Üçatılan. Ильяс Эфендиев

Üçatılan

Год выпуска: 0

Автор произведения: Ильяс Эфендиев

Серия:

Жанр:

Издательство: Аудиокитаб ООО

isbn:

Краткое описание:

“Geriyə baxma, qoca” romanında əks olunan estetik qayə “Üçatılan” povestində daha aydın və sərrast ifadəsini tapır. “Üçatılan”da feodal-patriarxal münasibətlərin hakim olduğu zamanın və sovet hökumətinin ilk illəri yox, sinfi mübarizənin şiddətləndiyi və kollektivləşmə hərəkatının başladığı illər bədii təhlil obyekti kimi götürülür. Bu isə, ictımai-siyasi proseslərin sürətlə dəyişdiyi bir vaxtda əhəmiyyətli zaman fərqi deməkdir. “Üçatılan” povestindəki sosial mühit hətta ”Geriyə baxma, qoca”nın əhatə etdiyi son zaman kəsiyindəki mühitdən də fərqlənir. Sovet hökumətinin gəlişini “Geriyə baxma, qoca”da hirs-hikkə ilə qarşılayanlar, ən yaxşı halda gözləmə mövqeyi tutub mütərəddid mövqe nümayiş etdirənlər ”Üçatılan”da artıq baş verənləri gerçək həqiqət kimi qəbul etmək məcburiyyətində qalmışlar. Povestdəki müxtəlif xarakterli və mövqeli obrazların dilində tez-tez səslənən “indi əyyam başqadır” sözləri bu həqiqətin ifadəsi olmaqla, mühit və şəraitin dəyişdiyini göstərir. “Üçatılan” əsəri müəyyən mənada bu dəyişən mühit və şərait haqqında povestdir, dəyişən zamanın həqiqətlərini üzə çıxarmaq məqsədi ilə yazılmışdır. “Üçatılan”da təhkiyənin ahənginə istıqamət verən sosial-siyasi proseslərdir. Povestdə bu proseslərin insanlara psixoloji təsiri izlənilir. Povestdə kollektivləşmə uğrunda mübarizə hərəkatı da sinfi mövqelərin kəskin toqquşması, əks qütblərin ehtiraslı münasibətləri mövqeyindən təsvir olunmur. Kollektiv təsərrüfatın onların mənafeyinə olub-olmayacağı məsələsi obrazların düşüncəsini ardıcıl olaraq məşğul edir. Demək olar ki, böyük əksəriyyət kolxoz məsələsinə ümidverici yox, şübhəli nəzərlə yanaşır. Mümkün qədər gözləmə mövqeyi tutur, bu mümkün olmayanda isə kolxoza daxil olurlar. Bu “daxilolma” prosesinin psixoloji tərəfi povestdə daha çox “tədqiq” obyekti olur.