Nilsin vəhşi qazlarla səyahəti. Selma Lagerlof

Nilsin vəhşi qazlarla səyahəti - Selma  Lagerlof


Скачать книгу

Bazar günü. Martın 20-si

      Biri vardı, biri yoxdu, bir oğlan vardı. Oğlan deyəndə ki, on dörd yaşlarında bir cüvəllağı. Arıq, uzun, sapsarı bir oğlandan danışırıq. Bu oğlan elə də fərasətli biri deyildi. Ən sevdiyi iki məşğuliyyəti yemək və yatmaq idi. Hər şeydən öncə isə pis əməllər tutmaqdan zövq alırdı.

      Bazar günü idi və oğlanın valideyinləri kilsə ziyarətinə hazırlaşırdılar. Sadə ev geyimində olan oğlan valideyinlərinin onu bir neçə saatlıq tərk etməsinin necə gözəl bir fürsət olması haqqında düşünürdü. Belədə ev də onun üçün bir neçə saatlıq təmiz olacaqdı, sərbəstlik olacaqdı.

      – Hə, yaxşı oldu, mən də atamın silahını götürüb bir neçə dəfə atəş açaram, heç kim də işimə qarışmaz. Oğlan düşündü.

      Amma sanki ata oğlunun ağlından keçənlərdən duyuq düşdü, çünki geyinib qapının astanasında, elə evi tərk etməyə hazır dayanarkən oğluna tərəf çevrilib dilləndi:

      – Bir halda ki, bizimlə bərabər kilsəyə gəlmirsən, o zaman ən azından evdə oturub dərslərinlə məşğul ola bilərsən. Yaxşı? Söz verə bilərsən mənə?

      – Hə, əlbəttə ki, onu edə bilərəm. Oğlan dedi. Özlüyündə isə düşündü ki, nə qədər istəyəcək o qədər də oxuyacaq.

      Oğlan düşündü ki, indiyədək heç zaman anasının harasa gedərkən bu qədər tez hazır olmasına şahidlik etməmişdi.

      O ildırım sürətiylə buxarının sağındakı kitab rəfinin yanında oldu, oradan Luterin qeydləri olan kitabı götürdü və onu pəncərənin qarışısındakı stolun üzərinə qoydu – bugünkü dərsim məhz həmin kitab olmalı idi. O həmçinin yeni testamenti (Xristianların dini kitabı) açıb Luterin qeydləri kitabının yanına qoydu. Nəhayət sonda isə o keçən il ərazi hərracında alınmış böyük kreslonu da çəkib gətirdi. Bir qayda olaraq həmin kresloda atadan başqa kimsənin oturmasına icazə verilmirdi.

      Oğlan oturdu və düşündü ki, anası özünə boş yerə bu qədər əziyyət verir. Nəyə lazımdır bu həngamə? O onsuz bir səhifədən artıq oxumağı planlaşdırmırdı. Amma indi artıq ikinci dəfə atası sanki onun düşüncələrini oxuya bildi. O oğlana tərəf addımladı və ciddi bir səslə ona tapşırdı:

      – Bax, yadında saxla ha! Ciddi oxumalısan, özü də diqqətlə. Çünki biz kilsədən qayıdıb gələndə mən səni əməlli-başlı sorğu-suala tutacam. O zaman bircə sualıma cavab verə bilməsən, sənin halın heç yaxşı olmayacaq.

      – Ev tapşırığın cəmi 14 səhifə yarımdır. Anası kitabı vərəqləyərək dedi. Doğrudan da tapşırıq bu qədər çox idi. Gərək elə bu dəqiqə oturub oxumağa başlayasan ki, çatdıra biləsən. Yoxsa axıra kimi oxuya bilməyəcəksən.

      Bununla da ata-ana çıxıb getdilər. Oğlan onları qapının ağzında dayanıb nəzərləri ilə yola salarkən düşündü ki, bununla özünü tələyə salıb. Hə, indi onlar yəqin məmnundurlar, bir-birini mənə bu qədər uzun tapşırıq verdiklərinə görə təbrik edirlər. “Onlar evdə olmadıqları müddətdə mən də gərək oturub bütün günü o lənətə gəlmiş kitabı oxuyam.” Oğlan düşündü.

      Amma təbii ki, onun atası və anası bir-birlərini bu münasibətlə təbrik etmirdilər, əksinə onlar həddən artıq stres içində idilər. Onlar kasıb fermerlər idi və ümumi mülkiyyətləri balaca bir bağ yerindən artıq deyildi. Onlar birinci dəfə bura köçəndə yerləri çox balaca idi, bir donuzu və bir cüt toyuğu güclə doyduracaq ölçüdə idi, ondan böyük deyildi. Amma onlar qeyri-adi dərəcədə bacarıqlı və işgüzar insanlar idi və indi onların həm inəkləri həm də qazları vardı. Onların işləri çox yaxşı gətirmişdir. Və onlar həmin bazar səhəri kilsəyə əslində həm məmnun həm də xöşbəxt getməli idilər. Amma onlar oğullarından yana çox narahat idilər. Oğulları onlara dərd idi. Atası şikayət edirdi ki, kütbeyin və tənbəldir. O məktəbdə heç nə öyrənmirdi, bu heç onun vecinə də deyildi. O qədər fərsiz və tənbəl idi ki, ona qazlara baxmağı güclə öyrədə bildilər. Ana bunun həqiqət olduğunu inkar edə bilməzdi, amma ananı ən çox dilxor edən oğulun qəddar və həqiqətən də pis biri olması idi. Heyvanlara qarşı qəddar, insanlara qarşı isə pis rəftarlı… Təki Allah onun ürəyini yumşaltsın, ona daha mərhəmətli bir rəftar nəsib etsin. Ana deyirdi. Yoxsa ki, o bədbəxtlik gətirəcək, həm özünə, həm də bizlərə.

