Azərbaycan xalq dastanları 2-ci hissə. Народное творчество

Azərbaycan xalq dastanları 2-ci hissə

Год выпуска: 0

Автор произведения: Народное творчество

Серия:

Жанр:

Издательство: Аудиокитаб ООО

isbn:

Краткое описание:

Azərbaycan el ədəbiyyatının ən maraqlı və rəngarəng mövzularla zəngin janrlarından biri dastanlardır. Dastanlarımızda millətin mənliyi, bənzərsizliyi, fəlsəfi və əxlaqi baxışları, dünya görüşü və dünya duyumu əksini tapır, davranışın ən incə psixoloji çalarları açılır, torpağın ətri və rəngləri, dağların əzəməti, meşələrin, çayların, bulaqların sərinliyi, çöllərin, düzlərin genişliyi canlandırır. Bu dastanlarda xalqın duyğu və düşüncələri, istək və arzuları bütün əlvan yönləriylə tərənnüm olunur. Genişyayılan bu xalq dastanlarımızda elin həyat və mübarizəsi tarixindən, keçmişin şirin və acı təcrübələrindən əldə olunmuş fikir və arzuları əksini tapır. Həmin fikirlərin daşıyıcıları olan dastan qəhrəmanları bir fərd olmaqdan çıxıb yurdun qəhrəmanlığı, gücü, zəkası və insaniyyət timsalına çevrilirlər. Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi, uzlaşdırılması yolu ilə yaradılmışdır. “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Şah İsmayıl”, “Aşıq Qərib” və s. dastanlar bu qəbildəndir. Qədim ənənəyə uyğun olaraq həkimanə-ustadnamələrlə başlayıb, duvaqqapmalarla bitən bu dastanların qəhrəmanları sevməyi bacardıqları kimi qılınc, qalxanla vuruşmağı da bacarırlar. Bununla belə hər nə qədər igid, qəhrəman olsalar da onlar əsasən öz sevgiləri – butaları uğrunda çarpışırlar. Ona görə də həmin dastanlar bir növ qəhrəmanlıq dastanları ilə məhəbbət dastanlarının hüdudunda dayanır, onların birindən digərinə keçid mərhələsi təsiri bağışlayır.