Kollu koxa. Muğanna İsa
əyiləndən sonra bütün kənd kanal boyunda otururdu ki, istidən təntiyən olanda özünü suya təpsin. Bakıdan gələnlər danışırdılar ki, orda da isti keçir: camaat səhərə qədər dəniz kənarından çəkilmir, skamyalarda yer tapmayan-lar sahilə qəzet sərib otururlar… Qaracalılar hərdən belə və
buna bənzər söhbətlər eləyirdilər. Əksər hallarda isə susurduq.
Gündüzlər motorlar qızdığına görə, adətən gecələr işləyən maşınlarımız da susurdular. İtlər, pişiklər də susurdu.
Göyün üzünü tutmuş durğun buludun altında hava elə bil getdikcə sıxılıb, bizi də sıxıb əzirdi. Quru palaz üstündə sə-rilib heysizlikdən qımıldanmayan uşaqlarımızın, ömürlərin-də belə müsibət görmədiklərini deyib, ikicə kəlmə danışma-mış təngnəfəs olan qocalarımızın, günbəgün yox, saatbasaat yanıb əldən gedən əkinlərimizin dərdini çəkə-çəkə qan-tər içində oturub susurduq. Əmma bu mənalı sükut idi: atom sı-naqları təbiətin, necə deyərlər, altını üstünə çevirmişdi; ən fəal “atomşik” isə elə “bizimki” idi, yəni Sovet hökuməti.
Üstüörtülü “baisin evi yıxılsın” deyib, deyinməkdən başqa nə danışaydıq!
Birdən, bu ölgünlükdə gümrah bir səs eşitdim:
– Salam əleyküm, a Qaracalar cəmaatı!
Kanalın beş addımlığında, asfaltdan ayrılıb bizim kəndin böyründən, əkinlərimizin arası ilə uzanıb düzənliyin də-rinliyindəki kəndlərə gedən torpaq yolda bir “Moskviç” dayanmışdı. Yəqin ki, bürkü məni lap əldən saldığına görə maşının səsini eşitməmişdim. Gecənin yarısında Qaracalar camaatını belə gümrah salamlayan adamın səsini isə, nə qədər 7
üzgün olsam da, eşitməyə bilməzdim. Çünki bu, Qılınc Qurbanın səsi idi:
– Ölənlərinizin ehsanına, sərin sudan, atlamadan nəyi-niz var.
Məndən savayı kanal boyunda daha bir neçə nəfər başını qaldırıb maşına tərəf baxdı. Faraların işığından xeyli kənarda, əllərini belinə qoyub dayanmış xırdaca qaraltını görən kimi sağ-solumda pıçıldaşdılar:
– Qılınc Qurbandı. Axır ki, gəldi!
– Xeyir ola, gecənin bu vaxtı niyə?..
– Su istəyir. Tez olun!
– Tək deyil, deyəsən. Böyük qabda apar.
– Atlama istəyir!
Qaranlıqda əlimi yan-yörəmə atıb, bir ucunu daş parça-sının altına qoyduğum kəndiri tapdım. Kəndirin o biri ucunu Suğranın axşamdan uşaqlar üçün hazırladığı qatıq atla-ması ilə dolu bitonun qulpuna bağlayıb, kanala sallamışdım.
İpi dartıb bidonu çıxartdım. Sonra kibrit çəkib, palazın künc-bucağında dəmir dolçanı axtardım.
Şofer yalxı maykada başını rulun üstünə əyib hərəkətsiz qalmışdı. Arxada oturan adam da qurşaqdan yuxarı so-yunduğuna baxmayaraq, deyəsən, lap taqətsizləşib başını yana söykəmişdi. Qurban kişi isə boğazının altında yalnız bir-iki düyməsi açılmış boz kiteldə, dimdik dayanıb, yanına gələnlərə bircə-bircə əl verirdi. Kanal boyundan yeni-yeni adamlar qalxıb görüşməyə tələsirdilər.
Bu hörmət, əlbəttə, səbəbsiz deyildi. Qılınc Qurbana əl vermək özü də şərəf sayılırdı.
