Qafqazlardan Volqaya. Фритьоф Нансен

Qafqazlardan Volqaya - Фритьоф Нансен


Скачать книгу
Belədə, vadi dibləri dar olmaqla keçid üçün xeyli dərəcədə əlverişsizdir. Çox zaman çaylar dərin dərələrdən, uçurum vadilərdən axır. Burada göllər yoxdur və çaylar qıjıltı ilə axıb – demək olar, hər zaman onların suyu palçıqlı olur – ovalıq ərazilərdə, düzənliklərdə insanlar tərəfindən əkin-biçin işlərində istifadə edilir və dağ ətəklərində böyük depozit olaraq yatırılır.

      Ola bilsin, vadilərin belə özünəməxsus olmasına səbəb hər iki sıradakı dağ döşlərinin çox dik olması, iri buzlaqların heç bir maneə ilə rastlaşmadan aşağı sürüşə bilməsidir. Eyni zamanda həm su, güclü şaxta ilə bərabər çox güclü eroziya təsirinə sahibdir. Bundan başqa, burada qayaların nisbətən yumşaq olması onların suya qarşı müqavimətini daha təsirsiz edir. Su və şaxtanın gücü həmişə buzlaqlardan daha çox olub.

      Çox güman Qafqaz dağlarında qalxma-enmə ilə ətraf ərazilərində eyni coğrafi olayların müşahidə edilməsi arasında bağlılıq var. Eyni zamanda həm şimal, həm də cənub Qafqaz dağlarındakı isti-soyuq bulaqlar da var. Bulaqlardan bəziləri qaynar, bəziləri buz kimi soyuqdur, onların yod, brom, kükürd, maqnezium və başqa çoxsaylı faydalı minerallarla zəngindir. Bu bulaqlar lap qədimdən öz müalicəvi əhəmiyyəti ilə seçilmişdilər. Bulaqların ətrafında müxtəlif xəstəliklərin və orqanizm zəifliklərinin müalicəsi üçün sanatoriyalar, xüsusi müalicə mərkəzləri fəaliyyət göstərir. Əfsanəyə görə, Böyük İsgəndərin adamları bu şəfaverici bulaqların bəzilərinin suyundan istifadə etmişlər.

