Wittgensteinin qardaşı oğlu. Томас Бернхард

Wittgensteinin qardaşı oğlu - Томас Бернхард


Скачать книгу
sonra gəlmişdi. Onu da ağır vəziyyətdə gətirmişdilər və bizim kimi onun da boğazını kəsib sinəsindən ur çıxartmışdılar. Yazıq əməliyyat vaxtı az qalmışdı ölsün. Əməliyyatı isə məşhur professor Salzer etmişdi. Əlbəttə, bu o demək deyil ki, əgər onu başqa həkim əməliyyat etsəydi, onda o, ölümə bu qədər yaxınlaşmazdı. Oğlan palatamıza gələndə fikirləşmişdim ki, teologiya tələbəsi olmaq yaxşı şeymiş (şəfqət bacıları onu yaman əzizləyirdilər və tələbəni bütün imkanlarıyla nə qədər ərköyünləşdirirdilərsə, mənimlə polisi bir o qədər və açıq-aşkar yola verirdilər). Məsələn, səhər tezdən gecə növbədə olan şəfqət bacıları növbə vaxtı başqa xəstələrin onlara hədiyyə etdikləri şeyləri (şokoladları, çaxır şüşələrini, şəhərdən gətirilmiş və əlbəttə ki, bir nömrəli şirniyyatçılardan – “Demelya”dan, “Lemana”dan, bələdiyyə binasının yanında yerləşən və onlardan heç də az məşhur olmayan “Sluki”dən alınmış şirniyyatları) gətirib tələbənin tumbasının üstünə düzürdülər və həmişə nəzərdə tutulan və hamımıza verilən şadodan ona düz iki pay verirdilər. O şadodan ki indiyəcən dünyada ən çox sevdiyim yeməkdir və Hermann korpusunun xəstələrinə mütəmadi verirdilər, çünki Hermann korpusunda ölümcül xəstələr yatırdılar və yatağa şado vermək məhz ölümcül xəstələrə qulluq vaxtı keçərlidir. Amma mən tezliklə tələbənin bəzi xoşagəlməz vərdişlərini tərgitdirə bildim, tələbənin eqoistliyinə ən az mənim qədər hirslənən polis Immervoll buna görə mənə minnətdarlığını bildirdi. Immervoll ilə mən artıq təcrübəli xəstələr kimi boynumuza düşən rolu məharətlə oynayırdıq, özümüzü olduqca sakit, nəzərəçarpmaz aparırdıq, elə bil, heç burda yoxuq, çünki məhz bu yolla xəstə adam ömrünü uzada bilər. Axı inadkarlıq, tərbiyəsizlik, tərslik orqanizmi gücdən salır, onu ölümcül vəziyyətə gətirir, buna görə də xroniki xəstələr sadaladığım keyfiyyətləri uzun müddət saxlaya bilmir. Bizim tələbənin ayağa durub tualetə getmək iqtidarında olduğunu bildiyim üçün bir gün ona ördəkdən istifadə etməyi qadağan etdim. Bununla, əlbəttə ki, şəfqət bacılarında özümə qarşı qəzəb yaratdım, onlar tələbənin ördəyini məmnuniyyətlə boşaldıb gətirirdilər, amma mən dediyimdə dayandım, çünki nə üçün mənimlə Immervoll'un durub ayaqyoluya getməli olduğunu, teologiya tələbəsinin isə yerində uzanıb ördəyə işəməyini və onsuz da dözülməz dərəcədə boğanaq olan havanı bir az da zəhərləməyini başa düşmürdüm. Nəhayət, istəyimə çatdım: adını unutduğum teologiya tələbəsi (deyəsən, onun adı Valter idi, amma mənim yadımda qalmayıb) tualetə getməyə başladı, şəfqət bacıları isə bir neçə gün ərzində heç nəzakət xatirinə də mən tərəfə baxmadılar. Amma mənim vecimə deyildi. Mən dostum Paul'u ziyarətə gedə bilmək üçün güc toplayırdım, amma Ernst korpusunun yanından qayıtmağa məcbur olduğum birinci cəhdimdə başa düşmüşdüm ki, dostuma sürpriz etmək üçün hələ çox vaxt lazımdır. Yerimdə uzanıb pəncərədən görünən hündür şam ağacının başına baxırdım. Orda – həyətdə günəş çıxır və sonra təzədən batırdı, mən isə palatadan çıxmaq üçün özümdə cəsarət tapa bilmirdim. Nəhayət, Paul'la ortaq dostumuz İrina mənim görüşümə gəldi. O, Paul'un ziyarətindən gəlirdi. Mən Paul Wittgenstein ilə məhz İrina'nın Blumenstockgasse'dakı mənzilində tanış olmuşdum. Onda birdən-birə özümü dirijor Schuricht'in London filarmoniya orkestri ilə ifa etdiyi Haffner simfoniyası haqda gedən mübahisənin ortasında tapmışdım. Özü də bu mübahisə tam yerinə düşmüşdü, çünki mübahisə yoldaşlarım kimi mən də bir gün qabaq “Musiqi sevənlər cəmiyyəti”ndə Schuricht'in dirijorluq etdiyi bu simfoniyaya qulaq asmışdım və məndə belə təəssürat yaranmışdı ki, bütün musiqi həyatımda belə möhtəşəm konsertdə olmamışam. Biz üçümüz də (mən, Paul və yüksək musiqi zövqünə malik, incəsənət heyranı İrina) bu konsertdən eyni dərəcədə həzz almışdıq. Bir neçə saat ərzində davam edən və çox prinsipial olmasa da, ilk dinləmədə fikir vermədiyimiz və üçümüzdə də başqa-başqa təəssüratlar yaradan məqamları müzakirə etdiyimiz əsnada istər-istəməz Paul'la dostlaşdım. Paul'u ondan qabaq bir neçə il ərzində müxtəlif yerlərdə görsəm də, heç vaxt söhbət etməmişdik. Məhz Blumenstockgasse'da, əsrlərin kəsişdiyi vaxt tikilən liftsiz binanın dördüncü mərtəbəsində bizim dostluq münasibətimiz başladı. O, mənzilin sadə, amma rahat mebelli böyük otağında oturub sevimli dirijorum olan Schuricht'dən, sevimli simfoniyam olan Haffner simfoniyasından və dostluğumuzun təməlini atan o konsertdən bir neçə saat danışdıq. Paul Wittgenstein'in dərin musiqi ehtirası (bu ehtiras İrina'da da vardı) məni ovsunlamışdı. Xüsusən, Mozart və Schumann'ın böyük orkestr əsərləri haqda fantastik məlumatı, tezliklə məni narahat edən (bütün Vyananın bildiyi və sonralar məlum olduğu kimi, nəinki təhlükəli olan, hətta ölümcül xəstəlik dərəcəsinə çatan) opera həvəsi, nəhayət, qulaq asdığı musiqi əsərlərini, getdiyi konsertləri, dinlədiyi virtuozları müqayisə etməklə gəldiyi və həmişə də düz çıxan nəticələr Paul'la asan dil tapmağıma və onu qeyri-adi dost kimi qəbul etməyimə kömək etdi. Taleyi Paul Wittgenstein'in taleyindən heç də az təəccüblü olmayan dostumuz İrina (o, məsələn, o qədər ər dəyişdirmişdi ki, saymağa əl barmaqları çatmazdı) xəstəxanadakı ağır günlərimizdə tez-tez bizə baş çəkməyə gəlirdi. İrina qırmızı jaketini geyinib istədiyi vaxt gəlirdi, görüş saatlarının neçədə olması onun vecinə deyildi. Bayaq dediyim kimi, təəssüf ki, İrina artıq Paul'a mənim Hermann korpusunda yatdığımı demişdi.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

