Loqo. Эрнест Сетон-Томпсон
lazım deyil! Nahaq yerə tapqırım qırılar, yıxılıbkəllə-mayallaq olaram”. Qamçının sapını yəhərin qaşına vurdum, gərək görəydiniz mustanq neylədi! Yerindən sıçrayıb düz altı fut göyə hoppandı, sonra paravoz kimi fınxıra-fınxıra var gücü ilə çapıb düz Kaliforniyaya qaçdı. Yerişinə haram qatmayıbsa, yəqin, indiyə orda olar. Özü də yorğa yerişini bircə dəfə də dəyişmədi, yalan deyirəmsə, lap elə burdaca yerə girim!
Bu əhvalatı Bill heç də bu sayaq sadə danışmamışdı, çünki o danışanda tez-tez qəliz söyüşlər söyür, həm də dalbadal çeynəyir və udurdu, çünki yaman iştahı vardı, özü də ağzı yeməklə dolu olanda danışmaqdan heç utanmazdı. Hamı ona inandı, çünki Bill doğruçu adam şöhrəti qazanmışdı. Orada olanlardan bircə Hinduşka İzi heç nə demədi. Amma deyəsən, hamıdan artıq diqqətlə dinləyirdi, çünki bu söhbət ona yeni plan hazırlamaqda kömək edirdi.
Yeməkdən sonra qəlyanını sümürə-sümürə bu plan barəsində ağıllı-başlı düşündü. Qərara gəldi ki, tək bacara bilməyəcək. Sirrini açıb Nal Billə söylədi. Beləliklə, yorğa mustanqı tutmaq, başqa sözlə desək, rəvayətə görə, həmin at üçün vəd edilən beş min dolları almaq üçün yeni komanda quruldu.
Ceyran bulağı mustanqın sevimli su içdiyi yer olaraq qalmışdı. Suyun səviyyəsi bir qədər düşmüş, qamışlarla suyun arasında enli zolaq əmələ gəlmişdi. Bu zolağın iki yerindən su içməyə gələn heyvanlar cığır açmışdı. Atlar və vəhşi heyvanlar bu cığırlarla gəlməyi xoşlayırdı, mal-qara isə elə birbaşa qamışlar içindən keçib gəlirdi.
Şəriklər ən çox gözəçarpan cığırın qabağında on beş fut uzunluqda, altı fut enində və yeddi fut dərinlikdə çala qazdılar. İyirmi saat dincəlmədən işləməli oldular, çünki mustanqın iki dəfə su içməsi arasındakı vaxtda bu işi qurtarmalı idilər. İş çox ağır idi. Çalanı qazandan sonra üstünü nazik budaqlarla və torpaqla elə ört-basdır elədilər ki, heç seçilmədi. Şəriklər işlərini bitirib bir qədər aralıda özləri üçün hazırladıqları çuxurlarda gizləndilər.
Yorğa mustanq günortaya yaxın su içməyə gəldi. Tək idi, çünki ilxısını tutmuşdular. İzlərə baxanda məlum olurdu ki, atlar ikinci cığırdan az istifadə edirlər, amma Tom ehtiyat üçün onun üstünü qamışla örtüb basdırdı ki, yorğa mustanq həmin bu çala qazılmış cığır ilə gəlsin.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.