Cəhənnəm. Muğanna İsa
pud qızıl sahibi!.. Düz səksən pud qızıl var burda, lap cavanlaşaqsan, Bəy. Əmma qızıl görüb qızıl ilana dönən Bəyimi xəbərdar etməliyəm ki, eyş-işrətlə bahəm Bakirə Qumraldan həm də dərs almağa göndəriblər səni. Bəli! Təəccüblənmə!.. Sonra biləcəksən necə dərsdi bu dərs. SSRİ çekistləri arasında çekist dərsi. İran siyasiləri arasında polis dərsi almısan.
Yadına sal, Peterburqdan Bakıya, ordan da uyezdə göndəriləndən bəri kimlərlə işləməmisən! Artistlər arasında artist Bəyim, mollalar arasında molla Bəyim, inqilabçılar arasında inqilabçı Bəyim ömrünün son illərini meşədə Zversovxozda itlərin arasında yatıb kobudlaşıb, elə yetişən kimi əlini aşağı atır!
Bəlkə zversovxozdakı o zverlərdi səndəki şəhvətin sirri, bəyim? Bayaq da eyham vurdum. Bir az da açıq deyim.
Açıq danışıram. Zversovxozda su itlərini yemləyə-yemləyə murdarlaşmışan!
Saflaşmağa göndəriblər səni bu iyirmi altı yaşlı alim zənən yanına. Təəccüblənmə! “Verbovka” vaxtından çox keçsə də, yaşım artmayıb. Bunun üçün xüsusi şərait var. Vallah, billah, Bəy. Düz iyirmi altı yaşımdayam! Vaxtı çatanda deyəcəm bu nə sirri – xudadı. Hələlik sirlərlə culğalanmalısan sən. Nəhayət, mən bunu da deməliyəm ki, nə Qumralam, nə də Bakirəyəm mən.
Sənin Qumralıyın eyni olan tamam başqa bir zənən dərs deyəcək sənə, Bəyim. Onda özüm kimi adım da dəyişək. Uzaq yoldan gəlmisən. Öz təcrübəmdən bilirəm, maşında beş-altı saat fasiləsiz yol gedən adamın beyninə uğultu düşür, qulaqları tutulur. Çalış dediyimi eşit, bəyim. Təkrar edirəm, nə sahibimizin Bakirəsiyəm mən, nə də sənin Qumralın. Eyni zamanda həm Bakirəyəm, həm də Qumral. Özüm kimi adım da dəyişəcək. Əmma həqiqi adım başqadı. Özüm də başqayam, Bəy. Sən bir yaxşı-yaxşı bax mənə, sənin Qumralıyın kopyası olan tamam başqa zənən deyiləm?!
Bünyad bəy baxıb-baxıb başını bulada və nəhayət dilini tərpədib:
– Yox… sən Qumralsan. Allada bilməzsən məni, – dedi.
Qumral qumrov kimi gincildədi – güldü.
– Sən Qumralı verbovat eləyəndə neçə yaşı vardı onun? On altı? Mən də elə o yaşdaydım o vaxt. Əmma gör neçə il keçib? Hesabladın? – qırx olmalıdı, düzdü? Mən başqayam, Bəy. Xüsusi dərs keçmişəm: siz kimilərə dərs demək, pozğunluğunuzu pozmaq, əxlaq saflığı vermək! Çox çətin işdi bu, Bəy. Əmma bacarıram.
– Köhnə əhvalat olsa da, məntək onlarla Bakirəni verbovat eləyən “master jenskix del” Bünyad bəy bilməlidi ki, biz çoxduq o vaxt. Verbovat günü dedin: “hamınız soyunun, mən soyunuram”. To yest “doloy stıd” Bu bir. İkincisi, “mənim kliçkalarımdan biri “Qızıl ilandı”, ikincisi “Çax-çuxdu (alverçi), üçüncüsü – “hökmdar”. Yəni mənə tabe olmayanı qızıl ilan kimi çalıram, ikinci, alverçi hökmən alladır, üçüncüsü, hökmdarın hərəmi olur. Siz mənim hərəmimsiniz”. Sonra dedin “kliçkalarınızı özünüz deyin. Düzdü?
Unutmusan. Bu, əlbəttə, qocalıq əlamətidi. Əmma eybi yoxdu, bu düzələcək! Yadına salıram. Bundan sonra Furak de mənə. Hind qızı Furak. “Qumral desən, bağımın meyvələrinin hamısı zəhərli olar. “Bakirə” desən, bağımın meyvələri lap zəhri-mar olar. Yəni bədrəftarlıq eləyərəm ha!
