Pi`nin həyatı. Янн Мартел

Pi`nin həyatı - Янн Мартел


Скачать книгу
meymun kimi görünürdülər, sərbəst üzəndə isə dağa dırmaşan və əlləri ilə havanı yaran meymuna bənzəyirdilər. Heç Ravi də onlardan yaxşı üzə bilmdi.

      Mamaci mənim növbəmi gözləməli oldu, axır ki, özünə qabiliyyətli bir tələbə tapdı. O gün, (mənim yeddi yaşım tamam olurdu, Mamacinin dediyinə görə üzməyə başlamanın tam vaxtıydı) anamın vay-şivən salmasına baxmayaraq, məni dənizin sahilinə gətirdi, əllərimi yudu və dedi: “Budur, bu da mənim sənə hədiyyəm”.

      –Daha sonra o az qalmışdı səni suda batıra, – anam yenə dediyini dedi.

      Mən ustadımın ümidlərini doğrultdum. Onun ayıq baxışları altında mən sahildə oturub ayaqlarımı yanlara atır, əllərimlə qumu yarıb irəlliləyir və hər irəli atılışımda başımı sağa və sola çevirib nəfəs alıb-verirdim. Yəqin ki, kənardan suda çabalayan uşaq kimi görünürdüm. Mamaci suda məni əllərinin üzərində suyun səthində saxlayırdı, mən də üzməyə çalşırdım. Bu torpağın üstündə üzməyi məşq etməkdən daha çətin idi. Lakin, Mamacinin səbrinə söz ola bilməzdi, o hər yolla məni dəstəkləyirdi.

      O mənim özbaşıma üzə biləcəyimi hiss edəndə, biz dənizin sahil xəttini tərk edib dərinlərə getdik. Bura aşram (indusitlərin dini məbədi – tərc.) məbədinin hovuzuna elə də bənzəmirdi.

      Aşrama bütün uşaqlığım boyu, həftədə üç dəfə gedirdim, birinci, üçüncü və beşinci günlər. Ayinlər səhər tezdən başlayırdı, olduqca dəqiq və aralıqsız davam edirdi. Yaxşı yadımdadır, bu qoca düz yanımdaca paltarlarını yavaş-yavaş soyunurdu, axırda onun əynində ancaq xaricdən gətirlimiş dəbdəbəli çimərlik geyimi qalırdı. Qəflətən üzünü çevirib görürdün ki, o tam hazırdır. Onun qəhrəmanlığı və sadəliyi də bundan idi. Üzgüçülük dərslərinin köməyi ilə, mən o həddə çatırdım ki, çoxlu enerji itirirdim amma bunun əvəzində get-gedə daha asanlıqla və mahir, böyük sürətlə üzdüyümü görüb böyük zövq alırdım. Elə anlar olurdu ki, su mənim üçün maye deyil, günəş işığına çevrilidi.

      Mən dənizə öz istəyimlə girmişdim, öz sevincimi tapmaq üçün, sahilə vuran qəzəbli dalğalar məni elə cəlb edirdi ki, ayağımın altında kiçik, naxışlı ləpələr dururdu, onlar öz ayaqları ilə gələn məni, balaca hindli oğlanı bir qurban kimi özlərinə dartıb, yanlarına parmaq istəyidilər.

      On üç yaşım olanda, Mamaciyə ad günü hədiyyəsi olaraq, üzgüçülük üçün iki “batterflay” hədiyyə etmişdim. Doğrudur, bundan sonra finişə elə halda gəlib çatdım ki, çətinliklə əlimi yelləyə bildim.

      Üzməkdən geriyə qalan vaxt ərzində biz yenə də üzgüçülük haqqında danışırdıq. Belə söhbətlər mənim xüsusilə ürəyimcə olurdu. Onun özü üzməkdən bezdikcə artıq başqalarının üzmək haqqında söhbətlərini dinləməyi sevirdi. Üzmək haqqında söhbətlər onun istirahət günlərdinə sevdiyi ən maraqlı mövzu idi, bununla o ancaq işlədiyi zoopark haqqında danışmaqdan az da olsa diqqətini yayındıra bilirdi. Onun üçün begemotsuz su, heyvanın özündən daha maraqlı idi.

