Qılınc və qələm. Мамед Саид Ордубади

Qılınc və qələm - Мамед Саид Ордубади


Скачать книгу
köməyi lazımdır. Möhtərəm şair! Siz əhalini anlatmalısınız ki, hazırda hökumətə qarşı üsyan qaldırmaq və üsul-idarəni tamamilə rədd etmək Azərbaycan məmləkəti üçün böyük bir təhlükə yarada bilər. Çünki məmləkətin qonşularında məmləkətə qarşı böyük bir sui-qəsd hazırlanır.

      Yenə də sizdən məktub gözləyirəm. Nəsibim olursa, görüşüb əlinizi öpmək səadətinə nail oluram. Hələlik uzaqdan salam göndərirəm.

      Təbriz, Qızıl Arslan”

      Məktub oxunduqdan sonra Fəxrəddin şad bir tövr alaraq dedi:

      − Məktub olduqca qənaətbəxş bir məktubdur.

      Nizami isə fikirli bir surətdə məktubu büküb yazı heybəsinə qoyarkən:

      − Məktub o qədər də səmimi deyildir, – dedi.

      Fəxrəddin təəcücüblə soruşdu:

      – Nə üçün? Qeyri-səmimilik bunun harasındadır?

      − Bu məktub ancaq siyasət və dünyagörüşü cəhətcə savadsız adamların gözünü örtə bilər. Qızıl Arslan Babək üsyanından danışdığı vaxt deyir ki: “Mən, Babək üsyanından sonra Azərbaycanda baş verən bütün üsyanların tarixini oxuyarkən bu üsyanların hamısında Babək üsyanında mövcud olan ünsürlərin olduğunu görürəm”.

      Qızıl Arslan burada ya Babək üsyanının hansı ünsürlərdən mürəkkəb olduğunu bilmir, yainki Babəkdən sonra Azərbaycanda baş verən üsyanların mündəricəsilə tanış deyildir. Onun, Məmunun xülasələrindən alıb bizə məsləhət üçün göstərdiyi parçalar isə ya təhrif olunmuş və yaxud da başqa bir məqsəd daşımaqda olan müəyyən adamların fikridir, çünki Babək üsyanı bütün mahiyyəti ilə İslam dini əleyhinə başlanmışdı. Şübhəsizdir ki, xəlifəlik İslam dini əsasında qurulduğu üçün xəlifələr bu dini müdafiə etməyə başlayacaqdı.

      Qızıl Arslanın Məmundan alaraq bizə aşılamaq istədiyi yanlış fikirlərin birisi də, Babəkin dinə qarşı yox, təriqətlərə qarşı üsyan etməsinin zəruri olduğunu isbata qalxışmasıdır. Bu nə qədər gülünc bir səhvdir. Babək təriqətlərə qarşı elmi və fəlsəfi mübarizə açdığı zaman təriqət mübahisələri bir daha alovlanmağa başlayacaqdı. Lakin dinin əsasına qarşı qoyulan üsyan ən doğru bir yol idi, çünki dünyada bir təriqət yoxdur ki, o, dinə istinad etməsin, dinin yıxılması bütün təriqətlərin hökumət əleyhinə çevrildiyi üçün məğlub ola bildiyini göstərməklə bizi qorxutmaq istəmişdir.

      Məktubda məni qənaətləndirəcək bir cəhət vardır ki, o da Qızıl Arslanın “Azərbaycanlılar bizi öz hökumətləri kimi tanımazsa, müdafiə etməz” deməsidir. Onlar ağıllı və siyasət bilən adamlar olarsa, ancaq yuxarıdakı iddialarını həyata keçirdikdən sonra Azərbaycan hökuməti hesab ediləcəklər.

      Bizim təbii hüdudlarımız tamamilə Azərbaycan atabəylərinin əlindədir. Zənnimcə, onlar Şirvan şahlığı məsələsini təsviyə edə bilərlər. Qızıl Arslanın milli mədəniyyət barəsində qoyduğu məsələlər də əsas məsələdir. Müəyyən və möhkəm bir quruluşla idarə edilməyən və bir mərkəz ətrafında yığılmayan kiçik-kiçik məmləkətlərdə islahat aparmaq olmaz. Qızıl Arslanın Səlcuqilərin hökumət quruluşları barəsindəki fikirləri tamamilə doğrudur.

      Hər halda mən ikinci məktubumda onun bəzi səhvlərini qeyd edəcəyəm, zənn edirəm ki, o, bundan inciməz.

      Fəxrəddin də:

      − Bütün fikirlərinlə razılaşıram! – dedi.

