Cəbhədən cəbhəyə . Гасан Мехти оглы Сеидбейли

Cəbhədən cəbhəyə  - Гасан Мехти оглы Сеидбейли


Скачать книгу
anasına itaət edirdi.

      Ona pensiya kəsmişdilər. Qonşuları, onu müalicə edən həkim, raykom işçiləri tez-tez ona baş çəkir, onun səh-hətilə, maddi vəziyyətilə, yaşayışı ilə maraqlanardılar. Bu xeyirxah, nəcib adamları görən Teymur başına gələn o ge-cəki hadisənin acısını yavaş-yavaş unutmağa başlayırdı. İndi oəhvalat Teymurun hafizəsində ancaq dəhşətli bir yuxu kimi qalırdı.

      Teymurun möhkəm bədəni ağır xəstəliyə qalib gəlir, özünü get-gedə daha gümrah hiss edirdi. Ancaq ona hələ işləməyə icazə vermirdilər.

      1944-cü ilin yayında Teymur artıq sərbəst gəzib-dolana bilir, kitab oxuyur, öz gələcəyi haqqında düşünürdü. O, sənədlərini universitetin hüquq fakültəsinə verdi. Lakin həm oxuyub, həm də işləyə bilmək üçün qiyabi şöbəyə girdi, sonra özünə iş axtarmağa başladı. Əsgərlikdə çilin-gərlik və şoferlik də öyrənmişdi. Ancaq ona maşın sürmə-yi tapşıra bilməzdilər. Bir neçə yerdə iş təklif etdilər: klub müdiri, artel müdiri, müfəttişlik. Rayon partiya komitə-sində ona təşkilat işi də təklif etdilər. Lakin Teymur, “Bir fikirləşim” – deyə hələ götür-qoy edirdi.

      Bütün cəbhələrdə vəziyyət yaxşı idi. Sovet Ordusu düşməni sərhədlərimizdən qovub, Avropa xalqlarını fa-şizm əsarətindən qurtarmağa başlamışdı.

      Teymur Bakının küçələri ilə gəzir, adamların üzünə baxır, onların səslərinin ahənginə qulaq verir, elə bil nəyi isə axtarırdı. Elə bil mühüm bir şey itirmişdi və onu hök-mən tapmaq istəyirdi. Elə bil o, küçələrdə, idarələrdə, qonşuluğunda gördüyü adamların hamısını tanıyırdı. Çünki bu adamlar da onun kimi namusla yaşamaq, işlə-mək, çalışmaq istəyən adamlar idi. O, hər gün bu adam-larla salamlaşır, bu adamların işə getdiyini, işdən qayıtdı-ğını, görüşə tələsdiyini, yaxud uşaqlarını gəzməyə çıxar-dıqlarını görür, kədərlərini, sevinclərini duyurdu. Bəs o gecə, o qaranlıq dalanda onun yolunu kəsən, onun başına toppuz endirən hansı vəhşi idi? Onun gicgahlarında gəzən əl: ”Hələ ölməyib, vu-un, vu-un” – deyən səs kimin idi? Bu adamlar harda gizlənmişdilər. Bəlkə, onlar bu saat şəhərin küçələrində gəzən, tikintilərində işləyən, harasa tələsən, meydançalarda, bağlarda görüş təyin edən adam-ların arasındadır? Axı o qız da əvvəlcə yaxşı təsir bağışla-mışdı. Teymur bacarıqlı bir kəşfiyyatçı olmasına baxma-yaraq ona inanmışdı. Deməli, adamları tanımaq çox çətin imiş…

      Neçə vaxt idi ki, ona təklif olunmuş işlərin heç birini bəyənməyən Teymur narazı halda evə qayıdırdı. Anası və qardaşı Teymura bir parça çörəyimiz var, bu saat onun işləməyi o qədər də vacib deyil. Doğrudan da, belə idi. Cavahir əri üçün pensiya alırdı. Teymur da pensiya alır-dı, Seymur isə artıq məktəbi qurtarıb diş texniki olmuşdu. Özü də, deyəsən, yaxşı sənətkar idi. Düzdür, bu iki qar-daş arasında hörmət pərdəsi var idi. Seymur böyük qar-daşının yanında nə papiros çəkir, nə də artıq-əskik söhbətlər edirdi. O, indi qardaşından daha savadlı olsa da, evin xərcinin çox hissəsi onun üstünə düşsədə, həmişə Teymurun qarşısında, necə deyərlər, əmrə müntəzir du-rurdu. Ancaq Seymur özünü uşaqkimi aparmırdı. O da sərbəst idi, püxtələşmişdi. İti, dərin baxışlı, qəşəngbir oğ-lan idi. Teymur ona nisbətən çox kobud görünürdü, atası Abbasa çəkmişdi. Qarabuğdayı, cod, qıvrımsaçlı, enlikü-rək, qara və bir qədər kədərli idi. Ağzı, burnu, necə deyər-lər, yerində idi. Amma nə isə onun görkəmində bir zabitə, baxışlarında zəhm duyulurdu. Seymur isə anası Cavahirə çəkmişdi. Ağbəniz idi. Belələrinə kənardan baxanda düşünmək olur ki, müğənni, rəssam, yaxud heykəltəraşdır. Seymurun əlləri də sifəti kimi zərif idi. Barmağında da xalis qızıldan qaşsız bir üzük vardı.

