Robinzon kruzo. Даниэль Дефо
noyabr. Yenə də mağaranı qazmağa başladım. Bütün günü gücüm çatan qədər qazdım. Bu işə mənim on səkkiz gün vaxtım getdi. İstəyirdim ki, bu mağara mənim üçün anbar və zirzəmi, həm də mətbəx və yeməkxana olsun. Dincəlmək üçün isə çadırı seçmişdim. Çadırın üstünü küləşlə örtmüşdüm.
10 dekabr. İşimi bitirdim. Artıq anbarı hazır hesab etmək olar. Lakin bir gün qəflətən tavanın bir küncü uçdu. Doğrusu, çox qorxdum. Uçuq o qədər böyük idi ki, mən altında olsaydım, qəbirqazana ehtiyac olmayacaqdı. Bu torpağı mağaradan daşıyıb çıxarmalı, həm də tavana altdan dayaq verməli idim.
11 dekabr. Anbarımın təmirinə başladım. Dayaq üçün iki dirək basdırmışam, onların hər birinin yuxarı tərəfinə iki taxtanı bir-birinin üzərinə xaç şəkilində qoyub bərkitmişəm. Dirəkləri cərgə ilə elə düzdüm ki, anbarda arakəsməni də əvəz etsin. Bu işə bir həftə vaxt sərf etdim.
Avadanlığımın hamısını mağaraya daşıdım və hər birini öz yerinə qoydum. Ərzaq qoymaq üçün bufetəoxşar bir rəf də düzəltdim. Əla və bir stol da hazırladım.
17 dekabr. Bu gündən dekabrın 20-dək anbarda rəflər düzəltdim, asılası şeylər üçün dirəklərə mismar vurdum.
20 dekabr. Avadanlığımın hamısını mağaraya daşıdım və hər birini öz yerinə qoydum. Ərzaq qoymaq üçün bufetəoxşar bir rəf də düzəltdim. Əlavə bir stol da hazırladım.
24 dekabr. Bütün gecəni və gündüzü şiddətli yağış yağdı, evdən bayıra çıxmadım.
25 dekabr. Yağış ara vermədən yağır.
26 dekabr. Yağış kəsdi. Çox gözəl hava var.
27 dekabr. İki oğlaq vurdum. Birini öldürmüşdüm, o birini isə qıçından yaralamışdım. Onun boynuna ip bağlayıb evə gətirdim. Qıçını sarıdım.
Mən yaralı oğlağa qulluq etdim. Yarası sağaldı. Onunla o qədər məşğul oldum ki, mənə öyrəşdi, ayrılmaq istəmirdi. Fikirləşdim ki, barıt və qırmam qurtarandan sonra ərzaq tədarükü üçün ev heyvanları bəsləsəm, pis olmaz.
28–31 dekabr. Bərk istilər keçir. Yalnız axşamlar evdən çıxıb ova gedirəm. Bu günlərdə təsərrüfatımı sahmanlayıb qaydaya salmışam.
1 yanvar 1660-cı il. İstilər davam edir. Bu gün iki dəfə ova getmişəm. Axşamüstü adanın lap içərilərinə doğru getdim. Çoxlu keçi gördüm. Lakin çox ürkək olduqlarından yaxın getmək olmurdu. Onları itlə ovlamağı qərara aldım.
2 yanvar. Bu gün iti özümlə aparıb keçilərin üstünə qısqırtdım. Amma keçilər itin üstünə sürü ilə elə cumdular ki, it bir daha onlara yaxın getmək istəmədi.
3 yanvar. Hasar tikməyə başlamışam. Hər hansı düşmən hücumundan hələ də qorxduğum üçün çox möhkəm hasar düzəltməyi qərara aldım.
Hasar böyük olmasa da, mənim vaxtımı çox apardı. Ən ağır iş yoğun dirəklərin meşədən kəsilib gətirilməsi idi. Hasarı elə düzəltdim ki, kənardan baxan burada insan məskəni olduğunu başa düşməzdi.
Mən öz təsərrüfatımı qaydaya salmağa başlayanda gördüm ki, bir çox zəruri şeylərim yoxdur. Bəzi şeyləri, yəqin ki, heç zaman düzəldə bilməyəcəyəm; məsələn, nə qədər çalışdımsa, su çəlləyi düzəldə bilmədim. Mənim üçün ən zəruri şeylərdən biri də şam idi. Axşam hava qaralmağa başlayan kimi mən də yıxılıb yatmağa məcbur olurdum. Mən keçi piyindən özümə çıraq düzəltdim. Çırağın qabını gildən hazırlayıb günün altında bişirdim. Piltəsini isə köhnə kəndir lifindən düzəltdim.
Anbarda əlimə içində dən olan kiçik bir torba keçdi. Dənlərin çoxunu siçan yemişdi. Torbanı mağaranın yaxınlığında bir yerdə çırpıb təmizlədim. Həmin günlər hava yağmurlu keçirdi. Mən bu əhvalatı tamam unutmuşdum. Aradan bir ay keçdikdən sonra torpaqda cücərtilər gördüm. Bir neçə həftə sonra isə bu cücərtilərin İngiltərədə yetişdirilən əla arpa sünbülləri olduğunu görəndə çox təəccübləndim.
Ən ağır iş yoğun dirəklərin meşədən kəsilib gətirilməsi idi.
Bu kəşfimin məni nə qədər həyəcanlandırdığını təsəvvür etmək çətindir. İnandım ki, Allah-taala mənə bu kimsəsiz və dəhşətli adada ruzi vermək üçün bu toxumu bitiribdir. Gözlərim yaşardı, özümü xoşbəxt hiss edirdim. Sünbüllər yetişəndən sonra mən arpanı bircə-bircə yığdım. Bütün məhsulu toxumluq edib yenidən əkməyi qərara aldım. Yalnız dörd il sonra mən məhsulun az bir hissəsini özümə yemək üçün ayıra bildim.
16 aprel. Hasardan keçmək üçün nərdivan düzəltdim. Az qalmışdı ki, bütün zəhmətim hədər getsin. Hətta özüm də məhv olacaqdım. Mağaranın girəcəyində işlədiyim yerdə bir gurultu eşitdim. Başıma torpaq töküldü, mağaranın tavanına dayaq verdiyim iki qabaq dirək dəhşətli bir cırıltı ilə əyilərək sındı. Tez divardan aşdım. Ayağımı yerə basmamış hər şey mənə aydın oldu. Zəlzələ baş vermişdi. Yer ayağımın altında titrəyirdi. Səkkiz dəqiqənin ərzində yer üç dəfə elə bərk silkələndi ki, dənizdəki qayanın baş hissəsi gurultu ilə uçub suya düşdü.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.