Xatirələr. Mirzə Rza Xan İrəvani

Xatirələr - Mirzə Rza Xan İrəvani


Скачать книгу
ağacların dibi və tayalar müxtəlif rəngli güllər ilə bəzədilmişdi.

      Yuxarıdan yüzlərlə çin və yapon fənərləri asılmışdı ki, onlar da hovuzu və onda qırmızı rəngə salan şərabı işıqlandırırdı. Mtatsmindada konsulluq ilə üzbəüz tərəfdə atəşfəşanlıq təkşil edilmişdi, bu da bayrama rövnəqlik, parlaqlıq əlavə edirdi. Otaqlar və həyət yerli əyan qadın və kişilər ilə, eləcə də

      Tiflisdə yaşayan iranlılar ilə dolu idi. Hovuzun hər tərəfində əllərində gümüş piyalə ilə duran ofisiantlar qonaqları şəraba qonaq edirdilər. Axşamda baş sərdarın hərbi orkestri və Qədim Tiflisinin tanınmış

      xanəndələrindən biri, azərbacanlı musiqiçisi Əbdülbaqinin (Bülbülağanın) dəstəsi mahnılar ifa edirdi.

      Bu füsunkar mənzərəyə heyran olan Tiflis qubernatoru Giorgi Şervaşidze Mirzə Rza xana deyib: 3

      – Bu axşam məni müsəlmana çevirdiniz… Sizin peyğəmbərinizin ayələrdə cənnəti təsvirini oxumuşdum, lakin onun varlığına inanmırdım, bu axşam isə əmin oldum ki, Məhəmmədin vəd etdiyi cənnət, doğrudan da, mövcuddur və o burdakı mənzərənin eynisidir.

      Mirzə Rza xanın konsulluq binasında zəngin kitabxanası və kolleksiyası da var idi ki, onun barəsində 1892-ci ildə Tiflisə gələn fransız səyyah Karl Lefevr-Pontalis söhbət açır. Bu baxımdan Qafqaz muzeyinin direktoru Qustav Radenin qeydlərində muzeyin qısa tarixi barədə diqqətəlayiq məlumat tapılır. Muzeyin hədiyyələr şöbəsi barəsində mühakimə apararkən müəllif qeyd edir ki, Mirzə Rza xan Qafqaz muzeyinə fars əlyazmaları nümunələrini təhvil verir və elə orada vurğulayır: “Əlahəzrətləri İranın baş konsulu Tiflisdə özünün gözəl instalasiyalarını (göründüyü kimi, interyerlər nəzərdə tutulur) və özünün zəngin kolleksiyalarını mənə gözdən keçirtdirib”. Təəssüf ki, Mirzə Rza xanın nə evi və nə də

      onun zəngin kolleksiyası ilkin simasına nail ola bilməyib. Onun kolleksiyası barədə bizim üçün yalnız o məlumdur ki, sonralar bu kolleksiya, yuxarıda qeyd edildiyi kimi, Monakoda onun sarayının salonlarında təşkil edilən ”Sülh qalereyası” adlanan qalereyada yerləşdirilib və vaxt keçdikcə daha da doldurulub, zənginləşdirilib.

      Mirzə Rza xan həmişə geyiminə fikir verirdi. Başına həmişə börk qoyardı. Məşhur ingilis yazıçısı, XX

      əsrin ən çox məhsuldar müəllimlərindən biri, 700-dən çox kitabın müəllifi, bir il ərzində, daha doğrusu 1983-cü ildə 26 roman nəşr etdirərək qazandığı rekorduna görə Ginnes kitabına düşən Barbara Kartlendin gənc, kübar qızın qəşəng bir aktyora qoşulub evdən qaçan və müzik-hol aktirası olan Rozi barəsində söhbətin açıldığı “Nişan üzüyü tələb olunur” romanında Mirzə Rza xan da xatırlanır: “Rozi xatırladı ki, sonuncu (knyaz Koçubey nəzərdə tutulur-M.M.) həmişə özü ilə sevimli iti olan taksa ilə

      gəzirdi, İran şahzadəsi Mirzə Rza xanın isə həmişə başında börk olardı”.

      Mirzə Rza xan vaxtilə Tiflisdə rus dilində kiçik bir kitab nəşr etdirib. “İran şahı əlahəzrətlərinin general-adyutandı Mirzə Rza xan Daneşin məmuarları” adlı bu kitab Tiflis Metex həbsxana qalasının nəşriyyatında 1894-cü ildə nəşr olunub. “Xatirələri”nin son geniş mətni üzərində Mirzə Rza xan Ərfəüddövlə 1937-ci ildə ölümündən bir neçə ay əvvəl bitirib. Mətn ilk dəfə 1966-cı ildə nəşr olunub, ən son nəşri 1999-cu ildə Tehranda Əli Dehbaşinin redakturası və giriş yazısı ilə həyata keçirilib. Bu il Tiflisdə Marina Aleksidze, Qriqol Beradze, İrina Koşoridzenin birgə müəllifliyi ilə “Ərfəüddövlə və

      Gürcüstan” adlı kitab zəngin fotolarla gürcü dilində işıq üzü görüb. Mirzə Rza xan Ərfəüddövlənin ikinci xatirələrini, yəni “Şahzadə Ərfəüddövlənin xatirələri”ni bu kitabdan götürərək tərcümə etmişəm.

