Skelliq. Дэвид Алмонд

Skelliq - Дэвид Алмонд


Скачать книгу
toru, tozu və ölü milçəkləri təmizlədim.

      Atam hələ də hamamda idi.

      – Bura təzə köçən sənsən? – tanış olmayan səs eşidildi.

      Tez arxaya çevrildim.

      Hasarın arxasından baş göründü. Qız idi.

      – Sənsən bura köçən?

      – Hə.

      – Mənim adım Minadır.

      Gözümü ona bərəldib dillənmədim.

      – Di? – o soruşdu.

      – Nə di?

      – Mən Minayam, bəs sən…

      – Maykl.

      – Lap yaxşı.

      Onun başı hasarın arxasında yoxa çıxdı. Ayağının tappıltısı eşidildi.

      – Tanış olmağıma şadam, Maykl, – hasarın o üzündən səslənib qaçdı.

      Səkkizinci fəsil

      Atam hamamdan çıxanda dilxor oldu. Evdə nə çörək vardı, nə yumurta, nə də… Birdən ağlına bir fikir gəldi:

      – Bildim! Gəl restorandan yemək sifariş edək.

      Bu vaxt mənim də ağlıma gəldi ki, Çin restoranı lap yaxındadır, atam elə köçdüyümüz gün oranın menyusunu götürmüşdü.

      – Anan gələnə yaxın sifariş edərik, – atam davam edirdi. – Ürəyin nə istəyir?

      – İyirmi yeddi və əlli üç.

      – Pah! Heç vərəqləmədin də! Gopçusan ha!

      Ancaq o gülümsəyib “sifarişimi” yazdı.

      – Deməli, belə: anana xüsusi çau meyn1, sənə yaz kökəsi və şar sui2, mənə göbələklə mal əti, cumbuluya isə xırçıldayan yosun və dəniz xərçəngindən peçenye. İstəməsə, özümüz yeyərik. Bezməyibsə, qoy elə ana südü əmsin.

      O, çinlilərə zəng vurdu, sonra mənə pul verib sifarişin dalınca göndərdi. Qayıdanda anamla bacım artıq evdə idilər. Anam başıma hərlənməyə, məktəbə necə getdiyimi, işlərimin nə yerdə olduğunu soruşmağa başladı. Bu vaxt balaca düz onun çiyninə qusdu və anam əynini dəyişməyə getdi.

      Atam nəinki özünə sifariş etdiyi göbələklə mal ətini, üstəlik, yosun və peçenyeni də mədəsinə ötürdü. Sonra tozdan mədəsində hər şeyin bir-birinə yapışdığını deyərək bir şüşə pivəni başına çəkdi. Boşqabımın düz yarısının dolu olduğunu görüb əlini uzatmaq istəyirdi ki, qoymadım.

      – Kökələrsən, – dedim.

      Anam güldü:

      – Bundan da kök?

      – Ölürəm acından! Bütün günü burada sizin üçün işləmişəm.

      O, balacanın çənəsini qıdıqlayıb alnından öpdü:

      – Ən çox da sənin üçün!

      Hələ də boşqabımı mümkün təcavüzdən qorumaqda idim.

      – Sən gonbulsan, bax, qarnın çıxıb!

      O, köynəyini qaldırıb qarnındakı qatları çimdiklədi.

      – Görürsən?! – anam dedi.

      O, sakitcə bizə baxıb barmağını boşqabımın qırağındakı sousa batırdı.

      – Tanrıların yeməyi! – o ah çəkdi. – Nə isə, hələlik gözümün qurdunu öldürdüm. Hamıya təşəkkürlər!

      Sonra o, soyuducuya tərəf gedib oradan daha bir şüşə pivə və pendir çıxartdı.

      Mənsə 27 və 53-dən nə qalmışdısa plastik qutuya doldurdum və küçədəki zibil qabının içində gizlətdim.

      Doqquzuncu fəsil

      Həmin axşam mən yenə Minanı gördüm. Atamla evin qarşısındakı bağçada, qanqal və zəncirotunun arasında dayanmışdıq. O, tezliklə buranın necə qəşəng olacağı barədə danışırdı: güllər, kollar, ağaclar, pəncərənin altında isə oyma skamya. Elə bu vaxt Minanı gördüm.

      O, küçənin bizim evimiz olan tərəfində, ağacların birinin başında oturmuşdu. Əlində kitab və qələm vardı; hiss olunurdu ki, budağın üstündə özünə rahat yer tapıb. Qələmin ucunu ağzına aparmışdı, yarpaqların arasından səmaya baxırdı.

      – Görəsən, bu kimdir? – atam maraqlandı.

      – Onun adı Minadır.

      – Aydındır.

      Mina, çox güman, bizim ona baxdığımızı gördü, amma özünü o yerə qoymadı.

      Atam evə, sementin bərkiyib-bərkimədiyini yoxlamağa getdi.

      Mənsə küçəyə çıxdım, Mina oturan ağacın altında dayanıb ona baxdım.

      – Sən orda neynirsən?

      – Ay sarsaq! Ürkütdün. Hamınız beləsiniz.

      – Kimi ürkütdüm?

      – Qaratoyuğu.

      O, kitab və qələmi dişlərinin arasında sıxaraq budaqdan sallandı və bağa hoppandı. Qamətini düzəltdi, sonra isə uzun-uzadı və diqqətlə mənə baxdı. Boyu balaca, saçları kömür kimi qapqara, baxışları isə kəskin idi… Sanki adamın ürəyindəkiləri dəqiqliklə oxuyurdu.

      – Yaxşı, eybi yoxdur. Gələn dəfə yekunlaşdıraram.

      O, barmağı ilə damı göstərdi. Orada, damın lap başında qaratoyuq oturub fit çalır, quyruğunu oynadırdı.

      – Onlarda bu, siqnaldır. Qohum-əqrəbasını təhlükədən xəbərdar edir. Təhlükə isə sənsən.

      O, başı ilə ağacı göstərdi.

      – Mən oturduğum budağın ucunda yuva var. İçində də üç bala. Amma nəbadə ora çıxasan.

      O, hasara çıxdı, üzü mənə tərəf oturub ayaqlarını salladı:

      – Mən burada yaşayıram. Yeddi nömrəli evdə. Səninsə, deməli, balaca bacın var?

      – Hə.

      – Adı nədir?

      – Hələ fikirləşməmişik.

      Dili ilə qeyri-müəyyən səs çıxarıb gözlərini səmaya dikdi.

      Sonra kitabı açdı:

      – Bura bax.

      Quş şəkillərini göstərdi. Onlar qələmlə çəkilmişdi, bəziləri mavi, yaşıl və qırmızı boyalarla rənglənmişdi.

      – Bax, qaratoyuq budur. Onları tez-tez görmək olar, çox qəşəngdirlər. Bu, sərçədir, bu da arıquşu. Bunlarsa qar quşları. Buna bax, bu, payızbülbülüdür, keçən cümə axşamı pəncərədən içəri girmişdi. – O, albomu çırpıb örtdü. – Bəs sən quşları sevirsən? – o mənə acıqla baxırdı, sanki nədəsə günahkar idim.

      – Bilmirəm.

      – Tanış mənzərədir. Bəs şəkil çəkməyi?

      – Hərdənbir.

      – Şəkil


Скачать книгу

<p>1</p>

Çau meyn – ət və pörtlədilmiş tərəvəzdən ibarət Çin yeməyi. İsti-isti, çox vaxt əriştə ilə yeyilir.

<p>2</p>

Şar sui – ət və pörtlədilmiş tərəvəzdən ibarət Çin yeməyi. Düyü ilə yeyilir.