Al yelkənlər. Александр Грин
elədi.
– Səxavətli adam, bu zavallını da qonaq elə, – çəpərin o başından dilləndi. – Mənim tütünüm səninki ilə müqayisədə zəhərdir.
– Verərdim, – Lonqren alçaqdan dilləndi, – amma tütünüm cibimdədir. Əlimi cibimə salsam, qızımı şirin yuxusundan edəcəm.
– Qiyamət qopmaz! Oyanar, yenidən yuxuya gedər, əvəzində məni tütünə qonaq etməklə savab qazanarsan.
– Bura bax, – Lonqren etiraz elədi, – sənin öz tütünün var, uşaqsa yorulub. Belə çox istəyirsən, bir azdan qayıdıb gələrsən.
Dilənçi nifrət dolu baxışlarını ona dikib yerə tüpürdü, boğçasını çubuğun ucuna keçirib zəhərini işə saldı:
– Gözlə, şahzadənin zəri tökülməsin. Uşağın başını gic-gic şeylərlə doldurmusan. Nə bilim uzaqlardan gəmi gələcək, onu alıb buralardan aparacaq! Əcəb atasan!
– Deyəsən, – Lonqren hirslə pıçıldadı, – qızımı oyatmalı olacam, bilirsən niyə, sənin o yağlı peysərinə bir yumruq atmaq üçün. Cəhənnəm ol burdan!
Dilənçi artıq yarım saat sonra bir dəstə balıqçı ilə meyxanada oturub söhbət edirdi. Kişilərin arxasında gah ərlərinin qollarını dartışdıran, gah da çiyinlərinin üstündən əyilərək araq qədəhlərini götürüb başlarına çəkən boylu-buxunlu, qalın qaşlı, yumru bədənli qadınlar oturmuşdular. Acığından od püskürən dilənçi az əvvəl başına gələnləri əl-qol ata-ata danışırdı:
– Mənə bir damcı da olsa tütün qıymadı. – “Sən, – deyir, – həddi-büluğa çatacaqsan və o zaman arxanca… al yelkənli bir gəmi gələcək. Çünki sənin nəsibin şahzadəyə ərə getməkdir”. Bir də deyir ki, o sehrbazın sözlərinə inan. Mənsə deyirəm: “Qızını oyat, cibindəki tütündən çıxarıb mənə ver”. Kişinin oğlu məni tütünə qonaq eləməyin dərdindən min cür bəhanə gətirdi, bu da azmış kimi, məni döymək istədi.
– Kim? Nə? Nədən bəhs edir ki? – qadınlar maraqlarını öldürməyə çalışdılar.
Başlarını arxaya çevirməyə ərinən balıqçılar rişxəndlə şərh verməyə başladılar:
– Lonqrenlə qızı vəhşiləşib, ya da ağılları azıb; bu da Allah şahidi. Guya sehrbaz qonaqları olub. Arvadlar, qulaqlarınızı açın, yaxşı-yaxşı dinləyin: guya bunlar uzaq ellərdən gələn şahzadə gözləyirlər, özü də al yelkənli!
Üç gündən sonra şəhər dükanından qayıdan Assol bu sözləri eşitdi:
– Ey, başdanxarab! Assol! Ora bir bax! Al yelkənlər üzür!
Eşitdiklərindən səksənən qız bilaixtiyar başını çevirib dənizə tərəf baxdı. Sonra səs gələn tərəfə boylandı; orada, ondan iyirmi beş addım məsafədə bir yığın uşaq dayanmışdı; onlar üz-gözlərini əyir, qıza dil göstərirdilər. Assol dərindən ah çəklib evə tərəf qaçdı.
II
QREY
Əgər Sezar Romada ikinci olmaqdansa kənddə birinci olmağı seçirdisə, Artur Qrey məşhur sərkərdənin bu müdrik arzusuna qibtə etməyə bilərdi. Çünki o, kapitan doğulmuşdu, kapitan olmaq istəyirdi və elə axırda kapitan oldu da.
Qreyin doğulduğu olduqca böyük ev zahirdən nə qədər dəbdəbəli görünsə də, daxildə sıxıcı idi. Parkın bir hissəsi və güllük binanın ön tərəfinə açılırdı. Zanbaqların ən yaxşı növləri – gümüşü-mavi, bənövşəyi və çəhrayı kölgəli qara – qazona boyundan asılan şıltaq boyunbağı təki səpilmişdi. Qocaman ağaclar gah sağa, gah da sola burulan çayın kənarlarında seyrək ala-toranda mürgüləyirdi. Qəsrin hasarı dəmir naxışlarla birləşdirilmiş buruq-buruq çuqun sütunlardan ibarət idi. Hər sütun yuxarıda təmtəraqlı çuqun zanbaqla tamamlanırdı; bu piyalələr təntənəli günlərdə yağla doldurulur və gecənin zülmətində şölələnirdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.