Üçatılan. Ильяс Эфендиев

Üçatılan - Ильяс Эфендиев


Скачать книгу
içəri. Sonra Nurunun qarasına yağlı bir söyüş söyüb öz həyətlərinə gəldi. Birbaşa dəvəliyə girdi. Ərşad lap uşaq olanda atasıgil bu tövlədə dəvə saxlayardı. İndi isə dəvəlik xarabalığa oxşayırdı.

      Ərşad bilirdi ki, əmisi qaçaq Kərbalayı Əsəd vurulandan sonra rəhmətlik anası onun üçatılan tüfəngini üç qatar patronla birlikdə köhnə keçəyə bükərək gətirib bu dəvəlikdə torpağa basdırıb, üstünə də çır-çırpı töküb. El adəti idi: igidin tüfəngi gərək ayrı ələ keçməsin. Tüfəngin yerini o zaman balaca uşaq olan Ərşaddan başqa heç kəs bilmirdi. Anası Ərşada tapşırmışdı ki, bax, tüfəngin yerini heç kəsə demə. Ərşad da heç kəsə deməmişdi. İndi isə onun bu üçatılana ehtiyacı var idi.

      Ərşad ayaq altındakı çır-çırpını təmizləyib xəncəri ilə qaranlıqda yeri oyaraq keçəyə bükülmüş tüfəngi çıxardı. Kibrit çəkib baxdı: «Sən bu dünyanın işinə bax, rəhmətlik anam necə qoyubsa, tüfəng də, patronlar da elə o cür qalıb. Heç bir tikə də pas-zad atmayıb. Yazıq arvad keçənin hikmətini bilirmiş!» Anasının əli dəyən bu keçə parçası Ərşadın ürəyini kövrəltdi. Sonra o, tüfəngin çaxmağını açıb bir-iki dəfə irəli-geri çəkdi. Patronla dolu kəmərlərdən birini götürüb çiyninə saldı. Digər ikisini isə yenə də həmin keçəyə büküb basdırdı torpağa. Sonra bayıra çıxıb ətrafı diqqətlə dinlədi. Xoruzun üçüncü banı idi. Oba yatmışdı…

      Ərşad bacısıgilə gəldi. Onu yuxudan oyatdı. Bacısı soruşdu:

      – Nə olub, qağa?

      – Heç nə, yeri içəri…

      Qabaqca bacısı, ardınca da Ərşad girdilər dama.

      Ərşad soruşdu:

      – Bəs ərin hanı?

      Bacısı cavab verdi ki:

      – Axşam getdi şəhərə, həftə bazarına… Ayaqda durma, otur.

      – Oturmuram, qayıdıram Haramıya.

      – Bəs niyə gəlmişdin?

      Ərşad onun sözünə cavab verməyib dedi:

      – Səhərin gözü açılan kimi gedib Eyvaz dayıma deyərsən: Ərşad anamızın goruna and içdi ki, əgər Sərvinazı mənə verməyib Hacı Tanrıverdinin oğluna versə, dayımı da, Hacı Tanrıverdinin oğlunu da öldürüb qaçaq olacağam!

      Sözünü bitirib iti addımlarla damdan çıxdı və Haramıya tərəf yol aldı.

      … İndi sizə kimdən xəbər verim – Eyvaz əmidən.

      Eyvaz əminin gözü çoxdan Hacı Tanrıverdinin sürüsündəki qoçlardaydı. Çünki o qoçlar təkcə Kürdobada deyil, bütün mahalda ən cins heyvan sayılırdı. Nə ətinə söz ola bilərdi, nə yununa… Hacı erkəkləri Qarabulaq, Ağdam bazarlarındakı qəssab müştərilərinə satardı. Odur ki onun dörd buruqbuynuzlu qoçu nişan üçün göndərməsi böyük iş idi…

      Eyvaz əmi tezdən durdu ki, həmin erkəklərdən birini saxlayıb qalanlarını göndərsin Haramıdakı sürüsünə. Ancaq baxıb gördü ki, erkəklərdən əsər-əlamət yoxdur, tövlənin qapısına vurulan kilidi də sındırıb atıblar yerə.

      Eyvaz əmi qara, taxta qutusunu açıb, iri papiros büküb müştüyünə qoyaraq yandırdı. Sakit halda bir-iki nəfəs çəkəndən sonra böyük oğlu Şamxala dedi:

      – Boynuna qamış ölçüm sənin kimi oğulun ki, gəlib qapından qoyun oğurlayırlar!