      Seymurla anası Cavahirin arasındakı münasibət çox incə idi. Onların arasında dərin bir ünsiyyət duyulurdu. Lakin Teymur ona göstərilən bütün diqqət və qayğıya baxmayaraq elə bil bu evdə hörmətli bir qonaq idi. Bu vəziyyət Teymur cəbhədən qayıdandan sonra daha artıq nəzərə çarpmağa başlamışdı!

      Seymur qəşəng, həm də zövqlə geyinirdi. Anası onu uşaqlıqdan belə geyindirərdi. Özü də böyük qardaşının itaətində durmasına baxmayaraq, o da bir növ zabitəli idi. Demək olar ki, məhəllə cavanları arasında qardaşından daha çox hörmət qazanmışdı. Seymurda fitri ədəb-ərkan var idi. Özündən çox-çox yaşlı adamlar belə, onun hörmə-tini saxlayırdılar.

      Qardaşının paltarlarının köhnəliyini görən Seymur də-fələrlə ona pul təklif etmək istəmiş, lakin utanmışdı. Çünki Teymurun xasiyyətinə bələd idi. Axırda belə qəra-ra gəlmişdi ki, bu pulu anasının köməyi ilə qardaşına çat-dırsın. Bir gün anası sandığı açıb ordan üç min manat pul çıxartdı və Teymurun qabağına qoyub dedi:

      – Al, oğul, get özünə yaxşı üst-baş düzəlt. Tanış var, biliş var, dost var, düşmən var. İndi sənin geyinib-kecinən vaxtındır.

      Teymur pullara baxıb qaşlarını çatdı, lakin anasının ürəyini sındırmamaq üçün gülümsündü.

      – Ana, qız-zad deyiləm ki, məni belə geyindirib-kecindirirsən.

      – Yox, oğul, mənim də arzu-kamım var. Gərək bu gün-sabah toyunu eləyəm, gəlin gətirəm, nəvə görəm.

      Teymur yenə gülümsündü.

      – Bəs bu pulları…

      – Qənaət eləmişəm, yığmışam. İki oğlu olan ana gərək qənaət eləməyi bacarsın.

      – Yaxşı, – deyə Teymur anasının çiyinlərini qucaqlayıb razılaşdı, – Qoy pulları yerinə. Nə vaxt lazım olsa, sənə deyərəm.

      Seymur işləyirdi. Bəzən axşamlar da öz emalatxanasında ləngiyirdi, çünki sifariş gün-gündən çoxalırdı. Belə vaxtlarda Teymur anasını tək qoymamaq üçün evdən ba-yıra çıxmırdı. Onlar hər barədə söhbət edirdilər. Cavahir qonşulardan, qonşu uşaqlarından danışır. Teymurun bur-da olmadığı illərdə baş vermiş hadisələrdən söhbət açır-dı. Teymur isə anasının ürəyini sıxmamaq üçün cəbhədən mümkün qədər az danışmağa çalışırdı.

      Bir dəfə Teymur yenə də Bakıya qayıtdığı o dəhşətli gecəni xatırladı. Nədənsə içərisində kirli kağızlara bükül-müş konfet, tənbəki, zəncəfil qoyulmuş yeşik, tində otur-muş qoca kişi onun gözləri qarşısında canlandı. Deməli, həmin illər camaat o qədər də firavan yaşamırdı.

      – Yaxşı, bəs siz necə dolanırdınız? Atamın pensiyası sizə çatırdımı? – deyə o, anasından soruşdu.

      – Əlbəttə ki, yox. O illər tək bizim üçün yox, elə hamı üçün çətin keçirdi, – deyə Cavahir fikirli-fikirli cavab ver-di, – Amma şükür allaha, qardaşın Seymur qeyrətli çıxdı, pis dolanmadıq.

      – Nə edirdi?

      Cavahirin gözlərində sonsuz bir məhəbbət işığı göründü. O, vüqarla Teymura baxıb cavab verdi:

      – Özün bilirsən ki, bu zəhrimar dava zamanı hər şey çatışmır. Allahın spiçkasının bir qutusu 15 manata çıx-mışdı. Bir də gördüm Seymur evə pul gətirir. Sağ cibin-dən, sol cidindən çıxarıb stolun üstünə qoyur, al, ana, evə xərclə. Canıma qorxu düşdü. Dedim bu uşaq bu qədər pulu hardan tapır? Yalvarıb-yaxardım,


Скачать книгу