Qutadğu bilig. Balasaqunlu Yusif
V. V. Bartold, Z. V. Toğan, P. K. Juze, A.N. Kononov, İ. Qafesoğlu kimi araşdırıcılar tədqiqatları ilə "Qutadqu biliy"in dünya elmi səviyyəsinə çıxmasında ciddi rol oynamışlar4.
"Qutadqu biliy"in nəşrləri içərisində üç nəşri biz xüsusilə qeyd etmək istərdik. Birincisi görkəmli Türkiyə alimi Rəşid Rəhməti Aratın 1947 və 1979- cu il nəşrləridir, ikincisi görkəmli özbək alimi K. Kərimovun Daşkənd nəşridir, üçüncüsü görkəmli rus türkoloqu S.N. İvanovun abidənin rus dilinə tərcüməsidir5. Araşdırmaların içərisində "Qutadqu biliy"in tarixi, bədii -poetik, dil xüsusiyyətlərinə həsr olunmuş çoxlu dəyərli əsərlər vardır. Yuxarıda adları çəkilən araşdırıcılardan başqa A. Baskakov, A. M. Şerbak, X. Koroğlu, M.N. Xıdırov, E. Fazilov, Ə. Tennişev, İ.V. Stebleva, S.Q. Klyaştornı, Q.F. Blaqova, N.S. Banarlı, A.S. Ləvənd, L. Banelli, O. Alberti, M. Aran, A. Bombaçi, F. Rəhməti, M. Xartman, S. Cağatay, Ə. İnan, İ. Nəcmi, A. Rüstəmova, A. Valitova və b. tədqiqatçıların onlarca əsərlərinin üzərində dayanmaq üçün geniş imkan yoxdur. Bu araşdırmaların içərisində A. Dilaçarın, İ.V. Steblevanın, S. Başerin adlarını çəkdiyimiz əsərlərini, eləcə də, 900 illiyi münasibətilə "Sovetskava tyurkoloqiya" jurnalının bütöv bir nömrəsini (1970, № 4) başdan-başa (cəmi 13 məqalə) "Qutadqu biliy"ə həsr olunmasını ayrıca qeyd etməyi özümüzə borc bilirik.
"Qutadqu bilik"dəki insan konsepsiyası, ağıl anlayışı, hikmət fəlsəfəsi qut və törə kimi anlayışların çoxsəpkili təhlili ilə üzə çıxa bilər. Ümumiyyətlə, əsərdə sosial-fəlsəfi, etik problemlərin qoyuluşunun bütöv bir sistem daşıdığı şübhəsizdir. "Fənalıq cahillikdən doğar, xəstəliklər, pisliklər bir nöqsandan irəli gəlir. Müalicə ilə xəstəliklər sağaldıla bilər, tərbiyə ilə pisləri yaxşı etmək olar, oxumaq yolu ilə biliksizlərə bilik verilmiş olar". "Hökmdar millətini, ailə başçısı ailə üzvlərini oxutmağa və tərbiyə etməyə məcburdur".''İqtisadi baxımdan cəmiyyətdə üç ayrı sinif vardır: zənginlər, orta sinfi təşkil edən ordu və məmurlar, füqəra sinif olan xalq… Fəqət himayə və təşviqlə qara camaat (qara budun) deyilən xalq orta sinif dərəcəsinə qalxa bilər. Orta sinif də get-gedə zənginlərlə birləşər. Beləliklə, cəmiyyətdə yoxsul və zülm görmüş bir sinif qalmaz"… kimi onlarca, yüzlərcə fikir yalnız ideal cəmiyyətin modeli haqqında düşüncələr deyil, həm də Orta Asiyanın müsəlman Türk dövlətinin ideoloji bünövrəsidir.
"Fərdin xoşbəxtliyi zəhmətin xoşbəxtliyinə bağlıdır. Fərdlər cəmiyyətin və cəmiyyətin başı olan hökmdarın yaxşılığı üçün çalışsalar, qısası, hökmdar ədalətli olsa, millət xoşbəxt olar" fikri, qanun haqqında düşüncələri Yusif Xas Hacibin dövlətçilik baxışlarını açıqlayan örnəklərdən biridir.
"Qutadqu biliy"in dili, poetikası haqqında çox danışmaq olar. Əsər xan dili deyə adlandırılan Kaşqar-Xaqaniyyə ləhcəsində yazılmışdır. Qaraxanın dövlət dili kimi sabitləşməyə başlayan ədəbi dilin kamil örnəyi kimi "Qutadqu bilik" diqqət çəkir. Bu yeni Orta Asiya türk ədəbi dili qrammatik sabitliyi və normativliyi ilə, lüğət tərkibinin dolğunluğu, zənginliyi ilə ortaya çıxır. Bu epik əsər türk dilinin şüurlu münasibətlə seçilən əsərlərindən biridir. Əsərdə doğma dilə, dövlət dilinə o qədər böyük bir sevgi var ki, heyrətlənməyə bilmirsən və istər-istəməz anlayırsan ki, dövlət və Vətən sevgisi elə ana dilindən başlayır. Və ana dilinə dövlət ölçüləri ilə yanaşma, dəyərləndirmə milli təfəkkürün başında gəlir.
