Qəhvəyi kostyumlu kişi. Агата Кристи

Qəhvəyi kostyumlu kişi - Агата Кристи


Скачать книгу
kostyumlu adamı tapmısınız?

      – Xeyr, tapmamışam, lakin bu mümkündür.

      Vəziyyəti qısaca şərh etdim. Qurtaran kimi Nesbi gözlənilmədən soruşdu:

      – Başların tipləri haqqında haradan bilirsiniz?

      Atam barəsində danışdım.

      – Demək, siz professor Bedinqfeldin qızısınız? Yaxşı, deyin görüm, nə istəyirsiniz?

      – Qəzetinizdə işləmək fikrindəyəm! İstəyirəm bu işi araşdıram.

      – Lakin, miss, bu iş üçün öz adamlarımız var.

      – Məndə isə sensasiyalı məlumatlar var.

      – Bu danışdıqlarınızdı? Cəmi-cümlətanı beş-üç kəlmə?

      – O-o… yox, lord Nesbi! Məndə başqa şeylər də var!

      – Hə-ə… deyəsən, zirək qızsınız? Di döşəyin gəlsin!

      – Yalançı həkim liftə girəndə cibindən kağız parçası düşmüşdü. Həmin kağız məndədir. Kağız naftalin iyi verir. Metroda həlak olan kişinin paltosundan da həmin iy gəlirdi. Güman edirəm ki, özünü həkim kimi qələmə verən şəxs vərəqi onun cibindən çıxarmışdı. Vərəqdə iki söz və bir neçə rəqəm yazılmışdır.

      Lord Nesbi saymazyana əlini uzatdı:

      – Verin baxım!

      – Heç cür vermərəm, – deyə gülümsədim, – axı onu mən tapmışam.

      – Deyəsən, həqiqətən, bacarıqlı qızsınız! Deyəsən, kağızı polisə vermədiyiniz üçün vicdan əzabı-zad çəkmirsiniz.

      – İnspektor məni dinləmək belə istəmədi.

      – Uzaqgörən adam deyil. Yaxşı, öz versiyanızı hazırlamaqda davam edin. Əgər maraqlı bir şey tapsanız, dərc olunmaq imkanı əldə edərsiniz. “Deyli badcet”də istedadlı materiallara həmişə yer tapılar. Ancaq çalışmaq lazımdır. Başa düşdünüzmü?

      V fəsil

      Evə qayıdaraq otağıma çəkildim, sonra “həkim”dən qalmış qeyd vərəqini də götürüb, Allah bilir, neçənci dəfə oxuyub izah etməyə çalışdım. Bu beş rəqəmdə – 17. 122 – sirrin cavabı gizlənmişdi…

      Ağlıma min fikir gəlirdi: “Kilmorden qəsri”. Hansısa zadəgan ailəsinin dədə-baba yuvası? İtmiş varis? Gizlədilmiş varidat? Əgər bunlar düzdürsə, onda rəqəmlər sirrin koordinatlarını göstərir. Bir addım sağa, yeddi addım sola, iyirmi iki pillə aşağı… Yox! Mütləq cinayət baş verən yerdə – Marlouda olmalıyam. Agentliyin gülərüz xidmətçisi seçmək üçün mənə bir neçə ünvan təklif etdi.

      – Sizdə daha nə var? Məsələn, çay sahilində, bağ-bağatlı? – Sonra Mill-hausa uyğun gələn bir neçə əlamət də əlavə etdim.

      – Ser Pedlerin də villası kirayəyə verilir, ancaq bu, Mill-hausdur. Yəqin ki, qəzetlərdə oxumusunuz.

      – Bəs haradadır sizin bu Mill-haus? – qətiyyətlə onun sözünü kəsdim.

      – Marlouda, necə olub ki, eşitməmisiniz? Bu günlərdə orada qətl törədilib, çətin ki razılaşasınız…

      On beş dəqiqə sonra Mill-hausda idim. Qapıda məni əsəbi, yaşlı qadın qarşıladı.

      – Bu evə heç kəs girməyəcək! Eşidirsinizmi? Reportyorların əlindən lap təngə gəlmişəm!

      – Axı mənim bildiyimə görə, ev kirayəyə verilir?