      Şamxal da qızarıb pörtərək cavab verdi ki:

      – Əşi, elə hər nə oldu məni danlayırsan. Sənə neçə dəfə demişəm ki, bizim bu it sümsüyün biridi, qabağına bir tikə şey atan kimi səsini kəsir. Bu gecə də bir dəfə ağzını açmayıb.

      Eyvaz əminin ikinci arvadı Zərəfşanın Şamxalla – ögey oğlu ilə arası yox idi. Ərinə dedi:

      – Yox, it gecə üç-dörd ağız hürdü. Özü də başa düşdüm ki, adama hürür.

      – Bəs niyə məni səsləmədin? – Eyvaz əmi acıqlı soruşdu.

      – Nə bilim, qıymadım.

      Eyvaz əmi yenə də uzun, qırmızı müştüyünü sümürüb dedi:

      – Camaat içində yamanca biabır olduq.

      Zərəfşan dedi:

      – Kim nə deyir desin, düşmən işidi!

***

      İndi sizə kimdən deyim – Hacı Tanrıverdidən.

      Hacı səhər tezdən dəstəmaz almaq üçün qara aftafanı əlinı alıb bayıra çıxanda gördü ki, dünən nişan üçün Eyvazın qapısına apardığı dörd heyvanın dördü də boy-boya verib, durub ağılda.

      Hacı öz-özünə dedi:

      – Lənət şeytana… Bu nə əhvalatdı? Bəlkə, heyvanlar qaçıb gəlib qapıya. Ancaq xeyr… Ağılın qapısı əməlli-başlı örtülüb, ağacı da dalına qoyulub ki, heyvanlar bayıra çıxmasın. Deməli, heyvanları gecə özləri gətirib salıblar ağıla, belə çıxır ki, nişanı geri qaytarıblar. Necə yəni?! Mənim nişanımı geri qaytarmaq?!

      Sonra arvadı Gülgəzi məsələdən hali eləyib dedi:

      – Əgər qızı vermək fikirləri yox idisə, niyə razı olurdular?

      Gülgəzin Eyvaz əminin ikinci arvadını görməyə gözü yox idi, odur ki acıqlı-acıqlı cavab verdi:

      – Mən nə bilim, o kaftarın (yəni Zərəfşanın) min cür fitnəsi-feli var.

      Ancaq bu söz Hacının ağlına batmadı. Fikirləşdi ki, Eyvaz yaxşı nəsildən olsa da, bir sözə inanan adamdı. Yəqin, hansısa düşmən başına ağıl qoyub ki, geri qaytar nişanı. Sonra Hacı onu da fikirləşdi ki, Sərvinazı vermirlər, cəhənnəmə versinlər. Nuru padşah balası kimi oğlandı. İstəsə, lap komissar qızı alar…

      Hacı sakit halda dəstəmazını aldı, dama girərək təzə ağ keçənin üstündə namazını qıldı…

      Bu zaman kəhər madyanı minib Köndələnçaya suvarmağa aparan Şamxal gördü ki, sən ölməyəsən, dünən nişana gələn dörd qoç durub Hacı Tanrıverdinin öz ağılında. Bu işə məəttəl qalıb atı suvardıqdan sonra dördnala çapdı öz yurdlarına…

      Eyvaz əmi atdan yerə sıçrayaraq tövşüyə-tövşüyə danışan oğluna qulaq asıb dedi:

      – Elə şey olmaz, səhv salmısan.

      Şamxal and içib dedi:

      – Əşi, istəyirsən özün get bax.

      Eyvaz əmi hey qırmızı müştüyü sümürür, baş aça bilmirdi ki, bu nə əhvalatdır? Niyə Hacı tezliklə nişanı geri qaytarsın? Özü də bu cür? Axı niyə? Nə səbəbə? Dünənlə bu səhərin arasında bizim nə günahımız olub? Camaat da deyəcək, görəsən, Eyvazın qızının nə qəbahəti var imiş ki, Hacı nişanı geri götürüb.

      O tərəfdə də Hacı özünü nə qədər tox tutmağa çalışsa da, olmurdu. Hirs kişini boğurdu. Bir istədi atı minib gedib Eyvazdan soruşsun ki, balam, bu nə əhvalatdı?

      Gülgəz dedi:

      – Mən razı olmaram ki, sənin kimi dağdan ağır kişi durub o kaftar Zərəfşanın


Скачать книгу