      Bu möhtəşəm dağların bəzi dağətəyi rayonlarında, xüsusən, yeni geoloji qatlarında neft (nafta) tapılır. Müalicəvi neft, əsasən, Bakı və onun ətrafında, eyni zamanda Kür çayının cənub ərazilərində tapılır. İndi, demək olar ki, Bakıdakı qədər neft çıxarılan yer Terek çayının cənubunda, Qroznı yaxınlığındakı yataqdır. Petrovskdan cənubdakı düzənlik ərazilərdə, Xəzər dənizinin sahilləri boyunca – eyni zamanda qarşı tərəfdə, şimal-qərb silsiləsində, Azov dənizində, Taman yarımdasındada – neft yataqları mövcuddur. Amma dağların cənub yamaclarında, Gürcüstanda, Kür çayı ilə onun qolu Alazan arasındakı hissədə də neft var. Bir çox yerlərdə yerin tərkindən təbii qaz çıxır, qədim dövrlərdə insanlar yerin tərkindən çıxan qaza ibadət etmişlər və onlar atəşpərəstlər adlanmışlar. Qafqazlarda hələ ki, əhəmiyyətli miqdarda qara, yaxud əlvan metal tapılmamışdır. Bəzi çayların yataqlarında qızıla rast gəlinib, amma faydalı, gəlir gətirəcək miqdarda yox. Hərçənd hələ qədim zamanlarda yunan Strabon qeyd etmişdir ki, ona söylənilən məlumata görə, “çay axınları qızılla zəngindir, onları barbarlar yuyub aparırmışlar”. Onlar bunu ucu biz nizələri üstünə tükü olan dəri keçirtməklə nail olurmuşlar. Və bu yolla da “Qızıl yun” nağılı meydana çıxmışdır. Vladiqafqazdan qərbdə yerləşən Osetya adlı ölkədə əhəmiyyətli gümüş, sink və qurğuşun yataqları mövcuddur. Burada həmçinin bir az dəmir və mis də var. Amma faydalı qazıntılar içində ən önəmlisi, heç bir müqayisəyə gəlməyən, əsasən, Gürcüstanda, Kutaisinin qərbində, cənubi dağ yamaclarında geniş yayılmış manqanes yataqlarıdır. 1925-ci ildə Harrimanın başçılıq etdiyi Amerika şirkəti bu yataqların – ehtimal ki, bu yataqlar dünyada öz qəbilindən ən mühüm yataqlar hesab edilir – istismarı üçün razılıq əldə etmişdir. İllik böyük məbləğdə istismar haqqı verildiyi üçün böyük narahatlıq vardı. Amma hazırda anlaşmazlıqların aradan qalxdığı indiki dövrdə yataqların nəzarət və istismar hüququ yenidən Sovet hökumətinin əlinə keçmişdir. Kutaisinin qərbində həmçinin kömür yataqları da var. Sulfata, əlbəttə ki, Dağıstanda rast gəlinir. Çaylara gəldikdə, xüsusən, dörd böyük çayın adını çəkə bilərik. Və ola bilər ki, bu dörd çayın orta əsrlərlə Cənnətdən axıb gələn dörd çayla əlaqəli olduğuna inanır yerlilər. Amma şimal qütbündə həm çaylar, həm dağlar dəyişib. Elbrusda başlayan Kuban şimal istiqamətindən düzən ərazilərdən axır, sonra qərbə doğru yönəlib Azov dənizinə tökülür. Terek çayı Kazbek dağının cənub yamaclarından başlayır, əvvəl şərqə doğru axır, sonra köpüklənə-köpüklənə dar qayalıq ərazilərlə gəlib Vladiqafqazdan keçir, ondan sonra şərqə doğru kəskin bir dönüş edir və böyük delta yaradaraq Xəzər dənizinə tökülür. Dağın cənub-qərb yamaclarında Rion çayı Kutaisinin alçaq düzəngahları boyunca Kolxisaya qədər axır və Qara dənizə tökülür. Qızıl çomaq və Günəş kralı sarışın qızını məhz bu çaydan götürmüşdür. Dördüncü və ən böyük çay sıra dağların cənub yamacları boyu Azərbaycanın düzən ərazilərindən axan və Xəzər dənizinə tökülən Kür çayıdır. Bu çay mənbəyini Qafqaz dağlarından deyil, Kars dağı yaxınlığındakı yüksəkliklərdən götürür. Amma çayın xeyli iri qolları var, ən böyükləri sırasında Arqava, Yora, Alazan çaylarını deyə bilərik. Qafqaz dağlarının şimal hissəsində yaylar çox zaman quru, isti, az yağıntılı keçirsə qışlar soyuq və şaxtalı olur. Ümumi götürdükdə, Azov dənizi ətrafına da çox az miqdarda – təxminən illik 500 mq – yağıntı düşür. Amma dağ silsiləsinin mərkəzinə doğru yaxınlaşdıqca, yağıntının miqdarı, demək olar, iki dəfə artır. Dağın cənub yamaclarına da çox yağıntı düşür, xüsusən, Qara dənizə tərəf yağıntının miqdarı 2 metrə kimi çata bilər. Dağın bu cənub-qərb yamacları ona görə də qalın subtropik meşələrlə örtülüdür. Digər tərəfdən Qafqaz dağlarının şimal-şərq hissələrində isə – xüsusən, Dağıstanda – dağlar o qədər çılpaq görünür ki, elə bil tamam ağacsızdır. Şimala doğru dağ yamacları, silsilənin həm mərkəzində, həm də şimal-qərbində əksinə olaraq sıx meşələrlə örtülüdür. Qafqaz dağlarının aşağı yüksəkliklərində meşələr, adətən, şam, ağcaqayın, palıd, göyrüş, ardıc, şabalıd, qoz, çinar ağaclarından ibarət olur. Ağacların arasında ilanlara, kərtənkələlərə və başqa sürünənlərə tez-tez rast gəlmək olur. Bir qədər yuxarıda həmişəyaşıl palıda, at şabalıdına, cökə, ağcaqayın, fıstıq, küknar, ağcaqovaq ağaclarına rast gəlmək mümkündür. Bir az da yuxarıda yenidən küknar və ağcaqayın sıralanır və sonra ağcaqayın daha da sıx rast gəlinir. Ağaclar təxminən 2200 metr yüksəkliyə kimi davam edir, ordan yuxarıda isə təxminən 3000 metrə kimi örüşlər davam edir. Heyvanlar aləmi də zəngindir burada. Burada ayılara, canavarlara, çaqqallara, tülkülərə, kaftarlara, vəhşi pişiklərə, şirlərə və az hallarda bəbirlərə də rast gəlmək olur. Bu meşələrdə vəhşi donuz və maral da çoxdur. Uca dağlarda, sıldırım qayalarda isə turlar və dağ keçiləri məskən salıb. Sıra dağların qərb hissəsindəki yüksəkliklərdə Avropa bizonunun sürüləri də var, eyni zamanda çox az yerdə vəhşi öküzə rast gəlinir. Buradakı tip öküz bir zamanlar bütün Avropaya yayılmış aurok öküzünün qohumudur. Endemik quşlardan qırqovulu göstərmək olar, onların sayı çoxdur və gerçək evləri Rion çayı yaxınlığında, Yunanıstanın Phasis ərazisindədir – bu quş latınca adını məhz buradan götürüb: Pheasant.

      Ev heyvanları sırasında isə at, inək, keçi, eşşək, camışın adını çəkmək olar. Kənd təsərrüfatı primitiv səviyyədədir, taxta kotandan hələ də geniş səviyyədə istifadə edilir. Kotan, xış çox zaman camışlara, öküzlərə qoşulur. Amma bu primitiv üsullarla belə əkilib becərilən torpaqlar bol məhsul verir. Dağ ətəklərində torpaqlar üçün yalnız çapaqdan istifadə etmək olur. Becərilən dənli bitkilərin sırasında buğdanın, çovdarın,


Скачать книгу