      SÜLEYMANİ

      On dörd gecəlik ay, bu qara xəyanəti görməmək üçün başını qara buludların yorğanına çəkib gizlənmək istəyirdi.

      Mavi fəzanın hovuzunda çimən ulduzlar da qara qətifələrə bürünərək öz yatağına çəkilirdi. Daima pəncərələri öyməyə adət edən Gəncə küləkləri şəhər xalqını bu qara hadisədən xəbərdar etməmək üçün öz şiddətini dayandırmışdı. Gecə olduqca sakit və durğun idi. Hər şeydə bir sükut hiss edilirdi. Sanki bütün təbiət Əmir İnancdan sükut əmrini almışdı. Saray da yatmışdı. Nə həyətdə, nə də dəhlizdə cınqırını çəkən var idi. Cariyələr otaqlarının çıraqlarını söndürmüşdülər. Uzun və geniş dəhlizin baş tərəfində yanan piy çırağı da sönürdü. Lakin xacə Müfid adəti üzrə oğru pişiklər kimi dolaşıb saray xalqı yatan otaqların qapısını qoxulayırdı. O, Dilşadın otağının qapısında durdu, onun otağının açarını əlindəki başqa açarların içərisindən asta-asta tapmaq istərkən Dilşad oyandı, titrəməyə başladı, çünki gecənin bu vaxtında xacə Müfid heç bir zaman könülaçan bir xəbər gətirməzdi. Bu vaxt cariyələr ya istintaq edilməyə, ya cəza verilməyə, ya da Əmir sərxoş olduğu zaman onu əyləndirməyə aparılırdı.

      Xacə Müfid otağa girərkən Dilşad ceyran kimi hürkərək otağın bucağına qısıldı. O, qaranlıq otaqda titrəyərək xacə Müfirin nə üçün gəldiyini bilməyə tələsirdi.

      Xacə Müfid şamı yandırıb Dilşadın bucağa qısıldığını görərkən adəti üzrə güldü. O, gözəl cariyələrin bu vəziyyətindən daima ləzzət alırdı. Dilşadı qorxudan da həmin bu məsələ idi.

      Xacə Müfid irəli gəldi, əlini uzadıb Dilşadın açıq saçlarını sığallamaq istədikdə qızın əndamı titrədi, əti çimçəşdi. Xacə Müfidin bu nəvaziş və bu gülüşləri Dilşadın həyəcanını heç də azaltmadı. Çünki xacə Müfid cariyələri döydürməyə və cəzalandırmağa da belə gülər üzlə aparırdı. İndi Dilşad onun bu saxta nəvazişlərini görərkən cəzalandırmaq üçün aparılacağına şübhə etmirdi. Xacə Müfid hər nə edirsə, etsin, Dilşad yenə də onun ağzına baxır və əmrinin intizarını çəkirdi. O, qorxusundan şəkil kimi quruyub divara yapışmışdı.

      Lakin xacə Müfid qızın həyəcan və intizarını nəzərə almayaraq, çox laqeyd hərəkət edirdi, çünki belə hallarda cariyələri intizarda qoymaq özü də bir cəza idi.

      Xacə Müfid əlində şam, bir şey itirmiş adamlar kimi Dilşadın otağını gəzdi, qızın paltarlarını, zinət şeylərini gözdən keçirdi, hər şeyin yerində olub-olmamasını yoxladı. Adətən, gözəl cariyələrə verilən qiymətli paltarları, qiymətli daş-qaşları tez-tez yoxlayırdılar ki, onlar başqa bir kəsə verilməsin. Şeylərin hamısı öz yerində idi. Xacə Müfid onların hamısını Dilşadın yatacağı ilə yanaşı duran kürsünün üstünə yığıb, Dilşada baxdı, yenə də gülməyə və onun saçlarını sığallamağa başladı. Dilşadın bağrı çatlamaq dərəcəsinə gəlmişdi; o qışqırmaq istəyirdi. Nəhayət, xacə Müfidin dodaqları hərəkətə gəldi. Çox yavaşdan, hətta eşidilməz bir tərzdə dedi:

      − Qorxma, götür, nə deyirəmsə, yaz!

      Dilşad birinci dəfə idi ki, xacə Müfidin dilindən “qorxma” sözünü eşidirdi. Buna görə də xacə Müfidin bu sözü onun həyacanını deyil, təəccüb və heyrətini artırdı. Ona görə ki xacə Müfid bütün ömründə heç bir kəsin həyacanının sakit olmasına imkan verməzdi, o, daima cariyələri qorxu və həyəcanlar içərisində yaşatmağı sevərdi. O, gözəl cariyələrin ürək çırpıntısı içərisində qıvrıldıqlarını hiss edərkən daima


Скачать книгу