      Koloniya hakimiyyətinin xeyir-duası və dəstəyi ilə Mamaci bir neçə illiyinə ölkədən kənarda oxumalı oldu. Bu illər onun ən gözəl illəri idi. O dövrlərdə fransızlar Podşineriyə qədər gəlmiş, buranı fransızlaşdırmağa çalışırdılar, Hindistanın yerdə qalan hissəsini isə ingilislər ingilisləşdirirdilər. Heç bilmirdim də Mamaci orada hansı elmi öyrənməyə getmişdi. Deyəsən ticarətin idarə olunmasını oxuyurdu. Ancaq o yaxşı hekayət danışan deyildi, heç düşünməyin ki, o durub bizə elmdən-filan danışdı, xeyr. O nə Eyfel qülləsindən, nə Luvr muzeyindən, nə Yelisey çölündən, nə də dəbdəbəli qədim kafelərdən elə çox söz açmadı, ancaq üzgüçülük haqqında bol-bol üyütdü. O gecə-gündüz hovuzlar və üzgüçülük yarışmaları haqqında düşünürmüş. Misalçün, o bizə “Pisin-Delinin” şəhərindəki ən qədim hovuz haqqında danışdı, bu hovuz 1796-cı ildə, açıq səma altında, Quai d’Orsay sahilinə yaxın tikilmiş və 1900-cu ildə üzgüçülük sahəsində ilk Olimpiada oyunları orada keçilirmişdir. Lakin, Beynəlxalq həvəskar üzgüçülük federasiyası heç bir üzgüçünün hərəkətlərini qiymətləndirməyib, çünki ora lazım olandan beş metr dərin imiş. Oraya suyu Sena çayından, təmizlənməmiş və qızdırılmamış şəkildə vururlarmış. “Su soyuq və kirli idi, – Mamaci xatırlayırdı. – Bütün Parisi dolanan kirli su axırda gəlib bu hovuza tökülürdü. Orda üzən çoxlu insanın hesabına isə su daha da kirli olurdu.

      Daha sonra o fransızların öz təmizliyinə heç fikir vermədiyini təsdiqləyən başqa bir fakt tapıb qəflətən mövzunu dəyişdirdi. “Delini”də dəhşətli üfunət vardı. Lakin “Ben-Ruayal”da Senanın başqa bir töküntüsü idi. Ən azından “Delini”də iylənmiş balıqlar üzürdü. Lakin nə deyirsən de, Olimpiya hovuzunun şöhrəti var, biz ordan ölümsüz bir şöhrət qazanırıq. Mamacinin əhvalı birdən dəyişdi, o şənləndi və “Delini” ilə bağlı söhbətini bitirdi.

      “Şato-London”, “Ruve”, Vağzalyanı bulvardakı hovuzlar bir az yaxşı idi. Onlar qapalı idi, sərt torpağın üstündə salınmışdı və ilboyu nə vaxt ürəyin istəsə gedə bilərdim. Buralara suyu yaxınlıqdakı fabrikdən vururdular, orda qızdırılmış suyun buxarını motorla borulara vururdular deyə su isti və daha təmiz idi. Amma ora da iyrənc yer idi, daha doğrusu bütün xalqın doluşduğu bir yer idi. “O qədər kirə batmış adam oraya doluşmuşdu ki, sanki meduzaların məkanına düşürdün” – Mamaci bunu deyib güldü. Əvəzində “Eber”, “Ledryu-Rollen” və “Byut-o-Kay” hovuzları inci kimi parıldayırdı, oralarda suyu artezian quyusundan vururdular və ayrı-ayrı bələdiyyələrin öhdəsinə verilmişdi deyə hər yoldan ötən özünü oraya soxa bilməzdi. Həm bunlardan başqa nümunəvi “Turel” hovuzu da vardı ki, bu şəhər olimpiya hovuzu idi, onu 1924-cü ildə ikinci Paris Olimpiya oyunları zamanı açmışdılar. Başqa cürbəcür hovuzlar da vardı. Fəqət, Mamacinin gözündə onların heç birisi “Molitron”la müqayisə edilə bilməzdi. Bu əsl hökmdarlara layiq çarhovuz idi, Parisin həqiqi fəxri, hətta demək olar ki, bütün dünyanın fəxri idi. “Bu hovuzda mübaliğəsiz, tanrılar da girib üzə bilərdilər. “Molitor” un nəzdində Parisin ən yaxşı üzgüçülük klubu fəaliyyət göstərirdi, oradaca yarışlar təşkil olunurdu. Orda iki hovuz vardı, biri qapalı o biri isə açıq, hər ikisi kiçik bir okeanı xatırladırdı. Qapalı hovuzda iki üzgüçülük cığırı vardı, biri uzun məsfələri qət etmək üçün, o birisi qısa məsafələri. Orda su elə təmiz və şəffaf idi ki, doldur səhər özünə kofe qaynat. Hovuzun ətrafında iki təbəqədən ibarət açıq-göy rəngdə paltar soyunmaq yerləri vardı. Yuxarıdan hovuzun içində nəyi istəsən görə bilərdin. Soyunub-geyinmək yerlərinin qapısından cavabdeh kişi, içəri adam keçən kimi qapıya “doludur” yazırdı, o çolaq olsa da, işini yaxşı görürdü, heç kimi acılamırdı. Səs-küy onun bir qulağından girib o birindən çıxırdı. Duşlardan isti və xoş ətirli su axırdı. Hovuzun nəzdində sauna və idman zalı da vardı. Qışda üstüaçıq hovuzu buzda sürüşmə meydançası edirdilər. Onun ətrafında bar da, kafe də, böyük solyari də, hətta bir-iki əsl qumla örtülmüş kiçik çimərlik də yaratmışdılar. Hər bir oturacaq, hər bir stol, hər bir ağac yeni kimi parıldayırdı. Hər şey belə idi, bax beləcə…” Bu Mamacinin susmasından öncə haqqında söz tapıb ağızdolusu danışa bildiyi yeganə hovuz idi: o hovuzu


Скачать книгу