      – Ah, bağışlayın, miss, elə bildim jurnalistsiniz. Bir dəqiqə də sakit buraxmırlar. Ev, əlbəttə, hələ ki kirayəyə verilməyib, ancaq çətin ki onu götürən ola.

      – Bir hadisəmi baş verib? – həyəcanla soruşdum.

      – Aman Allah! Bəyəm burada öldürülən əcnəbi qadın haqqında eşitməmisiniz?

      – Bu haqda qəzetlərdə nəsə oxumuşdum, – etinasızlıqla necə gəldi cavab verdim.

      – Hələ oxumamısınız? Bu barədə bütün qəzetlər yazıb. Polis hələlik susur, amma məncə, canini tutarlar. Onu da, qadını da yaxşı xatırlayıram. Qadın bax orada dayanmışdı, siz dayanan yerdə.

      – Qadın sarışın, yoxsa qarabuğdayı idi? Qəzet şəkillərindən ayırd etmək olmur.

      – Hə, saçları qaraydı. Sifəti isə ağ. Dodaqlarını qalın rəngləmişdi. Belələrindən heç xoşum gəlmir. Pudra və pomada qaydasında olsa yaxşıdır.

      – Qadın pərişan görünmürdü? – soruşdum.

      – Qətiyyən! Elə səmimi gülümsəyirdi ki! Səhərisi onun meyitini evdən tapanda az qala ağlım başımdan çıxacaqdı. Ser Yustas olmasaydı, heç nə məni burada saxlaya bilməzdi.

      – Qəzetlərin yazdığına görə, hazırda o, Kanndadır.

      – Düzdür, miss, orada idi, lakin baş vermiş hadisəni eşidən kimi İngiltərəyə qayıtdı. Amma gənc kişi, dəqiq deyə bilərəm ki, dilxor idi. Evdən də beləcə həyəcanlı çıxdı. Ancaq o vaxt buna əhəmiyyət vermədim.

      – Orada çox qaldı?

      – Evdəmi? Yox, canım. Beşcə dəqiqə.

      – Hündür idimi? Məsələn, altı fut.

      – Desəm ki, az deyildi, inanın.

      – Üzü təmiz qırxılmışdı?

      – Hə. Nə bığı vardı, nə də saqqalı.

      – Bəs siz onun başının formasına fikir vermədiniz ki?

      – Başı adi idi, mis… hə-ə, açarı verimmi? Sizi ötürərdim, amma…

      Açarı alıb evə tərəf addımladım. İndi aydın idi ki, Mill-hausda olan centlmenlə metrodakı “həkim” arasında fərq yoxdur. İntuisiya mənə başqa versiya da deyirdi: metroda həlak olan şəxslə xanım de Kastina, şübhəsiz, Mill-hausda bir-biri ilə görüş təyin etmişdilər.

      Metrodakı kişi qəfildən “doktoru” görərək özünü itirmiş və həlak olmuşdur. Bəs “doktor”? O, həlak olanın cibindən vərəqi tapır, qiyafəsini dəyişərək Marlouya tələsir.

      Budur, Mill-hausun qapısı ağzındayam. Alçaqtavanlı holl isti idi, kif iyi gəlirdi. Ev sanki sahibsiz idi. Qeyri-iradi səksəndim. Görəsən, gülümsəyərək bu otağa daxil olan qadın nə fikirləşirdi?

      Ürəyimin bərk döyündüyünü hiss etdim. Həqiqətənmi ev boşdur? Bəlkə, məni də burada ölüm hərləyir? Bu evin ab-havasından həyəcan, qəzəb, qəddarlıq süzülürdü.

      VI fəsil

      Həyəcanı və inamsızlığı dəf edərək yuxarı mərtəbəyə qalxdım. Faciənin baş verdiyi otağı axtarıb tapmaq çətin deyildi. Meyitin tapıldığı gün leysan yağış yağırdı və buna görə də döşəmədə çoxlu ayaq izləri qalmışdı.

      Budur, bu da otaq. İçərisi bomboşdur. Bloknot və qələm çıxartdım. Lakin yazmalı heç nə yox idi. Qələmi çantama qoymaq istəyirdim ki, birdən sürüşüb düşdü və


Скачать книгу