Payıza qədər. Allahverdi Eminov

Payıza qədər - Allahverdi Eminov


Скачать книгу
elə bil sarımtıl-qızılı yarpaq budağı düşmüşdü. Mənim nəfəsim toxuncaq bu vücud titrədi. Yox, uçundu, uçundu. Və bir ahımla saralmış yarpaqlar yaşıllaşdı! Mən şahidi oldum bu möcüzənin qüdrətinə!

      Onun qəribə pıçıltısı vardı. Bu, dərinlikdən havaya can atan nikbin insan hıçqırtısı kimiydi. Duyurdu yaşayacaq, özünü özündə tapacaq bir qadın səadəti.

      Qadın ecazkar məxluqdur. Biz kişilərə elə gəlir qadın yaşadıqca, özünün qadınlıq “borcunu” verdikcə yüngülləşir. Yox, bu fiziki sərvətdir ki, kişi vücuduna qovuşmalıdır.

      Qadın kişiylə yaşadıqca mənəvi sarsıntıdan əzab çəkir, fiziki sərvəti hansısa qeyri-adi bir qüvvə qoparıb çıxarır. O, mənim üçün beləcə yaşayırdı. O, mənim varlığımı beləcə burulğana salıb qəhqəhə çəkirdi. Vay o günə- belə qadın sənin payız ömrünə qəhqəhə çəkə!

      … Onun yumşaq və qüvvətli qolları arasında Dünyamı görürdüm. Bu dünyam işıqlıydı, bu dünyam xoşbəxtdi. Dünyam, sən qadınla nə qədər zəngin görünürsən. Sənin qiymətini niyə pulda, sərvətdə axtarırılar? Mənim Dünyam, sən mənə əvəzsiz qadın bağışlamışdın. Nə istəməliydim səndən?

      Eh, sözü hara hörürəm?! Xatirədən əbədi başdaşımı qoyuram?! Pıçıltısı çilik-çilik səpələndi gözlərimə. Yandırdı göz bəbəklərimi. Yumdum və dəhşətə gəldim. Qadın qollarım arasında axırdı. Qorxurdum suya dönər, qaynar suya çevrilib buxarlanar. Açdım gözlərimi. İşıq! Bu işıq selində o, ehtirasını pələngin pəncəsindən qoparan cəngavərə bənzəyirdi. Yox, yanılmışdım. O, bir otağa sığınmış işığa təslim olmuşdu. Təslim olmaq mümkünmüş, ilahi! Pıçıldadı:

      –Əzizim, xoşbəxtəm. Sən mənim içimdəsən. Bilirsənmi, bu dəqiqələrimdə məndəsən?

      Dəhşətli səslənən bu nidanın fərqi yoxdu mənimçin.

      – Sən yoxsan, əzizim. Səni bir “ahım” kimi udmuşam. Xəbərin varmı? O, içimdə tüstülənir.

      – Hələ danışma, sən Allah, bircə dəqiqə səni mən də udmuşam, Ahum.

      Səsi bir anın içində alovlandı, külü saçlarıma dağıldı. Bircə onu hiss elədim, ağuşumda bir qadın uçunur. Buz baltası kimi bədəni yaz yağışında titrəyir.

      –Tərpənmə. Ah… – Güclə qopdu dodaqlarımdan bu səs. Güclə dodaqlarımdan uçub canını tapşırdı bu səs.

      – Tərpənmə. Ah… Yavaş-yavaş duyuram. İstəmirəm qayıdam özümə. Ruhum çıxıb mənnən, yoxdur, dodaqlarımı yandırır ruhum. İstəmirəm ruhum məni tapsın. Vallah, istəmirəm! Bəlkə, can verir? –Öp, öp, sən Allah!

      Qadın beləmi can üstə olur? Mən onun dodaqlarından uçan ruhunu görürdüm, çiçəyə qonmaq istəyirdi, kəpənək ruhuna dünmüşdü. Qadınlar niyə bu qədər bədbəxt doğulur. Yalnız bir dəqiqə. Bütün ömrünü xəyanətə qurban verən qadınlar dünyanın məkrini bir dəqiqə səadət üçünmü boyunlarına götürürlər?

      O, danışırdı, sözləri də sanki sahibiylə bir yaşamışdı və soyumuşdu. Güclə süzülürdü narın göz yaşında. Mən qanrıldım, yanpörtü qucaqladım onu. O, dənizdən sahilə atılmış gücsüz balığa dönmüşdü. Yadıma Qoca və Dəniz düşdü. Ey zavallı qoca, dərin okeanın içərisindən niyə tutdun güclü, çılğın balığı? Ona görəmi balığı ketlərə yem eləyəsən? Ey insafsız qoca, axı bir gün sənin özünü cavanlığın əlindən qoparıb cavan qadınlara yem eləyəcəklər və bu qadınlar sənin ömrünə güləcəklər.