"Şahnameyi-türk" adlanan "Qutadqu bilik" çox maraqlı poetik quruluşa malikdir. Əsər məsnəvi formasında epik mənzumədir. 6645 beytdən ibarət bu əsərdə 124 beyt həcmində üç parça və 173 də dördlük var. Kitaba sonda əlavə edilən 77 beytdən ibarət mənzum müqəddimə də var. Bəzən əsərin heca vəznində yazıldığı iddia edilsə də, bu böyük epik mənzumə əruz vəznində – kəsik (qısa) nıütəqarib vəznində yazılmışdır. Fa'ülün Fa'ülün Fa'ülün Fa'ül təfıləsi "Şahnamə” vəzni kimi şərqdə məşhurdur.
Əsərin lüğət tərkibi əsasən türk mənşəli sözlərdən ibarətdir. Türk dilinin fenoloji quruluşuna çox uyğun olmayan bu vəzndə klassik əsər yazan Yusif Xas Hacib böyük sənətkarlıq nümayiş etdirmişdir. Bu ənənə türk xalqlarının ana dili klassik poeziyasında, xüsusən, Əhməd Yuqnəki, Əhməd Yasəvi, Yunis İmrə, Nəsimi, Rəbquzi, Əlişir Nəvai, Zahirəddin Babur, Qazi Bürhanəddin, Xətai, Sultan Vələd, Aşıq Paşa, Füzuli… yaradıcılığı üçün məhək rolunu oynamışdır.
Bayatı, mani qoxulu dördlüklər türk dilinin öz təbii axarını əks etdirmək baxımından maraqlıdır.
Əsərin çox zəngin qafiyə sistemi vardır. Alliterasiya, anafora, epi-fora, zənginliyi türk şer dilinin potensialını reallaşdırmaq baxımından diqqəti çəkir. Ümumən, əsərdə türk dilləri üçün, xüsusən poetik dil üçün səciyyəvi olan təkrarlar sistemi mühüm rol oynayır.
Əsərin məcazlar sistemi daha çox türkcədir. Və ərəb-fars ədəbiyyatının güclü təsirinə nisbətən az uğrayır. Dialoji üslub, didaktik deyim tərzi, yeri gəldikcə rəsmi-publisist boyalar əsərin bədii poetik siqlətini zəiflətməmiş, əksinə, onu daha da zənginləşdirmişdir. İstifadə olunan frazeoloji birləşmələr, atalar sözləri və zərb-məsəllər əsərin dilində xəlqiliyi gücləndirmişdir.
"Qutadqu bilik" türk ger sənətinin ilk böyük qalalarından biridir ki, bu qalasız zəngin türk klassik poeziyasını təsəvvür etmək qeyri mümkündür6
Türk dünyasının milli-azadlıq hərəkatı dövrünün böyük mücahidi və görkəmli söz ustası Xəlil Rzanın "Qutadqu biliy"ə müraciəti qətiyyən təsadüfi deyil. Bu yola Xəlil bəyi əqidəsi, qan yaddaşı, inamı və imkanı gətirmişdi. Hələ özbək – Azərbaycan ədəbi-mədəni əlaqələr tarixini öyrənərkən X. Rzanın qədim qaynaqlarla üzləşməsi, onları öyrənməsi, araşdırması alim- sənətkar ürəyinin tələbi kimi ortaya çıxmışdır. Tərcüməyə yazdığı ön sözdə alim-şairin böyük zəhməti aydınca hiss olunur.
X.Rza bu əsəri müəyyən mənada sərbəst çevirsə də, kanonik mətnə sayğı ilə yanaşmış, istər orijinalın R.R. Arat çapını, istərsə də özbək alimi K.Kərimovun çapını gərəyincə öyrənmiş, çağdaş türk dillərini və rus dilini (S.N. İvanovun poetik tərcüməsi) ustalıqla incələmişdir.
Nəticədə dünyaya həm "Qutadqu bilik" böyüklüyünü, həm də X.Rza üslubunu layiqincə təmsil edən orijinal bir tərcümə gəlmişdir.
Əsərin vəznini, qafiyə sistemini, ümumən türk nəfəsini ustalıqla saxlayan tərcüməçi müasir ritmi və konteksti də unutmamışdır. Kiçik ixtisarla və sərbəst tərcümə məqamlarını şair təxəyyülünün qanunları ilə dəyərləndirmək olar. Hər ciddi tərcümə əsəri bir yaradıcılıqdır, bir dünyagörüşün ifadəsi və təsdiqidir. Bu mənada "Qutadqu biliv''in gələcəkdə də poetik və filoloji tərcümələri ola bilər. Hər nəsil öz keçmişinə, yaddaşına öz səsi, öz nəfəsi ilə qayıdır. Bizə elə gəlir ki, nə qədər tərcümələr olursa-olsun bir tərcümə həyata həmişəlik vəsiqə alıb. Bu xalq şairi, milli mücahid Xəlil
4
5
6