      Bu kitablarda o, öz həyatının ayrı-ayrı anlarından söhbət açır. Onun bütün xatirələrindən görünür ki, yaxşılıq itmir. Mirzə Rza xan, eləcə də onun atası bir çoxlarına yardım göstərib.

      Özünə hər halda bir az pul qazanmaq və bütün həftəni dolana bilmək üçün adi dülgər işləyən mədrəsə yoldaşından gündə nə qədər qazandığını soruşanda deyib ki, onun sutkalıq gəliri 10 şaadan (15

      qəpik) artıq deyil. Bu söhbət ona çox təsir edir və axşam evə gələndə bütün bunları öz atasına danışaraq, ona yardım etməsini xahiş edir. Atası onu yanına çağırtdırır və bütün ayı dolanmaq üçün sadə işçi kimi işləməməyə görə ona nə qədər məbləğ lazım oluğunu soruşur. O cavab verir ki, ona ayda 5 frank kifayət edərdi. Atası ona 10 frank təyin edir və mədərəsədə oxuduğu vaxtlar Mirzə Rza xan səliqə ilə hər ay ona vermək üçün atasından 10 frank alır. Bu proses onun mədrəsəni başa vurana kimi davam edir.

      Xatirələrində bu cür hallar çoxdur. Onun bir neçə xatirəsini əvvəllər tərcümə edib oxuculara çatdırmışdım. O cümlədən, bu kitabı tapıb tərcümə edəcəyimə, necə olur-olsun, nəşr etdirəcəyimə söz vermişdim. Nəhayət, uzun çəkən axtarışdan sonra bu kitabı tapdım. Onun bu yeganə kitabından məlum olur ki, o, hədsiz dərəcədə xeyirxah, humanist, nəcib bir şəxsiyyət olub. Kitabı oxuduqda onun həyatında qəribə, taleyüklü hadisələrin çox baş verdiyindən halı olursan. Eyni zamanda, insanda nəcib hislər baş

      qaldırır ki, bunlar da insanı xeyirxah işlər görməyə, yaxşılıqlar etməyə çağırır. Odur ki, həmin nadir kitabın tərcüməsini indi sizin ixtiyarınıza verirəm.

      Mirzə Məmmədoğlu

      4

      İRAN ŞAHI ƏLAHƏZRƏTLƏRİNİN GENERAL-ADYUTANTI MİRZƏ RZA XAN DANEŞİN

      MEMUARLARI

      ÖN SÖZ

      Asudə vaxtlarımda ömrümdə baş verən, məndə çox böyük təəssürat yaradan sərgüzəştləri xatırlayaraq həyatımın müxtəlif dövrlərində daha çox maraqlı olan faktları qeydə almaq, onlardan bir toplu tərtib etmək qərarına gəldim.

      Mən Təbrizdə anadan olmuşam. Burada atamın kiçik bir mülkü var idi ki, bu da onun bütün var-dövlətini təşkil edirdi. Bizim dinə səylə qulluq edən atam bütün həyatını müqəddəs yerlərə ziyarətə həsr edib və belə səfərlərin birində, məhz elə Kərbəla ziyarətində məzar önündə nəzir-niyaz verərək Tanrıdan bir oğul diləyib və deyib ki, əgər oğlu olarsa, mütləq onu müctəhid kimi yetişdirəcək. Odur ki, mən hələ

      dünyaya gəlməmişdən öncə uşaqlıq vaxtlarımda son dərəcə arzuladığım və öz seçdiyim deyil, tamamilə

      başqa karyera üçün nəzərdə tutulmuşdum.

      5

      I FƏSİL

      Mən həmişə yuxunun öncədən xəbər verməsinə, onun çin olmasına, gerçəkləşməsinə inanmışam.

      Budur, onun labüdlüyünə inamımı daha da artıran hadisə.

      Mən Təbrizdə məktəbə gedəndə on bir yaşım vardı. Bir dəfə, tənəffüs zamanı yoldaşlarım bir-birindən məktəbdə kursu başa vurandan sonra nə olmaq istədikləri barəsində soruşdular. Biri həkimlik peşəsini seçdi, digəri polis rəisi olmağı arzuladı, üçüncüsü tacir


Скачать книгу