Yeddi gözəl. Низами Гянджеви
Yeddi gözəl
Год выпуска: 0
Автор произведения: Низами Гянджеви
Издательство: Аудиокитаб ООО
isbn:
Краткое описание:
Yeddi gözəl (fars هفت پیکر – Həft Peykər) – Nizami Gəncəvinin «„Xəmsə“» toplusuna daxil olan dördüncü poemadır. Əsər 1197-ci ildə, fars dilində yazılmışdır. Nizami bu poemanı Ağsunqurlar sülaləsindən olan Marağa hakimi Əlaəddin Körpə Arslana həsr etmişdir. Poemanın adını hərfi şəkildə həm “Yeddi Portret”, həm də “Yeddi Gözəl” kimi tərcümə etmək olar. Əsərin adında metaforizm vardır. Nizami bilərəkdən söz oyunu edərək, əsərə bu cür iki anlamlı ad vermişdir. Poema həm də “Yeddi Gümbəz”, Baburnamədə «„Həft Elahah“» (azərb. Yeddi İlahə) adı ilə tanınır. Əsərin süjetinin əsasında Sasani şahı Bəhram Gur (420-439) haqqında əfsanə durur. Poemanın demək olar ki, yarısı, qədim mifologiyaya uyğun olaraq hərəsi bir planetə və ya həftənin gününə uyğun rəngli saraylarda yaşayan yeddi gözəlin hekayələrindən ibarətdir. Yeddi gözəl poeması erotik ədəbiyyatın şah əsərlərindən biri olsa da, ciddi mənəvi anlama malikdir.