Bircə nə istədiyimi bilsəydim ona çatmaq üçün hər şeyi edərdim. Барбара Шер

Bircə nə istədiyimi bilsəydim ona çatmaq üçün hər şeyi edərdim - Барбара Шер


Скачать книгу
ən əməlisi olacaq.

      Sevdiyiniz işlə – uşaq böyütmək, təyyarə layihələndirmək və ya üzməklə məşğulsunuzsa, bununla uzun müddət keyfiyyətlə etməyi bacaracaqsınız (uzun müddət etmək isə uğurun ən mühüm amilidir).

      Bundan başqa, yalnız özünüzün çaldığınız havaya oynayanda, meyllərin dəyişdiyi zaman üstünlük qazanmış olursunuz. 1990-cı illərin əvvəllərində ABŞ-da hüquqşünasların və biznes-məktəbi müdavimlərinin əksəriyyəti işlərini itirdilər. Onların böyük bir hissəsinin əvvəldən başqa işlə məşğul olmaq istədiyindən xəbəriniz var? Onların böyük bir hissəsinin öz peşəsini hüquqşünaslara sabitlik və rifahın sığortalanmış olduğunu hesab edən valideynlərinin təsiri altında seçdiyini bilirsiniz? Ola bilsin ki, bu adamlar biznesmen, teatr agenti və ya sərbəst peşə sahibi olsaydılar daha böyük sabitlik və təminata nail olardılar.

      Mən növbəti fəsildə arzularınızı, onların nədən ibarət olduğunu bilmirsinizsə belə, həyata keçirməyə başlamağın yolunu göstərəcəyəm. Lakin əvvəlcə kiminsə gözləntilərini doğrultmadığınız kimi xoşagəlməz hissdən qurtulmaq üçün öz dərmanınızı hazırlamağınızı istəyirəm.

Çalışma 2. Onların mümkünsüz görünən arzusu

      Ailənizin sizdən istədiyi hər şeyi həyata keçirmiş adamın portretini yaradın. Vicdanla çalışın. Nəticənin maraqlı alınması üçün jurnallardan kəsdiyiniz şəkillərdən istifadə edin, sonra isə portreti divardan, yaxşı görünən yerdən asın.

      Və bütün gözləntiləri təcəssüm etdirən «kamil» uşağı seyr edin.

      «İstəyirdilər ki, mən ağıllı, amma təcrübəsiz olum, varlı olum, amma kasıb atamdan daha varlı olmayım, anamın bişirdikləri ilə yaxşı bəslənmiş, amma Frenk dayı kimi infarkt qazanmamaq üçün kök olmayım», – Co gülə-gülə deyirdi.

      Anita dizayner geyimində olan işgüzar qadının fotosunu kəsib ona cəmiyyətdən uzaqlaşmış rahibənin ləçəklə örtülmüş başının fotosunu yapışdırmış, alınan bu şəkli Afrika kəndinin fonuna yerləşdirmişdi. Sonra isə bir addım geriyə çəkilərək demişdi: «Hə, indi hamı məmnun olacaq».

      Etiraf edin ki, bu mümkün deyil. Onların istədiklərini etmək mümkün deyil. Belə ki, şəkli görünən bir yerdə yaddaş üçün saxlayın və irəli hərəkət edin.

      Sizin istədiyinizi etmək mümkündür.

      Fəsil 2. Necə uğurlu olmalı

      Öz işini ehtirasla sevən və özünə ideal taxça tapmış birisini görəndə adama elə gəlir ki, dünya ədalətsizdir. Onların bəxti niyə belə gətirib?

      Ən azı bir səbəbini deyə bilərəm. Onlar fəaliyyətə başlamış və dayanmamışlar.

      Sizin uğurunuz hərəkət etməyə hazır olmağınızdan asılıdır.

      Müəyyən istəkləriniz yoxdursa siz, güman ki, ilişib qaldığınızı düşünürsünüz. Bizim hamımız əvvəlcə şəraiti öyrənmək, sonra hərəkətə keçməyə meylliyik, lakin nə istədiklərini bilməyənlər üçün fəaliyyət son dərəcə zəruridir.

      Bunun dörd səbəbini göstərə bilərəm.

      1. Fəaliyyət fikirləşməyə kömək edir

      Siz gerçək həyat vəziyyətlərinə dalanda və onları öz təcrübənizdə yaşayanda, yerinizdə oturub, bütün nəzəri amilləri götür-qoy edəndəkindən daha aydın düşünməyə başlayırsınız. Hətta düzgün istiqamətdə olmayan fəaliyyət də sizə müəyyən məlumat verir.