Bünyad bəy özünü itirmişdi.
Qapıya tərəf baxıb, bayaqkı, soyuq əli xatırlayıb, barmaqlarını gözlərinin kənarlarında soyuq yapışqanlı yerlərə sürtdü. Ömrünün yarısından çoxunu bir-birindən mürəkkəb kəşfiyyat işlərində keçirmiş, qorxu bilməyən “SSRİ çekisti, İran siyasisi” indi nədənsə üşürgələndi.
– Öldürülməyə gətirilməmişəm mən. Bunu bilirəm. Elə orda da öldürərdilər… Sarsılmışam. Çox qocalmışam. Əmma hələ xeyir verə bilərəm. Beş-altı ay dincəlməyə ehtiyacım var… Sən “Bakirə” mənim agentimsən. İmamımıza xidmət eləyəndə “Qumral” olmusan. Bəs “Furak” kimindir?
Furak, qəribə bir sual verdi:
– Üçüncü dünya müharibəsi neçənci ildə başlanıb, Bəy? İkinci dünya müharibəsi hələ qurtarmamışdı. Stalin Çörçili “Ərəb dünyasının yeni renessansı” ilə qorxudub İsrailə müstəqillik aldı. Bunu təsdiq eləyirsən?
Bəy üzünü turşutdu:
– Məni xatirələrə çəkmə!
Furak, inadla:
– Lazımdı bu söhbət, bəyim! Lazımdı! – dedi.
– Mən sənə lap açıq, lap çılpaq danışmalıyam, bəzi həqiqətləri olduğu kimi deməliyəm. İsrail üç sverxderjavadan (SSRİ-dən, Amerikadan, İngiltərədən) gizlin silah aldı və dərhal Fələstinlə müharibəyə başladı. Sən o vaxtdan Rusiyanın bilavasitə dərsi nəticəsində etnik xəstəliyə tutulmusan, təhlükəli saydığınız “Muğ”ları qırırsan, bəyim. Buna etirazın yoxdu ki?
Bünyad bəy təəccüblə dedi:
– Sahibim də, sən “Qumral və sairələri də Sovetə xidmət eləmirdinizmi?
Furak ciddiləşdi.
– Biz hamımız bilirik ki, Stalin Qretsiyanın köhnə kəşfiyyatçılığından sonra Vatikanın ixtiyarına keçdi. Vatikan isə, bilirsən ki, bütün planetdə Yevreyin kökünü kəsmək üçün dünya müharibələrini biri-birinə çalayır. Düzdü bu?
Bünyad bəy başını endirdi.
– Düzdü. Sonra?
– Biz bunu da bilirik ki, İran inqilabı da “müsəlman” adı altında yaşayan Cənubi Azərbaycan, Şimali Azərbaycan, Əfqanıstan, Pakistan, Hindistan, Orta Asiya və başqa yerlərdə Yevreyi qurmaq üçündü. Düzdü?
Bünyad bəy bir qədər əsəbiləşdi:
– Bu nə söhbətdi?
Furak yenə müəmmalı idi:
– De görüm, Sahibimizin Yevrey olduğunu səndən, məndən başqa bilən var?
Bünyad bəy bir az düşünüb:
– Yoxdur, dedi, – ancaq russkoyazıçnı yevreylərdən bilən var. Yevreylər isə, bu müharibə bizim qələbəmizlə qurtarandan sonra açıq deyə bilərlər ki, üçüncü dünya müharibəsini Vatikan başlasa da, Yevreylər indi Vatikanı əllərinə alıblar. Etnik məsələ çıxıb ortğalığa, bütün planet elə Yevreylərdən ibarətdi. Ümumi çaşqınlıq yaranıb. Köhnə “Midiya” – Bağday, indiki Azərbaycan Vaşinqtonla Moskvanı, Çini, İranı, hamını inandırır ki, planetdə düşmən ayrıılıqlar yaranıb. Məni, görünür, köhnə işçi kimi ruhən rahatlayıb, fikrimi təzələyib, yenidən istifadə eləmək istəyirlər. Bu, deyək ki, aydındı, sən özün danış, düz! Birinci, aydın, sərrast qandır, necə cavan qalmısan? İkinci, təhrif “Muğ” sözü işlətdin, niyə?..
Niyə Bağ demədin? Üçüncüsü, İmamımın Qumralı, mənim agentim, Stalinə, Xruşşova, Brejnevə xidmət eləyibsə, bəs bu Furak nədir?!
Furak gülürdü.
– Səni diriltməyə göndəriblər iqamətgaha, ya yox?
Bünyad bəy köksünü ötürdü.
– Qumral