Adsız itin qayıdışı. Seymur Baycan

Adsız itin qayıdışı - Seymur Baycan


Скачать книгу
qaytarardın? Qaytarmazdın. Beləcə yekə-yekə kişilər məktəbli qızın üç manatını öz aralarında bölüşdürdülər. Qız isə əbəs yerə onlara xeyli yalvarmalı, əbəs yerə xeyli ağlamalı oldu. Əmim çox vaxt qorxusundan oyuna qoşulmurdu. Bilirdi ki, əgər uduzsa, heç kim onun pulunu qaytarmayacaq. Lap tutub oğlanlarını döysə belə, yenə də xeyri olmayacaqdı. O evdə oyunda uduzulan pul geri qayıtmırdı. Ən pisi də o idi ki, oyunda bəxti gətirən adam udduğu pulla sabahısı gün nəsə yeməli bir şey alıb uduzanın gözünün qabağında iştaha ilə yeyirdi. Bu cür amansız bir rəqabətə baxmayaraq evdə kimsə xəstələndikdə hamı ona mehribanlıqla öz qayğısını göstərirdi.

      Əmim şişman olmasına baxmayaraq toylarda rəqs edəndə öz çevikliyi və qıvraqlığı ilə adamlarda heyrət oyadırdı. Onun uzun qara qaşları, qara gözləri vardı. Nəslimizin bütün kişi nümayəndələrində olduğu kimi, onun da sinəsi, çiyinləri qısa, qıvrım tüklərlə örtülmüşdü. Simpsonlar ailəsində olduğu kimi, bizim nəsildə də qızlı-oğlanlı, arvadlı-kişili hamının gözü-qaşı eyni idi. Hamının uzun qara qaşları, qara gözləri vardı. Babamı tanıyan, əmilərimə, onların övladlarına, az qala, bizim nəslin bütün nümayəndələrinə dərs demiş çox yaşlı bir müəllimə həmişə deyərdi:

      – Allah Əliyevlər nəslinə nə verməsə də, bolluca göz-qaş verib.

      Doğurdan da, təkcə bu qaş-göz bəs edərdi ki, heç olmasa, həyatda bir dəfə qadın sarıdan tale adamın üzünə gülsün.

      Əmimin ən faciəvi hadisələri gülünc şəklə salıb danışmaq qabiliyyəti vardı. Stulda oturanda mazut hopmuş əllərini ədayla dizlərinin üstünə elə qoyurdu ki, elə bil, şəkil çəkdirməyə hazırlaşırdı. Həyatımda onun qədər iştahayla yemək yeyən adam görmədim. Bir əli ilə qazançanı tuturdu, o biri əli ilə taxta qaşıqla yeyin-yeyin qazançadakı xörəyi qaşıqlayırdı. Qazançanı boşaldıb qaşığı tərtəmiz yalayırdı. Masanın üstündəki çörək qırıntılarını əliylə süpürüb ovucuna tökür və ağzına atırdı. O, bütün günü ara vermədən yeyə bilərdi. Yenidən acmaq üçün bircə dəfə gəyirməsi bəs idi. Ayda iki-üç dəfə evdə qonaqlıqlar düzəldərdi. İçmək istəyən dost-tanışların hamısını məclisinə dəvət edərdi. Səhərisi gün bibim arvadları başına yığıb dünən kişilərin içib çıxardıqları oyunları nağıl edirdi. O, demək olar ki, hər gün içirdi. Ayda bir-iki dəfə isə performans göstərirdi. Ayda bir-iki dəfə dəhşətli dərəcədə möhkəm içəndə uzun müddət yatırdı. Onun nə qədər yatdığını yazmayacam. Çünki, onsuz da, heç kim inanmayacaq. Yalançı kimi görünmək istəmirəm. Ona görə əmimin nə qədər yatdığını yazmıram. Ona dəyməsəydilər, qiyamət günü İsrafilin Suru çalınana qədər yata bilərdi.

      İdarədən mühəndis azad evə gəlirdi. Həyətdə gəzişə-gəzişə deyinirdi. Bazaya taxta şalban gətiriblər. Əmim materialları bazadan idarəyə gətirməlidir. O isə çoxlu içərək evdə yatır. İstəyirdilər əmimi oyatsınlar. Oyada bilmirdilər. Mühəndis deyirdi ki, əmimi işdən çıxaracaq. Qoca nənə bu sözləri eşidəndə bərk qorxurdu və mühəndisə yalvarardı, əmimi işdən çıxarmasın. Növbəti dəfə əmimi yuxudan oyatmağa cəhd edirdilər. Onu ayıltmaq üçün başına soyuq su tökürdülər. Su töküləndə əmim başını silkələyir, suyu adamların üstünə sıçradır, gözlərini bərəldirdi. Elə bil, adamların ondan nə istədiklərini anlamağa çalışırdı. Hər dəfə də tək bir söz çıxırdı ağzından – “Əl çəkin məndən. Mənə dəyməyin, mənlə işiniz olmasın”. Yalın ayaqlarını dəmir çarpayının barmaqlıqları arasına soxub təzədən bərk yuxuya gedərək xoruldayırdı.

