Sükutdan sitat. Elçin Şıxlı

Sükutdan sitat - Elçin Şıxlı


Скачать книгу
variantıdır. İQ xüsusi testlər vasitəsilə insanın düşüncə və düşünmək imkanlarının (bilik səviyyəsi, erudisiya bu yerdə nəzərə alınmır) təyin edilməsidir. Bir sözlə, İQ testlərinə görə, ortalama 100 balı ABŞ əhalisinin böyük əksəriyyəti toplaya bilir ki, onların da 50 %-nin göstəricisi 90-110, digər 50 %-ninsə 25-i 90-dan az, o biri 25-i də 110-dan çoxdu. Bu minvalla orta amerikalının və ya insan intellektinin göstəricisi 100-dürsə, 130-dan artıq toplayanlar istedadlı, 70-dən aşağı yığanlarsa əqli cəhətdən geri qalanlardır. Kitab müəllifləri geniş statistik göstəricilərə əsaslanmaqla Amerika cəmiyyətindəki müxtəlif zümrələrə aid insanların əqli göstəricilərinin müxtəlifliyini araşdıraraq aralarındakı dərin fərqlərin təhlükəli olduğu nəticəsinə gəlib, onlar ağır nəticələr verməmiş yürüdülən milli sosial siyasətə edilməli olan düzəlişlərdən söz açıblar. Professorların fikrincə, İQ göstəricisi az qala insanın alın yazısıdır. Bir sözlə, yüksək İQ sahibləri həyatda istədiklərinə, əsasən, nail olur və özləriylə yanaşı, ətrafdakılar və ən əsası ölkəyə də yalnız və yalnız başucalığı və xeyir gətirirlər. Kitab müəlliflərinin gəldiyi digər nəticələrlə ictimaiyyətin liberal kəsimi kökündən razılaşmasa da, hər halda, elmi nəticələr bambaşqa bir mənzərə yaradır.

      “The Bell Curve” müəllifləri prezident Lindon Consonun zamanından tətbiq edilən “affirmative action”, yəni müsbət tədbirlər və ya hərəkətlər kimi tərcümə edilən və “hamıya bərabər imkanlar verən böyük cəmiyyət” sosial proqramının əsaslarını da laxladırdı. Həmin proqrama görə, irqindən, dərisinin rəngindən və məxsus olduğu sosial zümrədən asılı olmayaraq hamıya eyni imkanlar və şərait yaradılmalı idi. Yəni bizə sovet dövründən çox yaxşı tanış olan kvota sistemi tətbiq edilirdi. Təəssüf ki, bu prinsiplərdən çıxış edərək hər hansı bir iş yerinə namizədlər arasından ən qabiliyyətlisi deyil, kvotaya və yaxud həmin məqamın konyunkturasına uyğun gələni seçilə bilir. Məsələn, müəssisədə ağdərililər çoxluq təşkil edirsə, həmin yerə mütləq qaradərili namizədi götürəcəklər ki, bəyan edilmiş sosial bərabərlik prinsipi pozulmasın.

      Bu yerdə, ən azı, 35 il bundan əvvəl iştirakçısı olduğum söhbəti xatırladım. Yenicə nişanlanmışdım. Tanışlarımdan biri təbrikdən sonra nişanlımın hansı millətdən olduğuyla maraqlandı və cavabında “özümüzünküdür” eşidəndə tam səmimi şəkildə “sənin kitabın bağlandı, daha səni heç cür Mərkəzi Komitəyə işə götürməyəcəklər” deyə heyifsiləndi. Doğrusu, tutuldum və ondan tezcə aralandım. Belə axmaq şeylərin olmasına heç cür inanmaq istəmirdim, amma elə həmin ildəcə başqa bir tanışımı elə həmin MK-yaca həyat yoldaşı rus, özü isə irəvanlı olduğuna görə asanlıqla işə götürdülər…

      “Azərbaycan müharibə aparan ölkədir. Lakin bu müharibə səngərdə deyil, auditoriyalarda getməlidir. Azərbaycan müharibədə qalib gəlmək istəyirsə, bizim orta məktəblərin V sinif şagirdləri qonşu ölkənin V sinif şagirdindən üstün biliyə malik olmalıdır. Təəssüf ki, biz bunu reallıqda görmürük. Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramına (PİSA) əsasən, Azərbaycan 15 yaşlı uşaqların biliyinin səviyyəsinə görə 57 ölkə arasında 56-cı yerdədir”.

      APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Bakı Ali Neft Məktəbində çıxışı zamanı deyib. Onun sözlərinə görə, orta məktəblərdə savadsızlığa, nadanlığa və tənbəlliyə qarşı müharibə elan edilməlidir: “Biz qan tökməzdən əvvəl tər tökməliyik. Səngərdə olan əsgər bilikli əsgər olmalıdır. Çünki bütün müharibələri insanlar, ilk növbədə, öz bilikləri ilə udur”.

