Hekayələr. Эрнест Миллер Хемингуэй

Hekayələr - Эрнест Миллер Хемингуэй


Скачать книгу
yaxşı, – qız dedi. – Hər şey qaydasındadır. Özümü əla hiss edirəm.

Tərcümə: Fərrux Şıxlinski

      SARIBÜLBÜL

      Qatar kərpicdən tikilmiş uzun bir evin qarşısından sürətlə keçdi. Evin həyətində dörd irigövdəli palma ağacı var idi. Ağacların kölgə saldığı yerə balaca masalar qoyulmuşdu. Dəmir yolunun o biri üzü dəniz idi. Sonra qum və gil təpələrinin yamacları göründü, dəniz isə hərdənbir, qayalıqların aşağı hissəsində gözə dəyirdi.

      – Mən onu Palermoda almışam, – amerikalı qadın dedi. – Biz orada cəmisi bir saat dayandıq. Bazar günü səhər tezdən idi. Satan adam pulu dollarla istədi, mən də dollar yarım verdim. Əla oxuyur, elə deyilmi?

      Qatarın içərisi çox isti idi. Yataqlı vaqonun kupesində nəfəs almaq olmurdu. Hava elə bil dayanmışdı. Amerikalı qadın pəncərənin pərdəsini endirdi. Hərdənbir gözə dəyən dəniz indi tamamilə görünməz oldu. Kupenin şüşə qapılarından dəhliz və qarşı tərəfdəki açıq pəncərə görünürdü. Pəncərənin o üzündə isə günəşin altında parıldayan yolu, yolboyu uzanan tozlu ağacları, üzümlükləri və onların arxasındakı boz təpəlikləri seyr etmək olardı.

      Hündür boruların əksəriyyətindən tüstü çıxırdı. Marselə çatırdıq. Qatar sürətini azaltdı və saysız-hesabsız yollardan biri ilə vağzala daxil oldu. Marseldə iyirmi beş dəqiqə dayandıq, amerikalı qadın “Deyli meyl” və yarım şüşə mədən suyu aldı. Sonra platformada gəzişdi. Amma vaqondan çox aralanmadı, çünki qatar Kannda on iki dəqiqə dayandıqdan sonra xəbərdarlıq fiti vermədən tərpənmiş və o, vaqona özünü zorla çatdırmışdı. Amerikalı qadının qulaqları zəif eşidirdi. Buna görə də ehtiyat edirdi. Düşünürdü ki, bəlkə də, fit verilibmiş, sadəcə, o eşitməyib.

      Qatar Marsel vağzalından çıxdı. İndi nəinki fabriklərin tüstüsünü, əgər dönüb geriyə baxsan, şəhərin özünü, limanı, onun arxasında qalan dənizi və suyun üzünə düşən günəş şüalarının son işıltısını da görmək olardı. Qatar alaqaranlıqda çöldə od tutub yanan bir fermanın yanından ötdü. Yolun kənarında maşınlar dayanmışdı. Yorğan-döşəyi və evin bütün əşyalarını çölə çıxartmışdılar. Yanğına tamaşa etmək üçün xeyli adam toplaşmışdı.

      Hava qaralanda qatar Avinyona gəldi. Sərnişinlər həm minir, həm də düşürdülər. Parisə qayıdan fransızlar köşklərdən təzə fransız qəzetlərini alırdılar. Platformada qəhvəyi mundirli zənci əsgərlər dayanmışdılar. Onlar hamısı ucaboy idi, sifətləri elektrik fənərlərinin işığında parıldayırdı. Hamısı qapqara idi. Həddən artıq uca boyları isə vaqonların içərisində nə baş verdiyini görmələrinə imkan vermirdi. Qatar yerindən tərpəndi, platforma və zəncilər arxada qaldılar. Onların yanındakı balacaboy ağ çavuş da gözdən itdi.

