Kopenhagen trilogiyası. Тове Дитлевсен

Kopenhagen trilogiyası - Тове Дитлевсен


Скачать книгу
qollarını bir-birinin çiyninə keçirib mahnı oxuya-oxuya dolaşır. Kafe Çarlzın qarşısında isə kök kişi yerə yıxılıb bir neçə dəfə yuvarlanır, keçəl başı daş səkiyə çırpılır, sonra gəlib ayağımızın altına düşür. İki zabit ona yaxınlaşıb empatik tərzlə təpikləyib bir kənara çəkir, nəticədə o, kəskin, narazı səslə bağırıb ayağa qalxır. Ayağa qaldırdıqlarında kişi sərt bir hərəkətlə qayıdıb yuvasına girmək istəyəndə möhkəm təpik yeyir. Onlar küçə boyu yollarına davam edir. Rut isə barmaqlarını ağzına salıb onların arxasınca uzun fit çalır, onun bu istedadına qısqanclıqla yanaşıram. Helqolandsqata küçəsi tərəfdə bir dəstə gülən, səs-küylü uşaq yığışıb və mən ora yaxınlaşdığımda qıvrımsaç Çarlzın küçənin ortasında dayandığını görürəm. İstidən buxarlanan atının tər damcıları damla-damla bədənindən axırdı. O, dayanmadan iyrənc, izahedilməz mahnılar oxuyur, uşaqlar isə gülə-gülə qışqırır və ondan daha yeni əyləncələr gözləyirlər. Gözləri vəhşi baxışlarla çevrilir. Mənə görə o həm faciəvi, həm də qorxuncdur amma başqalarına qoşulub dəli kimi gülən Ruta görə özümü elə aparıram ki, sanki məni də əyləndirir. Qəhbələrə gəldikdə isə yalnız 1-2 yaşlısını görə bildik, bu kök qadınlar enerji ilə yançaqlarını oynada-oynada tamaşaçıların qarşısından keçir, uğursuzluqla özlərinə müştəri gəzirdilər. Bu, məni xeyli dərəcədə məyus edir, çünki onların hamısını Ketti kimi bilirdim. Rut mənə onun şəhərdə axşam çıxartdığı oyunlardan danışmışdı. Evə qayıdarkən Revalsqata küçəsindən keçdik. Orada bir dəfə siqar dükanında işləyən yaşlı bir qadın qətlə yetirilmişdir. Biz həmçinin Matheusqata küçəsində, lənətlənmiş evin qarşısında dayandıq və gözümüzü zillədik keçən il Qırmızı Karl tərəfindən öldürülən balaca qızın yaşadığı dördüncü mərtəbəyə. Örsted zavodunda atam onunla bərabər çalışırdı. Bizlərdən heç birimiz gecə vaxtı oradan tək keçməyə cürət etmirdik. Qerda və Tin Snaut elə qucaqlaşıb dayanıblar ki, qaranlıqda onları bir-birindən ayırmaq mümkün deyil. Orada burnumu tuturam, çünki hər zaman bu yerdən sidik-pivə qarışıq üfunət iyi gəlir. Pilləkənləri qalxdıqca görürəm ki, sıxılıram. Seksin qaranlıq tərəfi getdikcə mənim üzərimə daha çox çökür. Və getdikcə bu hissi ürəyimin hər zaman pıçıldadığı yazılmamış, əsən sözlərlə təsvir etmək qeyri-mümkündür. Mən oradan keçərkən Qerdanın qapısının yanındakı qapı açılır və Xanım Poulsen əli ilə məni içəri dəvət edir. Anama görə o “cındı” və mülayimdir. Amma mən bilirəm ki, eyni zamanda həm cındır, həm də mülayim olmaq olmaz. Onun bir kirəkeşi var, anam onu “gözəl hersoq” adlandırır. Hərçənd o poçtalyondur və xanım Poulseni sanki onlar evliymişlər kimi dəstəkləyir. Onların uşağı yoxdur. Rutdan öyrənmişəm ki, onlar ər-arvad həyatı yaşayır. Könülsüz şəkildə onun göstərişinə əməl edirəm və eyni ilə bizimkinə oxşayan – yeganə fərq orada dilləri olmayan pianonun olması idi – qonaq otağına daxil oluram. Mən otururam və xanım Poulsen gözlərində yalvarış dolu nəzərlərlə keçib divanda əyləşir. “Mənə nəsə de, Tove”, – o, ruhlandırıcı tərzdə mənə dedi, – “Bilmirsən, Miss Anderseni gəlib ziyarət edən kişilərin sayı çoxdur?” Dərhal çənəmi sallayıram, axmaq bir görkəm alıram: – “Yox”, – mən təəccüblənmiş kimi göstərirəm özümü. – “Amma sən də, anan da, oranı tez-tez ziyarət edirsiniz. Bir düşün. Oraya, onun mənzilinə gələn heç bir centlmen görməmisiniz? Heç axşam da?” – “Yox”, – mən qorxu içində yalan deyirəm. Mən bu Ketiyə hər hansı bir yolla ziyan vurmaq istəyən qadından qorxuram. Anam mənə daha Ketini ziyarət etməyi qadağan edib. Və yalnız oraya özü gedir, o da atam olmayanda. Xanım Polusen görür ki, məndən heç nə çıxmır, beləcə müəyyən bir soyuqqanlılıqla buraxır gedirəm. Bir neçə gün sonra bütün bina boyu bir ərizə dolaşır və bu səbəbdən valideynlərim yatağa girdiklərində dalaşırlar. Ona görə ki, məni yatmış bilirlər. Mən buna imza atacağam, atam deyir, uşaqların xətrinə edəcəyəm bunu. Ən azından sən bu zaman onları ən pis iyrəncliyə şahidlik etməkdən qoruya bilərsən. – “Bu, o köhnə qancıqlardır”, – anam qeyzlə dillənir, – “o cavandır, xoşbəxtdir, sevinclidir, buna görə onlar onu qısqanır. Onlar heç mənə də dözə bilmir”. -“Bəsdir də özünü qəhbələrlə müqayisə etdin”, – atam onu it kimi qapır, – “Düzdür, mənim daimi işim yoxdur, amma sən heç zaman bu səbəbdən öz həyatını qazanmaq zorunda qalmamısan. Bunu unutma!”. Belə şeylərə qulaq asmaq dəhşətli idi. Sanki dava nəsə fərqli bir şey üstündə idi, elə bir şey ki, onların bu mübahisəni etməyə sözləri yox idi.