      Hər ay bu səhnə bir-iki dəfə təkrar olunurdu. Əmim təcrübəli sürücü idi. İdarədə sürücülərin arasında böyük hörməti vardı. Mühəndis hər dəfə əmimi işdən çıxaracağı ilə qorxutsa da, heç vaxt onu işdən çıxarmırdı. Əmimin şıltaqlıqlarına dözməyə məcbur olurdu.

      Azad evdə yaşayan qoca nənəylə uşaqlar çox ərkyana davranırdılar. Hərdən bu qoca arvada hədiyyə alan olsa da əsasən bu qadınla çox vaxt sərt zarafat edirdilər. Məsələn, qoca arvad müharibə dövründən nəsə bir hadisə danışırdı. Balaca əmimoğlu deyirdi:

      – Az yaxşı, sən Allah düz deyirsən? Ola bilməz! Pah atonnan! Dəhşət! Müsibət …

      Arvad ağzını açıb danışmağa başlayırdı:

      – Keçmişdə kişilər deyərdilər ki…

      Əmimoğlu tez onun sözünü kəsib araya söz soxurdu:

      – Keçmişdə kişilər ta nə deyərdilər?

      Beləcə, yazıq arvad pərt olurdu. Əgər əmimoğlu evdədirsə, xatirəsini axıra qədər danışa bilmirdi. Bibim, oğlunun hərəkətinə əsəbiləşib deyinirdi:

      – Ay tərbiyəsizin balası, bir mərifətin, qanacağın olsun, imkan ver, görək arvad nə deyir.

      Yalnız əmimoğlu evdə olmayanda qoca arvad öz xatirələrini danışmağa imkan tapırdı. Qışda isti odun peçinin qırağında adamın çox şeylər yadına düşür. Yanan ağacların iniltili mahnısı, ağacların qabığının büzüşüb qoparkən çıxardığı fışıltı eşidilirdi. İtlərin ulaşması qapının yarıqlarından içəri soxulan küləyin zəif vıyıltısına qarışırdı. Alovun işığı çoxdan olub keçmiş əhvalatları da işıqlandırır. Elə əhvalatlar var ki, nə qədər ömür sürürsənsə sür, heç vaxt insanın yadından çıxmır. Qışda, odun peçinin qırağında oturanda hər şeydən əvvəl o əhvalatlar yara kimi sızıldamağa başlayır. Nənə çox vaxt müharibə illərində necə aclıq çəkdikləri haqqında əhvalatlar danışırdı. Deyirdi ki, yaz gələndə adamlar sevinirdilər. Heç olmasa, çöldə yeməyə pencər tapırdılar. Qarınlarını ot-ələflə doldururdular. Uşaqlar çöldə o qədər pencər yeyərdilər ki, dişləri gömgöy olardı. Daha sonra müharibəyə gedib geri qayıtmayan kişilərdən danışırdı. Danışırdı, danışırdı və özü özünü kövrəldib ağlayırdı. Qupquru qurumuş yanaqlarından göz yaşları diyirlənirdi. İsti göz yaşlarını ovucu ilə silib əlini dizlərinə çəkirdi.

      Yaşını itirmiş qoca nənə qış aylarında odun peçinin qırağında oturub bütün günü nəsə yamayır, nəsə toxuyur, nəsə tikirdi. Dişsiz ağzı bir şey çeynəyirmiş kimi daim tərpənirdi. Bu zaman onun ağzından qəribə səslər çıxırdı. Onun çənəsindən noxud zoğlarına oxşayan tüklər çıxmışdı. Dərin-dərin nəfəs aldığına görə üst dodağındakı tüklər güclə seziləcək dərəcədə əsirdi. Elə ağır-ağır nəfəs alırdı ki, sanki sinəsi deşik-deşikdi və deşiklərin hər birindən fışıltı, xırıltı ilə hava çıxırdı. Hava haqqında danışanda bu qoca arvad deyirdi ki, bu cür soyuq qış, belə yağışlı payız, belə dumanlı yaz onun yadına gəlmir. Halbuki bu cür sözləri bu qoca nənə hər il təkrar etməli olurdu. Müharibə, aclıq görmüşdü deyə evdən köhnə ayaqqabıları, köhnə paltarları atmağa qoymurdu. Qorxurdu ki, yenə müharibə başlayacaq və adamlar geyinməyə paltar, ayaqqabı tapmayacaqlar. Anası aparıb köhnə paltarları zibilliyə atanda arvad gizlincə bu cır-cındırları təzədən evə daşıyırdı. Bu zaman bibimlə anası arasında deyişmə başlayırdı. Qoca nənə cır-cındırları torbalara yığıb gizlədirdi. Yayda isə bütün günü ağacların arasında gəzişirdi. Ağacdan düşən meyvələri yığıb qurudurdu. Bu qoca arvad yay-qış demədən,


Скачать книгу