      Yataqlı kupedə bələdçi üç çarpayı açıb yer saldı. Amerikalı qadın bütün gecəni yatmadı, çünki qatar sürət qatarı idi. O isə gecələr qatarın bərk getməsindən qorxurdu. Qadının çarpayısı pəncərənin ağzında idi. Palermodan alınan sarıbülbülü şala bürünmüş qəfəsin içində dəhlizə çıxarıb ayaqyolunun yanına qoydular. Bura yel çəkmirdi. Dəhlizdə göy fənər yanırdı. Qatar bütün gecəni çox sürətlə gedir, amerikalı qadın isə yatmır, qəza olacağını gözləyirdi.

      Gecəni yuxusuz qaldığına baxmayaraq səhər, Parisə çataçatda, amerikalı qadın yuyunma otağından olduqca gümrah və xoş əhvali-ruhiyyədə çıxdı. Əsl ortayaşlı amerikalı qadın idi. Qəfəsə bürünmüş şalı açdı və qəfəsi elə asdı ki, üstünə günəş düşsün. Sonra qəhvəaltı üçün vaqon-restorana yollandı. O qayıdanda yerlər yığılmış, çarpayılar yenidən oturacağa çevrilmişdi. Sarıbülbül açıq pəncərədən içəri düşən günəş şüaları altında lələklərini təmizləyirdi. Qatar isə Parisə yaxınlaşırdı.

      – O, günəşi çox sevir, – amerikalı qadın dedi. – İndi cəh-cəh vuracaq.

      Sarıbülbül silkinib lələklərini təmizləməkdə davam etdi.

      – Mən həmişə quşları xoşlamışam, – amerikalı qadın dedi. – Onu evə, qızım üçün aparıram… Gördünüz, başladı oxumağa.

      Sarıbülbül cikkildədi, boynunun tükləri azca qabardı. Sonra o, başını aşağı salıb dimdiyini lələklərinin arasına soxdu və beləcə gizləndi. Qatar sürətlə körpünün üstündən keçdi. İndi o olduqca səliqəli bir meşənin içi ilə hərəkət edirdi. Parisətrafı qəsəbələr bir-birini əvəz edirdi. Burada tramvaylar, üzü dəmir yoluna baxan divarlarda isə reklamlar var idi: “Bell Jardinyer”7, “Dübonne” və “Perno”8

      Əvvəlcə amerikalı qadının mənim arvadımla söhbətinə qulaq asmırdım, sonra diqqət yetirdim.

      – Əriniz də amerikalıdır? – o soruşdu.

      – Bəli, – arvadım cavab verdi. – Biz ikimiz də amerikalıyıq.

      – Elə bilirdim, ingilissiniz.

      – Xeyr, – arvadım dedi.

      – Bəlkə, aşırma qayış taxdığıma görə sizə elə gəlib? – mən soruşdum.

      Amerikalı qadın eşitmirdi. Tamam kar idi və həmsöhbətini dodaqlarının hərəkətindən anlayırdı, mən isə ona tərəf baxmırdım. Mən pəncərədən bayıra baxırdım.

      O, arvadımla söhbətinə davam edirdi.

      – Amerikalı olduğunuza elə şadam ki. Ən yaxşı ərlər amerikalılardan çıxır, – o deyirdi. – Bilirsiniz, buna görə biz Avropanı tərk etməli olduq. Mənim qızım Vevedə9

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      “Rədd olsun zabitlər!”

      2

      “Qardaşlıq” və “Fədakarlıq”

      3

      ”Cənab mayor” (ital.)

      4

      Ebro


Скачать книгу

<p>7</p>

Bell Jardinyer” (Belle Jardiniere) – Parisdə iri universal mağaza

<p>8</p>

“Dübonne” (Dubonnet) və “Perno” (Pernod) – fransız yüngül sprtli içkiləri

<p>9</p>

Veve – İsveçrənin qərbində şəhər