İrqlərin hökmranlığı və Arçibald sərhədləri. Tural İsmayılzadə

İrqlərin hökmranlığı və Arçibald sərhədləri - Tural İsmayılzadə


Скачать книгу
xas bir salamlaşma ilə əlini yaşlı Permonun əlinə uzatdı. Cavabında Permon da əlini uzatdı və oğlunun əlini dirsəkdən aşağı tutaraq sıxdı. Eyni hərəkəti Semiqon da təkrar etdi. Bu qərbli insanlara xas salamlaşma onların bir-birlərinə hörmət əlamətini göstərirdi. Bu cür həm ata oğluyla, həm baba nəvəsiylə, həm qonşu qonşusuyla və hətta düşmən belə hörmət etdiyi düşməniylə salamlaşırdı.

      – Ata, burda olduğunu bilirdim.

      – Bəli, sən evdən çıxdıqdan bir az sonra gəldim. Bu, sizin üçün sınaqdırsa, bizim üçün də bayramdır.

      – Bilirəm, ata, qələbəni qazanım, bu bayramı birlikdə qeyd edək.

      Semiqon özünü nə qədər hazır hiss etsə də, çox həyəcanlı idi. Bunu hiss eləyən yaşlı Permon oğlunu sakitləşdirmək üçün dedi:

      – Mən sənə inanıram, oğlum, anan sağ olsaydı, səninlə qürur duyardı.

      Permonun səsində yumşaqlıq və hüzn hiss olundu. Bu, Semiqona həyəcanını basdırmağa kömək eləmişdi. O, bir az da atasına yaxınlaşaraq sanki ətrafdakı digər insanların onları eşitməməsi üçün sakit səslə dedi:

      – Bu gün mən cənuba adi gənc olaraq gedib sabah sübh tezdən ovçu olaraq qayıdacam, ata, sənə söz verirəm.

      Semiqon atasıyla sağollaşdıqdan həmən sonra Mironun səsi eşidildi. O, hər kəsi geriyə çəkilməyə və gələcək ovçuları öz yerlərinə keçməyə dəvət etdi. Kütlə geri çəkilərək dairəvi şəkil almağa başladı və cavan iştirakçılar öz yerlərinə, üzü cənuba dayanmağa başladılar. Semiqon sırada soldan üçüncü idi. Cəmi yeddi iştirakçı var idi bu fəsil. Bu, o deməkdir ki, Semiqon tam ortada dayanmışdı. Bu, çox əlverişsiz mövqe sayılırdı. Çünki iştirakçılar sınaqdan keçmək üçün cənubda, üzü Dirma şəhərinə doğru dörd vilron qaçmalı və qarşıdakı dağın tam zirvəsinə qalxıb digər tərəfə enməlidirlər. Qaydalara əsasən cəmi bir nəfər sınaqdan qalib ayrılacağı üçün bütün iştirakçılar bir-birlərinə hər cür maneə törədə bilərdilər. Bu, o deməkdir ki, Semiqon hər iki tərəfdən onun qalibiyyətinə çatmağa çətinlik yaradacaq rəqiblərlə əhatələnmişdi. Bu sınaqda qarlı havada dağın zirvəsinə qalxmaqdan başqa çətinlik isə hər iştirakçıya öz ağırlıqlarının yarısı qədər qaya parçası doldurulmuş yük verilməsidir. Ovçu onu dağın zirvəsində gözləyən onlardan daha yaşlı və daha təcrübəli ovçuya çatdırmalıdır. Bu qaydayla dağın zirvəsinə çatan ovçu birinci mərhələni keçmiş sayılır. İkinci mərhələdə isə dağın digər tərəfindəki Dirma şəhərinə qədər olan meşəlikdə qərb maralını tutub kəndə geri qayıtmaqdır. Qərb maralı nəinki cavan iştirakçılar üçün, hətta təcrübəli ovçular üçün də çətin ov sayılırdı. Ona görə sınaq bəzən bir neçə gün çəkə bilərdi.

      Lakin bunların heç biri Semiqonu qorxutmur, əksinə, daha da ruh yüksəkliyi bağışlayırdı. Onun yanında kəndin cavanlarından olan və Semiqonun da dostluq etdiyi Hamzar dayanmışdı. Hamzar Semiqon qədər cüssəli və qüvvəli olmasa da, onun cəldliyindən şübhə etmək olmazdı. O, artıq ikinci fəsildir ki, ovçu olmağa çalışırdı. Bu, o deməkdir ki, Semiqon daha təcrübəsizdir bu sınaqda. Hamzar belinə qoyulan ağırlığı bir neçə dəfə yerində tullanaraq yoxladı və bir az önə əyilərək Semiqona tərəf çöndü. Sarışın saçları qarşıya əyildiyi üçün gözünün önünə töküldü və uzun, tülkü qulaqlarına bənzəyən qulaqları göründü. Hamzar, ümumiyyətlə, sarışın, arıq gənc olmağına baxmayaraq yaraşıqlı və bir o qədər də ağıllı oğlan idi. O, üzünü cənuba tutmuş Semiqona səsləndi:

      – Məğlubiyyətə hazırsanmı, dostum?