      İçərimdən güldüm o ki var. Hələ o cür ürəkdən gülməmişdim!

      Mən tövşüyən nəfəsini apaydın eşidirdim. Ehtiras indi-indi sarırdı varlığını. Kişi şəhvətinin ecazkar yanğısında o, özünə qayıtmamışdı. Qayıdacaqdımı?

      Mahnı üçün darıxdım, qəribsədim. Kimdi mənimçin mahnı oxuyan? Niyə yazıqları gəlmir mənə? Oxuyacaqları mahnı axardı, qovuşardı sulara. Və nəhayət gəlib tapardı məni. Gərək Qədir oxuyaydı. Qədir ayaqlarını uşaq kimi yerə döyüb deyərdi: “Elə yar, yar deyirlər, heç məni demirlər…”

      Gülümsəyirdim, pıçıldayırdım:

      –Ölüm sənin qucağında…

      Həqiqətən, sirri gizlətmək çətinmiş. Mən yazdıqlarımı pıçıldayırdım. Axı, yanımda heç kəs yoxdu. Sən demə, bir səs alıb məni. Gözəl qadının məlahətli səsiymiş bu.

      – Bəs Mən? Bəs Mən? Unutdunmu Mənimlə keçən günlərini? Axı, sən qadına qarşı dəyanətlisən…

      Gözlərini yum və Məni xatırla. Məni…

      Heyrətləndim. Sirrimi qıfıllaya bilməmişdim: – Məni yaddan çıxarmaq mümkündürmü?!

      Yağış yağırdı hələ. Yağışın gücü vardı hələ. Və bu yaz yağışı üzünü mənə tutub gələcəkdi.

      Sizə söyləcəyim əhvalat nə nağıldı, nə xatirədi, nə də… Mənim nə vaxtsa boynuma alacağım göz yaşımdı. Olub-keçənlər adama şirinlik də gətirir, acılıq da. Ömürdə elə anlar, günlər olur, sığınırsan ona. İstəyirsən alasan onu xatirələrinin əlinnən. Mümkünmü? Olmur, bir də niyə acıyasan? Yaşamısan, şirin-kövrək dadını tapmısan. Bəs daha?

      Mən uşaqlığımda ilişib-qalan çox şeyi xatırlaya bilmirəm. Bircə o yadımdadı, özümdən yaşca böyük bir qız istəmişəm. “İstəmişəm” sözünün mənasına da bir uşaqlıq kövrəkliyi qatıram bu gün.

      Bir neçə il ötəndən sonra hiss elədim qızlar gözümdə qəribələşir. Onların sehirli baxışları olurmuş, qara-qıvrım, şabalıdı-sarı saçları olurmuş. Boy-buxunları göz qamaşdırırmış. Çox şeylər. Sadalamaq niyyətim yoxdu. Hətta ağıllı baxanda kövrək məhəbbətimdən boylanan qızlar böyüyüblər bir boy. Saçları dağılıb, əlindən düşən dolçadakı su kimi. Sinələrindən bir cüt nar peyda olub, meydan oxuyur. Toyda-mağarda atılıb düşən o qızların o bir cüt narı silkələnir, səsləyir kiminsə məhəbbətini. Bunları çox sonra anlamışam. Sən demə, bu yaxşıymış. Tez açılan tez də solurmuş.

      Mən böyüdüm, uşaqlığım haradasa qaldı, gizlənpaç oyununda itirdim onu. Gənclik yaşına doldum. Hərdən əlimi uzadıram uşaqlığıma. Barmağımın ucuna toxunanda qaçırdı, yenə gizlənirdi. Daha əlimi üzdüm onnan. Gəncliyimdən çıxmışdı yoluma. Oxucum, qaçmaq olmur günlərdən. Mümkünmü qaçmaq. Dünyada elə şeylər var əvəzsizdir. Dünyada elə şeylər var yalnız o, dizini çökdürər insanın. Dünyada çox həqiqətlərlə üzləşmişəm. Biri də qadınla təmasdır. Qadın gözəlliyini təknə su kimi ciyərlərinə çəkəsən. Və qollarında elə sıxasan külə dönə səndə. Ovxalana içində. Sonra da dəlisayağı axtarasan onu.

      Və bütün ömrün boyu… Nağıllaşasan. Biri əfsanə hesab edə, biri həqiqət…

      –o-

      Hə, sualımdan uzaqlaşdım. -Məni qınayacaqsanmı? – Yox, razılaşacaqsan. Dünyaya vur-tut bir kərə gözünü açan insan dünya zövqünə gözünü yuma bilərmi? Onsuz da bir kərə qaranlığa elə bələnib itəcəyik, bir kimsə – hətta sənin ağuşuna pənah


Скачать книгу