Uşaqlıq. Yeniyetməlik.... Лев Толстой

Uşaqlıq. Yeniyetməlik... - Лев Толстой


Скачать книгу
onu daha artıq sevdim.

      Biz böyüklərə yaxınlaşanda atam bildirdi ki, Moskvaya səfərimiz anamın xahişi ilə sabah səhərə təxirə salınıb. Bu isə bizi çox sevindirdi.

      Mənim atam necə adam idi?

      Atam boy-buxunlu, xırda addımlarla iti yeriyən, tez-tez çiynini çəkən, balaca gözləri həmişə gülümsəyən, başının ortasında böyük dazı olan qartalburunlu bir adam idi. Göz açıb atamı belə görmüşdüm.

      O, adamlarla münasibətdə üstünlük qazanmağı bacarırdı. Heç vaxt kübar bir adam olmamışdı. Amma yüksək təbəqədən olan adamlarla gözəl əlaqələr qurmaqda, onların hörmətini qazanmaqda məharət sahibi idi. Bu əlaqələrin bir qismini anamla qohumluğu, bir qismini gənclik yoldaşlarının sayəsində əldə etmişdi. Ancaq yoldaşlarının rütbəcə yüksəldiklərinə, özünün isə istefaya çıxmış qvardiya poruçiki5 qaldığına görə ürəyində onlara qəzəblənirdi. Sabiq hərbçilər kimi o da dəblə geyinməyi bacarmırdı; lakin bunun əvəzində orijinal və səliqəli geyinirdi. O, həssas və kövrək adam idi. Çox vaxt ucadan kitab oxuyanda həyəcanlı bir yerə çatarkən səsi titrəməyə başlayır, gözləri dolur, kədərlənib kitabı bir kənara qoyurdu. Atam musiqini sevir, fortepianoda çalmağı bacarırdı. Onun nə əqidəyə qulluq etdiyini bir Allah bilirdi. Yəqin, o qədər xoşbəxt idi ki, buna zərurət hiss etmirdi.

      O, söhbətcil adam idi. Eyni bir hadisəni sevimli bir şıltaqlıq və pis bir alçaqlıq kimi nağıl etməyi bacarırdı.

      Məşvərət

      Biz evə çatanda şər qarışırdı. Anam royalın arxasında əyləşdi, biz uşaqlar isə kağız, karandaş götürüb şəkil çəkməyə başladıq. Çəkdiklərim xoşuma gəlmədi. Kağızı hirsimdən cırıb kresloda mürgü vurmağa getdim.

      Anam öz müəllimi Fildin ikinci konsertini6 çalırdı. Mən mürgüləyə-mürgüləyə cürbəcür şeylər xatırlayırdım.

      Kabinetə açılan qapı mənimlə üzbəüz olduğundan Yakovun və əyninə kaftan geyinmiş bir neçə saqqallı adamın oraya girdiyini gördüm. Qapı onların dalınca dərhal örtüldü: «Hə, məşvərət başlandı!» – fikirləşdim. Mənə elə gəlirdi ki, indi dünyada bu kabinetdəkindən vacib söhbət ola bilməz. Evdəkilərin kabinetin qapısı ağzında, adətən, pıçıldaşmağı, barmaqlarının ucunda yeriməyi mənim fikrimi bir daha möhkəmləndirdi. Kabinetdən atamın gur səsi eşidilirdi. Karl İvanıç əlində kağızlar barmaqlarının ucunda, lakin qaşqabaqlı və qətiyyətli bir görkəmdə yaxınlaşıb qapını yavaşca döydü. Onu içəri buraxdılar və qapı təkrar örtüldü.

      «Kaş bir bədbəxtlik üz verməsin, – fikirləşdim. – Karl İvanıç hirslidir, nə desən eləyər…»

      Mən yenə mürgülədim.

      Ancaq heç bir bədbəxtlik üz vermədi. Bir saat sonra çəkmələrin cırıltısı məni oyatdı. Karl İvanıç göz yaşlarını yaylığı ilə silərək kabinetdən çıxıb burnunun altında nə isə donquldana-donquldana yuxarı getdi. Atam da onun arxasınca kabinetdən çıxıb qonaq otağına keçdi.

      O, əlini anamın çiyninə qoyub şən bir səslə dedi:

      – Bilirsən, mən bu saat nə qərara gəldim?

      – Nə qərara gəlmisən, dostum?

      – Karl İvanıçı uşaqlarla birlikdə aparıram. Arabada yer var, uşaqlar ona, o da uşaqlara öyrəşib, ildə 700 manat isə elə bir şey deyil.

      – Çox şadam, – anam dedi. – Onun da, uşaqların da yerinə çox şadam. O, yaxşı qocadır.