      2. Fəaliyyət özünüzə verdiyiniz qiyməti artırır

      Çox vaxt fəaliyyətsizlik təkcə qətiyyətsizliklə deyil, həm də qorxu ilə izah olunur. Lakin hər dəfə bir iş görmək istəyərkən qorxu hiss edəndə, amma bu qorxuya üstün gələndə sizin özünüzə verdiyiniz qiymət bir neçə bənd yüksəlir. Qorxu hiss edəndə belə irəli getməklə özünüzə nəhəng xidmət göstərmiş olursunuz. Qarşınızda qapını örtsələr, məktubunuza laqeyd yanaşsalar və üstünüzə qışqırsalar, yəni təsəvvür etdiyinizin ən pisi baş versə belə, bunun heç bir əhəmiyyəti yoxdur. Siz hər dəfə qorxunu məğlub edəndə artıq uğur qazanmış olursunuz. Hiss olunan uğur. Siz coşqunluq və ya qətiyyət hiss edirsiniz. Bu, istənilən halda məstedici hissdir.

      Lakin hər dəfə fəaliyyətsizliklə özünüzü pis vəziyyətə qoyanda, özünüzə verdiyiniz qiymət bir neçə bənd aşağı düşür. Döyüş ruhunuz da həmçinin.

      Başlanğıcda mən sosial işçi təhsili alırdım ki, keçmiş narkomanlara xüsusi şəhər layihəsi çərçivəsində kömək edim. Biz qrup terapiyasındakı kimi komandalarda işləyir, asılılıqdan həqiqətən də qurtulmuş adamlar üçün yeni həyat qurmağa çalışırdıq. Lakin onlardan heç birinin gerçək həyatda uğur qazanmağa lazım olan səriştələri yox idi. Onlar özlərini «keçmiş narkomanlardan» başqa bir şey hesab etmirdilər.

      Lakin bu adamların özlərinə verdikləri qiymətin hansısa bir yolla, zəruri səriştəni qazanıb iş tapmaq üçün yetəcək dərəcədə, artacağını gözləməyə vaxtı yox idi. Ona görə də biz «özünü elə aparmalı, sanki» adlandırdığımız prinsipdən istifadə etdik. Özünüzə hörmət edirmiş kimi geyinin (hətta bu belə olmasa da). Düzəlmək istədiyiniz işə layiqmişsiniz kimi hərəkət edin. Birinci dərəcəli əməkdaşmışsınız kimi işləyin.

      Bu səmərəli oldu. Çünki insan özünə yüksək qiyməti fəaliyyətə qədər yox, ondan sonra verir.

      Bir müddətdən sonra bu cəsur insanlar əvvəllər heç vaxt etmədiklərini etməyə – tanış olmağa, nitq söyləməyə, komandalarda işləməyə başladılar. Onlar belə tez öyrənməyi necə bacardılar?

      «Əvvəl et, necə etməyi sonra öyrənərsən», – onlardan biri demişdi.

      Bunu mənim təcrübəm də təsdiq edir. Fəaliyyət özünə verdiyin qiyməti müsbət özünətəlqindən daha səmərəli artırır. Özünüzü yaxşı adam olduğunuza inandırmaqla, uzunmüddətli təsirə nail olmayacaqsınız. Ən azı məndə belədir. Mən güzgüyə nə qədər gözəl olduğumu danışmağa başlayıramsa, artıq ikinci gün o mənə şübhə ilə baxır və sanki deyir: «Sən kimi aldatmaq istəyirsən?» Təbliğat faydalı olsa belə mənim şüurum onu xoşlamır.

      «Sanki» hərəkətlər istənilən fikirdən daha yaxşı kömək edir, çünki bir şey edəndə, uğur qazanmasanız belə, özünüzlə fəxr edirsiniz.

      Çox vaxt velosiped sürmək, xarici ölkəyə səyahət etmək və ya sevgi ilə məşğul olmağa hazırlaşanda, yəni bizə böyük məmnuniyyət gətirən bir iş görəndə, onu acizlik və utancaqlıqla başlayırıq. Qaçılmaz narahatlıqlara dözə bilməyə hazır olub-olmadığımız həyatımızın gedişinə başqa amillərdən daha artıq təsir göstərir. Yeniyetməliyinizi yadınıza salın. Bu, heç bir şeylə müqayisə edilməyəcək əsl özünümüdafiə kursudur. Bu yaşda hər bir xətadan sonra yuvaya çəkilmək, yuvanın ağzını da daşla hörmək istəyirsən. Biz mümkün pərtliklərdən taundan qaçaq kimi qaçırıq. Qızla görüşə getməyə başlayanda özünüzü necə naqolay hiss etdiyiniz yadınızdadır? Buna baxmayaraq


Скачать книгу