      Məleykə xanımın bu dediklərindən sonra düşündüm ki, deyəsən, Azərbaycanda İQ testi aparmağın lap vaxtıdır, çünki bu gedişlə məmləkəti İQ göstəricisi 70-dən aşağı olanların təmsil və idarə edəcəyi günü görmək təhlükəsiylə tək bizim övladlarımız deyil, elə özümüz də qarşılaşacağıq…

27.02.2013

      Son yarpaq

      Bu günlərdə Rusiyada dəbdə olan yazıçı Boris Akuninin “Financial Times” qəzetinə verdiyi müsahibəylə tanış oldum. Diqqətimi onun söylədiyi bir fikir çəkdi. Deyir, bəxtim gətirib ki, SSRİ-də anadan olub da hal-hazırda Rusiyada yaşayıram. Yoxsa sakit və rahat ölkədə doğulan adamlar kimi 90 yaş yaşayıb necə insan olduğunu bilməyə bilərsən, çünki həyat səni əməlli-başlı sınağa çəkmir.

      Qəribə məntiqdir – dünya-aləm Rusiyada insan haqlarının pozulmasından, demokratiyanın boğulmasından, ölkənin totalitarizmə yuvarlanmasından, millətin zillət içində yaşamasına rəğmən bir ovuc insanın ölkəni talan edib kef çəkməsindən, korrupsiyadan və ən nəhayət, söz və ifadə azadlığının heç səviyyəsində olmasından danışır, yazıçı isə sanki bunlarsız yaşaya bilmədiyini söyləyir, deyir ki, 56 yaşım olsa da, Rusiyada artıq 5-6 həyatlıq ömür sürmüşəm.

      Rusiyada, lap elə Azərbaycanın özündə sosial sorğu keçirə bilsəydim, bir sual verərdim: 90 yaş rahat həyat sürüb nəyə qadir olduğunuzu bilmədən ölə biləcəyiniz, yoxsa sizi 56 yaşa çatanda 5-6 ömür sürmək məcburiyyətində qoyan bir ölkədə yaşamaq istərdiniz? Zənnimcə, böyük əksəriyyət 90 yaşadək firavan yaşamaq imkanı yaradan ölkəyə səs verər və həmin səsvermənin nəticələri heç kimdə şəkk-şübhə doğurmazdı. İnanın ki, özünün nə kimi bir insan və nəyə qadir olduğunu bilmək istəyənlərin sayı heç dərəcəsində olacaq. Hamı firavan həyatı seçəcək. Bax problemin kökü də elə bundadır.

      Bu yerdə yadıma dünya ədəbiyyatına hekayə ustası kimi möhürünü vurmuş böyük Amerika yazıçısı O. Henrinin “Son yarpaq” əsəri düşdü. Hekayənin iki əsas personajından danışacam. Hər ikisi rəssamdır, yəni bizim dillə desək, ziyalıdır, özü də yaradıcı ziyalı. Yaşadıqları ölkə də bu gün, qeyd edirəm, bu gün, rahatlıqla 90 yaş ömür sürüləsi bir yerdir, amma hadisələr XXI deyil, XIX əsr Amerikasında cərəyan edir – hələ sətəlcəmin belə insanları öldürdüyü bir ölkədə.

      Soyuq noyabr günlərinin birində Nyu-Yorkun rəssamlar məhəlləsi kimi tanınan Qrinviç-Villicdə yaşayan iki gənc rəssam xanımdan biri – Consi sətəlcəm olur. Sağalma şansları 1:10 nisbətindədir. O yeganə şans da xəstənin yaşamaq istəyidir. Amma Consi nədənsə həyatı uğrunda çarpışmaq istəmir, bu azmış kimi, beyninə pəncərəsiylə üzbəüz binanın divarını sarmış sarmaşığın son yarpağının düşəcəyi gündə öləcəyini də salır və beləliklə, gözünü sarmaşıqdan çəkmir. Yarpaqlar töküldükcə qızın gözündəki həyat eşqi də öləziyir.

      Consigildən bir mərtəbə aşağıda ömürboyu misilsiz rəsm əsəri yaratmaq istəyən, lakin bunu bacarmayan Berman soyadlı qoca rəssam yaşayırdı. Çörəkpulunu həmkarlarına “naturşik”lik etməklə qazanan qoca Berman Consinin yarpaq şakərindən xəbər tutanda sarmaşığın son yarpağı da düşməkdəydi… Və qoca Berman, nəhayət ki, ŞEDEVR yaradır. Soyuq havada, şıdırğı yağışın altında gecəykən yuxuya dalmış Consi üçün SON YARPAQ çəkir və qıza həyat eşqini qaytarır, onu ölümün caynağından qoparır. Özü isə… sətəlcəm olub ölür. Qoca Berman şedevrini həyatı bahasına yaradır… Əslində, ŞEDEVR onun çəkdiyi


Скачать книгу