      Oğlan uzun müddət hərəkətsiz qalıb ev tapşırığını edib, etməmək üzərində baş sındırdı. Nəhayət sonda o bu qərara gəldi ki, yaxşısı budur bu dəfə itaətkar olsun. O rahat stullardan birində əyləşib oxumağa başladı. Amma nəqarətə gəlib çatanda özünün yeknəsək tonu ona sakitləşdirici təsir göstərdi və başı irəli-geri hərəkət etməyə başladı.

      Çöldə dəhşətli dərəcədə gözəl bir hava vardı. Hələ martın ancaq iyirmisi idi. Oğlan qərbi Vennemhöq məhləsində, cənubi Skonedən aşağıda yaşayırdı. Burada isə yaz özünü tam biruzə verirdi. Düzdür, burada hər şey yaşıl rəngdə deyildi, amma ağaclar tumurcuqlamışdı və hər tərəf təravətli və gözəl idi. Xəndəklərin, arxların hamısı artıq su ilə dolmuşdu, arxın kənarındakı dəvədabanı isə çiçəkləmişdi. Uzaqdan görünən fıstıq ağacları sanki anbaan böyüyürdü və qalınlaşırdı. Səma daha da uca, mavi və aydın görsənirdi. Kotecin qapısı aralı qalmışdı və sürü ilə içəri dürtülən torağayların səsi otaqdan eşidilirdi. Toyuqlar və qazlar həyətdə eşələnirdilər, tövlələrindən yazın qoxusunu duyan inəklər isə yüksək əhvallarını ara-sıra mələməklə biruzə verirdilər.

      Oğlan oxuduqca, başı irəli-geri hərəkət edir, o yuxu ilə mübarizə aparardı.

      – Yox. Mən yatmaq istəmirəm. O özlüyündə düşündü. Çünki əgər indi yatsam, o zaman gərək bütün axşamı bu tapşırığı oxuyam.

      Amma necə oldusa o dözə bilmədi və yatdı.

      Uzun müddət ya qısa müddət yatmasını bilmədi, amma yuxudan arxa tərəfindən gələn zəif bir səsə oyandı.

      Pəncərə altlığına balaca bir güzgü qoyulmuşdu, demək olar ki, bütün kottec bu güzgüdə əks olunurdu. Oğlan başını qaldıranda elə oldu ki, düz güzgüyə baxdı, sonra o gördü ki, kimsə anasının sandığının ağzını açıb.

      Anasının böyük, ağır, palıd ağacından hazırlanmış sandığı vardı. Həmin sandığı anası özündən başqa heç kəsə açmağa icazə vermirdi. Burada o anasından ona miras qalan hər şeyi saxlayırdı və onların qayğısına çox böyük diqqətlə qalırdı, onları göz bəbəyi kimi qoruyurdu. O sandığa iki-üç köhnə kəndçi paltarı, saya qısa arxalıq, dama-dama köynək, mirvari dənəsi ilə bəzədilmiş sinə sancağı qoymuşdu. Oraya həmçinin nişastalanıb ağappaq olmuş yastıq üzləri, bəzək düzək əşyaları və seplər, zəncirlər də qalaqlanmışdı. Camaat bu günlərdə daha belə köhnə licimli paltarlar geyinmir, bu səbəbdən o bir neçə dəfə sandıqda saxladığı paltarları tullamağa hazırlaşsa da, sonra necə olmuşdusa buna ürəyi gəlməmişdi.

      İndi isə oğlan güzgüdən baxıb gördü ki, sandığın ağzı açıq idi. O bunun necə baş verdiyini başa düşə bilmədi. Çünki anası getməzdən öncə onun ağzını bağlamışdı. O heç zaman bu qiymətli sandığı, onun evdə tək olduğu bir məqamda açıq saxlayıb harasa getməzdi.

      Onun əhvalı korlandı, dərin düşüncələrə daldı. Qorxdu ki, birdən evə oğru girər. onun tərpənməyə cəsarəti çatmadı, o oturdu və gözlərini güzgüyə zillədi.

      Orada oturub oğrunun özünü göstərməyini gözlədiyi əsnada o sandığın üzərində düşən o qara kölgənin nə olması ilə bağlı baş sındırmağa başladı. O gözlərini zilləyib elə hey baxırdı, amma gördüyünə inanmaq istəmirdi. Amma ilk öncə kölgə kimi görünən həmin varlıq artıq daha da aydın nəzərə çarpmağa başlayırdı. Tezliklə o həmin varlığın gerçək olmasına əmin oldu. Bu varlıq isə nə az nə çox, orada oturan bir cırtdan idi. O at minmiş kimi paçalarını aralayıb sandığın üzərində oturmuşdu.

      Düzünə qalsa oğlan əvvəllər də cırtdanlar haqqında bəzi əhvalatlar eşitmişdi, amma onların belə balaca varlıq olduqlarını heç zaman təsəvvür edə bilməzdi. O bir barmaq qalınlığından daha böyük ola bilməzdi. Bu, sandığın kənarında oturanın ölçüsü məhz belə olardı. Onun sifəti qoca, qırışmış və saqqalsız idi. Başında


Скачать книгу