      Tezliklə gün gəlib çıxır və Ketti, anası ilə polisin qoruduğu, çıxarılıb çölə qoyulan cilalanmış və üst-üstə yığılmış mebellərin üzərində oturur. Polislər orada vurnuxur, Ketti isə insanların arasından nifrət dolu nəzərlərlə baxır və zərif çətirini yağışa qarşı tutur. Mənə baxır, gülüb deyir: – “Xudahafiz, Tove. Özünə yaxşı bax”. Bir qədər sonra yük maşını yola düşür və mən onları bir daha heç vaxt görmürəm.

      IX BÖLÜM

      Ailəmdə dəhşətli bir hadisə baş verdi. Landmand bankı iflasa uğradı və nənəm çox pul itirdi. Bütün həyatı boyu yığdığı 500 kronu! Bu iyrənc ticarətdir və yalnız kiçik sərmayəçiləri “vurur”. “Varlı donuzlar” atam belə adlandırır. Əllərindən gələni edəcəklər ki, pullarını geri alsınlar. Nənəm yazıq-yazıq ağlayır və qızarmış gözlərini qar kimi ağ dəsmalı ilə qurulayır. Onunla bağlı hər şey təmiz, səliqəli və təravətlidir. Hər zaman ondan təmizləyicilərdən gələn iy gəlir. Pulu öz dəfn mərasimi üçün yığıbmış. Hər zaman sanki öz dəfni barədə düşünürdü. Nənəmlə hər zaman fəxr edib məftunluq duymuşam. Anamla bağlı da bu hissləri yaşayırdım, amma qorxuya görə. Nənəmə olan isə içdən, səmimi idi. Mənə onu tək ziyarət etməyə icazə verirlər, çünki bunu özü istəyir. Anam isə onun istəyinin əleyhinə çıxmağa cəsarət etmir. Anam mənə deyir ki, mənə hamilə qalanda nənəmgil ona çox qəzəbli olublar. Çünki artıq bir oğlanları olduğundan başqa uşağın olmasına heç bir ehtiyac yox idi. İndi nənəm normal, sayğılı bir dəfn mərasimini necə təşkil edəcəyini bilmir. Çünki bizim heç pulumuz yoxdur. Və Rozalia xalamın sərxoş ərinin də pulunun olduğunu söyləmək olmaz. Peter əmi heç şübhəsiz ki varlıdır, amma o da xəsisliyi ilə məşhurdur. Heç kim onun qaynanasının yas məclisinə necəsə yardım edə biləcəyini düşünmür. Nənəmin 73 yaşı var və uzun müddət yaşayacağını heç o özü də düşünmür. Hətta anamdan belə cılızdır, hər zaman başdan-ayağa qapqara geyinir. Onun ağ, ipək kimi yumşaq saçları yuxarıda sancaqlanır, hərəkətləri isə cavan qızlardakı kimi çevikdir. Bir otaqlı mənzildə yaşayır və yalnız qocalıq üçün aldığı təqaüdlə dolanır. Hər dəfə onu qəhvə içmək üçün ziyarətə gedəndə özümlə çovdar çörəyi və kərə yağı götürürəm. Onlar birlikdə mənim evdə yediyim hər şeydən daha dadlı olur. Edvin şəyirdliyə başladığından hər bazar nənəni ziyarət edir. Hər dəfə də nənə ona tam bir kron pul verir, çünki o, ailənin yeganə oğlan övladıdır. Mənə və üç əmimqızına isə heç nə düşmür. Hər dəfə yanında olanda nənəm deyir ki, mənim üçün nəğmə oxu. İstəyir görsün səsim keçən dəfəkindən daha pis olmayıb ki?! “Demək olar ki, düz oxudun” – o, mənə ürək-dirək verir.


Скачать книгу