      Karl İvanıç əlində kağız içəri girəndə bizim evdə gördüyü bütün ədalətsizlikləri atamın hüzurunda bəlağətlə ifadə etmək, ürəyini boşaltmaq niyyətindəymiş; lakin «Uşaqlardan ayrılmaq məni çox kədərləndirəcəkdir» deyəndə tamamilə çaşmış, səsi titrəmiş və dama-dama yaylığını cibindən çıxarmalı olmuşdu.

      O, ağlaya-ağlaya demişdi:

      – Bəli, Pyotr Aleksandrıç, mən uşaqlara o qədər isinişmişəm ki, onlarsız qala bilmərəm. Yaxşısı budur, sizə maaşsız qulluq edim.

      Atam əlini onun çiyninə vurmuşdu:

      – Siz kədərlənirsiniz, ancaq sizdən ayrılmaq mənim üçün daha kədərlidir. Mən fikrimi dəyişmişəm.

      Şam yeməyinə az qalmış Qrişa içəri girdi. O vidalaşmağa gəlmişdi, sabah səhər yoluna davam edəcəkdi. Mən Volodyaya göz vurub dedim ki, əgər Qrişanın zəncirlərinə baxmaq istəyirsənsə, gedək anbarda gizlənib onu güdək. Oradan hər şeyi görərik. Volodya gedib qızları çağırdı və biz yuxarı çıxdıq.

      Qaranlıqda qorxumuzdan bir-birimizə sığınmışdıq. Qrişa bizdən sonra içəri girdi. Dua oxuya-oxuya əsasını bir küncə qoyub soyunmağa başladı. Sonra çarpayının hər tərəfinə xaç çəkdi, köynəyinin altındakı zəncirlərini düzəltdi.

      Anbara girəndə şənlənib güləcəyimi güman etmişdim, lakin bunun əvəzində ürəyimin kədərlə çırpındığını hiss etdim. Çünki Qrişa otağa girəndən dua edir, hönkürtü ilə ağlayırdı.

      O zamandan çox keçib, bir çox xatirələr öz mənasını itirərək dumanlı xəyallara çevrilib, hətta dərbədər düşmüş Qrişa da özünün son səyahətini çoxdan başa vurub. Ancaq onun məndə oyatdığı təəssürat xatirəmdə daim yaşayacaqdır.

      Natalya Savişna

      Keçən əsrin ortalarında Xabarovka kəndinin həyətlərində əynində sadə paltarı olan ayaqyalın, lakin şən, kök və qırmızıyanaq bir qız oynayırdı. Onun adı Nataşka idi. Nataşkanın atası klarnetçalan Savvanın xahişi ilə babam bu qızı nənəmə qulluqçu götürmüşdü. Anam doğulanda isə ona dayəliyi Nataşkaya tapşırmışdılar. Yeni işində çalışqanlığına görə onu həmişə tərifləyib qiymətləndirmişdilər. Lakin diribaş xidmətçi Foka onun kobud, amma sevən qəlbini ovlamışdı. Natalya hətta özü babamın yanına gəlib Fokaya ərə getmək üçün ondan icazə almağa cürət etmişdi. Babam Nataşkanın istəyini nankorluq sayaraq qəzəblənmiş və onu uzaq bir kəndə mal-qaraya baxmağa göndərmişdi. İntəhası, bu qızı heç kəs əvəz edə bilmədiyindən altı aydan sonra əvvəlki vəzifəsinə geri qaytarılmışdı.

      O zamandan Natalya dönüb Natalya Savişna olmuş, Fokanı unutmuş, sadəcə, anama dayəlik etməklə məşğul olmuşdu.

      Onun anamın yanındakı yerini mürəbbiyə tutanda isə anbarın açarlarını, bütün dəyişəklərin və ərzağın ixtiyarını Natalyaya vermişdilər. O, yeni vəzifəsini eyni səy və məhəbbətlə yerinə yetirirdi.

      Ağlım kəsəndən Natalya Savişnanı, onun məhəbbətini, nəvazişini xatırlayıram. Lakin bu məhəbbət və nəvazişi yalnız indi qiymətləndirə bilirəm.

      Ayrılıq

      Ertəsi gün səhər saat 12-yə işləyəndə bir faytonla araba qapı ağzında dayandı. Bir neçə dəqiqəni son dəfə bir yerdə keçirmək üçün qonaq otağında hamı dəyirmi stolun ətrafına toplaşanda bizi necə kədərli anlar gözlədiyini ağlıma gətirmirdim. Foka otağa daxil olub «Atlar hazırdır» deyəndə anamın titrədiyini və rənginin


Скачать книгу

<p>5</p>

Poruçik – kiçik zabit rütbəsi

<p>6</p>

Konsert – orkestrin müşayiəti ilə bir musiqi aləti tərəfindən ifa olunmaq üçün yazılmış musiqi əsəri