      Hamzar bunu nə qədər də rəqabət hissi qataraq desə də, dostluğun verdiyi zarafatyana hiss onun üzündə gülümsəməyə səbəb oldu. Semiqon ona tərəf çevrildi və eyni gülümsəmə ilə dedi:

      – Sənə məğlub olsam, belimdəki daşları diri-diri udaram.

      Cavabında isə eyni gülümsəməni aldı gənc Hamzardan.

      Mironun “hazırlaşın!” deyə qışqırması hər iki dostu cənuba üz döndərməyə və növbəti göstərişi gözləməyə vadar etdi. Miron meydanın üzü cənuba olan küçəsinin çıxışındakı oyulmuş taxtadan gözətçi qülləsinə çıxdı. Gözlənilən göstəriş gəldi:

      – Gələcəyin ovçuları! Uğur sizindir! Sınaq başladı!

      Bu göstərişdən sonra bütün ovçular eyni anda yerindən tərpənərək cənuba aparan küçəyə yönəldilər. Ovçulardan biri qarla torpağın qarışığından yaranan palçıqda ilişərək yüngül axsadı, lakin yenidən dikələrək qaçmağa başladı. Ovçu axsamağa başlayanda, kütlədən bir qadın ayrıldı və az qala meydanın ortasına kimi gəldi. Amma sonra ovçunun dikəldiyini görüb heç nə olmamış kimi geri addım ataraq qayıtdı. Çox güman ki, ovçunun anası idi. Küçənin tam çıxışında kənd bitirdi. Gənclər daxmaları bir-bir ötərək küçəylə qaçırdılar. Ən öndə Hamzarın qaçmağına baxmayaraq, bir neçə addım geridə Semiqon və başqa bir gənc qaçırdı. Sonuncu daxmanı keçdikdən sonra bir neçə yüz addım küçə davam edir və sola burulurdu. Bu yol Dirmaya aparmağına baxmayaraq, dağın ətrafından fırlanırdı. Ovçular isə düz dağa dırmaşmalı idilər. Yol bitdikdə bütün ovçular torpağın üzərini örtən qarla addımlayır və artıq sürətləri zəifləyirdi. Qar örtüyü çox qalın olmasa da, ovçuları ləngidirdi.

      Artıq ovçular dağa çatmış, qar örtülü qayalarla addımlayırdılar. Ən öndə Semiqon gedirdi. O, bir neçə saniyə öncə əliylə yapışıb dartdığı qayanın üzərinə ayağını qoyur və bu minvalla ara vermədən dırmaşırdı. Ona yaxın ən arxadakı ovçu isə əlini kəsmiş buzlu qayanın üzərində ləngiyirdi. Hamzar və digərləri isə daha aşağıda olduqları üçün görsənmirdilər. Semiqon bir anlıq başını yuxarı qaldırdıqda artıq çiskin buludları görürdü. Geri dönüb öz doğma kəndinə baxmaq istədi, lakin daha yüksəkdə olduğu üçün duman və güclənən külək əngəllər yaradırdı. Qalxan külək qayalardakı qarı qasırğa kimi bir qayadan digərinə sovururdu. Bu isə Semiqona kəndin sadəcə daxmalarını kölgə kimi görməyə imkan verirdi.

      Qaranlıq düşmüşdü. Bir neçə qayadan sonra dağın zirvəsinə çatacaqdı Semiqon. Ürəyində nəyinsə üzüntüsü varıydı. Hamzara görə narahat olurdumu, yoxsa bu hava şəraiti onu sıxırdı, tam əmin deyildi. Sonuncu dəfə əlini atdıqda artıq qaya yerinə əlinin yumşaq qara dəydiyini hiss elədi. Yorğun olmağına baxmayaraq, gücünün əsas hissəsini ikinci mərhələyə saxlayan cavan ovçu özünə taqət verərək zirvəyə dırmaşdı. Çiskin buluddan heç nə görmək olmurdu. Bir neçə addım irəlidə sadəcə kölgə görsənirdi. Hər şey vahiməli görünsə də, kölgə yaxınlaşmağa başlayanda onun gənc iştirakçıları gözləyən təcrübəli ovçu olduğu aydın oldu. Onu görər-görməz Semiqon çiynindəki torbanı belinə və sinəsinə bağladığı düyünləri açdıqdan sonra yerə qoydu. Əl sıxışıb salamlaşdıqdan sonra Semiqon ikinci mərhələyə başlamağa icazə istədi. Təcrübəli ovçu Semiqona dincəlib nəfəs almağı tövsiyyə etdi. Lakin Semiqon nə dincəlmək, nə də dayanmaq fikrində idi. O, üzünü ovçuya tutub bir daha icazə istədi və cavabında razılıq aldıqdan sonra ovçunun yanındakı kom şəkildə yığılmış silahlara yaxınlaşdı. Özünə bir yay


Скачать книгу