Son yeniçəri. Reha Çamuroğlu

Son yeniçəri - Reha Çamuroğlu


Скачать книгу

      SON YENİÇƏRİ1*

      tarixi roman

      

      Gülən və Yaşar İhsan Çamuroğluna

      “Ağanın taleyi köləsinin alnında yazılır.”      

      Türk atalar sözü

      Bu adamda məni özünə bağlayan nəsə var. Düz dörd saatdır ki, qarşısında oturmuşam. Hələ də otururam. Əs-lində, durub getmək istəyirəm. Yox, bəlkə də, getmək istəmirəm. Qaçmaq istəyirəm. Qəflətən durmaq, dizimin üstündəki süfrə dəsmalını yığışdırmadan, dağılıb-dağıl-mayacağına fikir vermədən sürətlə durmaq, qaçaraq bur-dan uzaqlaşmaq istəyirəm.

      Elə bil ki, o da bunu hiss edir. Ov üçün pusquda da-yanan pişik kimi davranır. Məni qorxutmamaq üçün əlin-dən gələni eləyir. Hərəkətləri olduqca yavaş, olduqca sa-kitdir. Bu ucu-bucağı olmayan səbir əsəblərimlə oynayır. Sanki yaradılmışlara görə deyil bu səbir. Yaradılmış məx-luq kimi dayanmır qabağımda. Məni lap özümdən çıxa-ran isə onun Yaradıcıya da oxşamamasıdır.

      Həzrəti İsa əleyhissalamın şəkillərinə baxanda rahat-lıq tapıram. Qəribə bir əhvali-ruhiyyə yaranır məndə. Ya-radılanlardan olmadığı dərhal görünür. Amma gözləri heç “mən Yaradanam” da demir. Elə bir baxışla baxır ki, qullarını hayıl-mayıl edir. Biz aciz qullar isə ona təşəkkür etsək belə, bunun yenə də az olduğu hissinə qapılırıq.

      Bu adam elə də baxmır. Ey uca Allahım, əsl tamaşaçı kimi baxır. Sanki hər şeyə tamaşa edir. Tamaşa edir, eyni zamanda da çox, həddindən çox əylənir. Əyləncəsi üzün-də bərq vurmur. Qətiyyən. Bu zövqü ancaq və ancaq onun gözlərində görə bilərsiniz. Mən də hiss etdiyim hə-min o əyləncəni sizinlə bölüşmək istəyirəm.

      Hər dəfə məni bu dərgaha və o insanın hüzuruna gə-tirən qəribə duyğu da, deyəsən, elə budur.

      Səhər yuxudan oyananda içimdə rahatlıq hiss etsəm, dərhal bura gəlirəm. Təpədən dırnağa təmizlənib, balaca şüşələrdə satılan gülabdan üstümə tökür, hazırlaşıram. Bu adama vermək üçün heybəmə tütün, şərab, çörək və duz qoyuram. Hər dəfə içimdə qəribə bir hiss yaranır: axı-rıncı gedişimdi, sanki gedib bir də qayıtmayacağam…

      Əslində isə yolum çox qısadır. Əli Fakehdən keçib addımlayıram, İmraxor məscidinə çatandaYeddiqüllə ha-sarı qapısına doğru getməyə başlayıram. On ildir bu gö-zəl İslambuldayam. Mənə elə gəlir bütün ömrümü bu şə-hərdə keçirmişəm. Küçələrin hamısı tanış, insanların ha-mısı doğmadır. Yeddiqülləyə tərəf gedəndə dayanmadan insanlara salam verirəm. Onların salamımı almaları xo-şuma gəlir. Dəmirçilərə, meyxanaçılara, balıqçılara, simit satanlara, müsəlmanlara, müsəlman olmayanlara salam verirəm və salamlarını alıram. İçimdən bir səs “bura mə-nimdir” – deyə qışqırmaq istəyir. Bəli, bura mənimdir. Bu küçələr, bu mağazalar hamısı mənimdir, mənim.

      Yeddiqüllə qapısına çatanda mühafizəçi yeniçərilərə əl eləyirəm. Eyni səmimiyyət və dərinliklə salamı alırlar. Yenə də içimdə qəribə hisslər oyanır. Nə vaxt gəlib bu qa-la divarının yanından keçsəm, bu əsgərləri və onların ba-şında duran qulluqçubaşını yaxından tanısam da, içimdə oyanan qəribə hisslərin qarşısında aciz qalıram.

      Şəhərin qala divarlarından kənara çıxandan sonra da içimi qəribə hisslər bürüyür. Qaçmaq istəyirəm. Gözləri-min qabağında göz işlədikcə uzanan yamyaşıl düzənliklər peyda olur. Sağda və solda bostanlar var, mən bu bostan-ların arasından keçirəm. Çəmənliklər içində səhər tezdən dayanmadan işləyən dabbaqların səsini eşidir və Allah köməkləri olsun, gönün yaydığı ağır havanı duyuram. Bax elə həmin dəriçilərlə mənim aramda dərgahım, qa-pım, səadət mənbəyim dayanır.