/9j/4AAQSkZJRgABAQEASABIAAD/2wBDAAEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQEBAQICAQECAQEBAgICAgICAgICAQICAgICAgICAgL/2wBDAQEBAQEBAQEBAQECAQEBAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgICAgL/wgARCAkDBdwDAREAAhEBAxEB/8QAHgAAAgICAwEBAAAAAAAAAAAAAwQCBQEGAAcICQr/xAAbAQADAQEBAQEAAAAAAAAAAAAAAQIDBAUGB//aAAwDAQACEAMQAAAB+U3f4WGVigo69wUfAWaMrWqG5paowk2rwDSsgzJo1nsEaUNZ2S0p6ztpt9N9PIPiQEVu5kXaCp4FymIUBLUWqK8WzqwCpGmxrjdQFyyOsEmK+Va65KyScwRJXh3ZVRc3ydJS2EbzLYNyqYssE6VSQRU69LerNjzinKcI3Cs7KZy5YJ2N52jlMdRN3VRQTdoJlyqnbOdieewvPXHtqK1i3FMJSwGasUsNXajgCCwJUHYk3rhMrrRdBUUhSzbYAVMCVFVJhHZEFAaLYhEqmLqnWXVcqVGqnr436KiWsF8xQViFMi4oo26weqzeoU0G1htt0DmCYaEWgggLFCrl+dANJUguRjMUvanAs1Frjc0YFgMMPLGpKUvUQBmKgTJ1hTNidJyKUqeMMOAGkKWG5Kn2HwbVuhxJMEiJAZuvofnZRw6nUViWRSs9kz3rKgxZipoYQYYWXc0uTNLgAdPIUCzdpCkJ1S2mBxfooXLYngUReyV7W2KtfakDyFGBYskOiuSuZqmaKxseUBKTC3RROLiXfAUJNE0i7YaS2oyODVqG1NbVx891U7dWVI7rnVpUisunNysdKjYI7EQwKysTuiG6lpAwTdpFaMt3WmGWZLDAIUdCFckqlV6YkrklN0oA1ViKkZYIr3RWqVVWjWTrJcmNMxMVZLo2RiKExUaA0QSRrAMCOOyC9YujXQ26666lNVerykKqnYFlZQB6WaEgpqhNqAlnMGxulmEQNkgC5mOSFqWJUqDTSdRILCbTasYrgAcrOZASQNgRMzRaviQlAqMhwOAVUC
Скачать книгу