Rayonda hara ayaq basırdısa, Qılınc Qurbanı hər yerdə, o cümlədən raykomda, icraiyyə komitəsində və başqa rəsmi yerlərdə də ehtiramla qarşılayırdılar. Hər rayonun öz şöh-8
rətli adamları olduğu kimi, bizimkilər də vardı. Qurban kişi isə həmin adamlar içərisində birinci idi. Rayon mərkəzinin ən səfalı yerində, bağ-bağat içində ev vermişdilər ona. Qurban kişi hər ay təqaüdünü alıb, bu səfalı evdə rahat oturub ömrünün sonunu yaşamalı idi. Əmma onu rahat qoymur-dular. Bakıdan, qonşu rayonlardan qonaqlar gələndə, Qılınc Qurbanı geyindirib-kecindirib, rayonun fəxri sayılan köhnə
bolşevik kimi, məclisin başında oturdurdular. Sağlığına içir-dilər. Onun da nə isə bir söz deməsini, dünyagörmuş, təcrü-bəli qoca kimi, nəsihətini-filanını gözləyirdilər. Bayram günlərində ordenlərini, medallarını taxıb zəhmətkeşlərin rəsmi keçidini qəbul etmək üçün tribunaya qalxmasını gözləyirdilər. Bütün bunların nəticəsində, hansı bir jurnalist isə maraq-lanıb, bu kişini geniş miqyasda şöhrətləndirməyi özünə borc bilib, onun haqqında “Qılınc Qurban” adında bir kitabça yazmışdı. Mən bu kitabçanı oxumamışdım. “Bələd olanlar bilirlər ki, işə az-çox can yandıran kolxoz sədrinin çox vaxt gündəlik qəzetə baxmağa vaxtı qalmır. Əmma eşitmişdim ki, həmin kitabçada Qurban kişinin vaxtilə, cavanlığında “Gəncə qiyamı” deyilən üsyanın1 yatırılmasında iştirakı, qaçaq-larla vuruşmaları, sonra öz kəndində sovet sədri vəzifəsində
gördüyü işlər barədə danışılırdı. Bu kitabça çap olunub ya-yılandan sonra Qurban kişini hamı “rayonumuzun fəxri” ad-landırırdı, əmma mən qəti bilirdim ki, o, təmtəraq xoşlayan adam deyildi. Öz şəxsiyyətinin qiymətini başa düşüb, lazım olanda bu qiymətə münasib, mötəbər görünsə də, axır vaxtlar təriflərdən bezikmişdi, eşidəndə dərhal üz-gözünü tur-şudurdu. Dərin, sıx qırışlarla çalın-çarpaz doğranmış bir əlcə
qara sifəti elə bil daha da qaralırdı, hətta iri, işıqlı gözləri də
1 1920-ci ildə Sovet hakimiyyətinə qarşı üsyan.
9
kölgələnən kimi olurdu: “Öldük! Canımız çıxdı mədhiyyə
eşitməkdən! Bəs deyilmi, ay cəmaat?!” – Qurban kişi belə deyəndə, mən görmüşdüm ki, bəziləri bir-birinə göz vurub be-lə güman edirdilər ki, “mədhiyyələrin” əleyhinə danışmaqla qoca özünü dartıb bir az yuxarıkı pilləyə qoyur.
Səhv edirdilər.
Bir dəfə kolxoz sədrlərinin, kənd soveti sədrlərinin və
ilk partiya təşkilatı katiblərinin birgə rayon müşavirəsində
tənəffüs vaxtı Qurban kişi sərin limonad istədi. Ona qulluq göstərmək istəyən kolxoz sədrlərindən azı beş-altı adam hamısı birdən bufetə cumub, hamısı da əli butulkalı qayıdanda Qurban kişi əvvəlcə qəhqəhə çəkdi, sonra isə birdən qapqara qaraldı, dediyim kimi, elə bil hətta gözlərinin içi də kölgələndi. Bircə kəlmə: “Bezmişəm!” – dedi. Sonra adəti üzrə deyinməyə başladı: “Stalini tərifləyib göylərə qaldırdınız, sonra da “kultliçnostun zərərləri” deyib yerə vurdunuz! Heykəlləri heç, şəkli də qalmadı! İndi də mən təki bədbəxtləri qaldırır-sınız ki, bizi də yerə vurasınız?!” Bu deyintidəki dərdi, faci-əni görməmək mümkün deyildi: kişi əzab çəkirdi.
Bufetdən limonad gətirənlər içərisində mən də vardım.
Həmin deyintidən sonra, ömründə birinci dəfə elədiyim can-fəşanlığımdan qızarıb bir kənarda qalmışdım. Qurban kişi, yəqin ki, mənim əhvalımı duyub gülümsündü: “Gətir, sə-ninkini içəcəm”,