      Dərgahım taxtadan tikilmiş iki mərtəbəli böyük bir binadır. Qazlı bulağın bir az bu tərəfindədir. Ərikli baba təkkəsi mənim gəldiyim qapının adıdır. Firqeyi Naciyyə-nin, Təriqəti Bəktaşiyyənin Ərikli baba təkkəsi. Mənim sə-adət dərgahım…

      Hal-hazırda oturduğum yer bu təkkənin ikinci mər-təbəsindəki meydan otağıdır. Bura “qonaq otağı” da deyə bilərsiniz. Qarşısında qəribə, izahı mümkün olmayan hisslərlə oturduğum şəxs təkkənin şeyxi, meydanı hər za-man açıq olan Əhməd babadır. Yaşadığım bu qədər hadi-sədən sonra yenə də həyata bir balaca marağım qalıbsa, o da onun sayəsində olub. Gözümün nurudur Əhməd baba.

      Düz arxasında – divarda mənim elə-belə, yalandan tanıdığım bir işarə var, adına “cüt vav”2 deyirlər. Məna-sını hələ təzə-təzə öyrənməyə başlamışam.

      Aramızda balaca, yumru bir süfrə var. Mən sahibi-min düz qabağında oturmuşam. Onun iki dərvişi də bi-zimlə eyni süfrədə oturub. Necə də gözəl söhbətdir, İla-hi?! Uzun müddətdir, bax, beləcə ancaq gözlərimiz danı-şır. Təkcə arada dəm dolu piyalələri3 qaldıranda “nur ol-sun!”, “eşq olsun” kimi sözlər işlədilir. Kənardan baxan olsa, elə bilər ki, mən olduqca vacib bir qonağam. Halbuki elə deyil. Bunu mən özüm bilirəm. Bilirəm, amma qəribə olan budur ki, özüm də özümü bu süfrədə olduqca vacib və qiymətli insan kimi hiss edirəm. Haqq Ərənlər özü mə-ni bu vəziyyətdən tezliklə xilas etsin!

      Əlbəttə, xırda-para şeylərdən danışdıq. Elə bu cür oturmadıq. Bir-birimizin halını, əhvalını soruşduq.

      – Nəzərimin kefi yaxşıdır, inşallah, – dedi Əhməd ba-ba.

      – Allah razı olsun, Baba Ərənlər, – dedim.

      – Otaqbaşı ağamızın da kefi yaxşı olar, inşallah, – de-yə soruşdu.

      – Allah razı olsun, yaxşıdır, sizə salamlarını gətirmi-şəm, – deyə cavab verdim.

      – Gözəl, gözəl, – deyərək astaca pıçıldadı. Sonra yenə ağzımız kilidləndi.

      Bəlkə də, iki gündür dənizdən əsən külək bizi bu hala salıb. İki gündür dəniz özünü dəli kimi sahilə çırpır. Sa-hildə dərin, turş bir qoxu var. Küləklərin sahilə atdığı ba-lıq kimidir hamı. Yuxulu, sakit, kədərli. Bəli, neçə gündür dənizdən əsən külək bu gün Babadan feyz almağıma ma-ne olur. O da bir insandır nəticə etibarı ilə, onun da for-ması var, onun da qəlibi var. Bu qəlib də dənizdən əsən küləkdən təsirlənə, yorula və bezə bilər. Bəs səbəb dəniz-dən əsən külək deyilsə, bəlkə bayaqdan bəri anladır, mə-nim dolmuş ürəyim növbəti badəni qəbul edə bilmirsə? Deməli, bugünkü nəsibim bura qədərmiş. Bulağa getdim, suyu bu qədər oldu. Sol əlimi süfrəyə, sağ əlimi isə sol əli-min üstünə qoyub Babadan icazə istədim, ayağa durdum. O da, digər dərvişlər də qalxdılar. Sağ çiynini, sol çiynini, sonra təzədən sağ çiynini və köksünü üç dəfə öpdüm. Əlinin içinə üç kiçik niyyət elədim, dal-dala gedərək mey-dandan çıxdım.

      Bu gün Həzrəti İsadan sonrakı 1780-ci ildir. Təqvim-lər 12 may 1780-ci ili göstərir. Ərikli Baba təkkəsinin bağ-çasına çıxan kimi içimdə duyduğum sevinc bu günün bir hissəsi olmalı idi.

      Təkkədən hər çıxışımda olduğu kimi dəli küləklərin əsdiyi dəniz kənarına tərəf addımladım. Balaca uşaqlar tək sahildə qaçmağa başladım. Dənizdən əsən dəli külə-yin bütün vücuduma toxunmasına, ilıq nəfəsinin bütün bədənimə təmas etməyinə icazə verdim. Yeddiqüllə ha-sarının altından keçərək Samatya qapısına tərəf çınqıl və qayalıqlar arasından addımlamağa başladım.

      Samatya qapısına kürəyinizi çevirib, hər iki tərəfdən uzanan kafir məhəllələrin arasından keçərək Qoca Mus-tafa paşa məhəlləsinə yox, azacıq Yeddiqülləyə tərəf get-səniz, bir anın içindəcə Əli Fakih məhəlləsinə düşəcəksi-niz. Bu məhəllədən sonra Hacı Həmzə məhəlləsi başlayır. Bu da müsəlman məhəlləsidir. Elə bu iki məhəllənin kə-sişdiyi yerdə böyük bağı olan ikimərtəbəli malikanəni görməmək mümkün deyil. Bu fağır da həmin malikanədə yaşayır. Malikanənin sahibi qibleyi-aləmin qapıqulların-dan, Yeniçəri ocağının camaat ortalarından birinin43– otuz səkkizinci camaat


Скачать книгу