideyalar bədii əksini tapmışdır. La kin aydın şəkildə görünür ki, tədqiqatçının istər sosial-fəlsəfi, is tərsə də əxlaqi-tərbiyəvi, yaxud maarifçi lirika adı altında qrup laşdırdığı nümunələrdə vətəndaşlıq idealları qabarıq surətdə əks olunmuşdur. Ona görə də, Azərbaycan romantik lirikasını möv zu və ideyalar aləminə, poetika


Скачать книгу