Həsən bəy Zərdabi xatirələrdə. Коллектив авторов

Həsən bəy Zərdabi xatirələrdə - Коллектив авторов


Скачать книгу
haqqında çox yazılmışdır. Mirzə Fətəli Həsən bəyin müasiri olduğu və eyni vəzifəyi də üzərinə aldığı qiymət mahiyyətcə də bir olduğu üçün müqayisə olunsun deyə, burada ondan bir qadar bəhs etdik; Həsən bəyə dair qəzetlərdə, məcmuələrdə bir neçə məqalə və tərcümeyi-əhval yazılmışdır. Fəqət bunların verdiyi məlumat ilə iktila etmək olmaz. Bunların az olması ilə bərabər bir çox tarixi nöqsan və xətaları da vardır; bu boşluğu doldurmaq məqsədi ilə “Əkinçi” qəzetəsinin əlliillik yubilesindən istifadə edərək bu küçük kitabçeyi yazmağı öhdəmizə aldıq. Vəqtin azlığı təbiidir ki, geniş miqyasda yazmaq imkanını verməyəcəkdir.

      * * *

      Həsən bəy Məlikzadə (Məlikov), yaxud başqa cür təbirlə Həsən bəy Məlik Zərdabi 1837-ci ildə noyabrın 12-sində anadan olmuşdur. Onun ata yurdu Göyçay qəzasının Zərdab kəndidir. Bu kənd Kür çayının kənarındadır. Atası Səlim bəy, babası Rəhim bəy məzkur kəndin mülkədarı idilər. Bunlar şairləri pək çox sevdiklərindən evlərində daima şairlər qonaq bulunarmış.

      Balaca Həsən bəy şairlər, ədəbiyyat və sair vaqeələr xüsusunda atası Səlim bəydən məlumat alardı. Həsən bəyin bu kimi şeylərdəki marağı onun Qafqaziyada olmuş bir çox vaqeələrin tarixini öyrənməsinə səbəb olmuşdur. Bunların hamısını atasından öyrənirdi. Səlim bəy oğluna keçmişi öyrətdikcə onun tərbiyəsinə təsir edir. Ona keçmişdən ibrət ala biləcək bir çox materialları verə bilirdi. Yuxarıda Həsən bəyin cəhalətə qarşı mahiranə bir surətlə və böyük bir cəsarətlə mübarizə apardığını qeyd etdik; böylə bir cəsarətə babası Rəhim bəy də malik bulunurdu.

      Səlim bəy ona İran şahzadəsi Xosrov Mirzə ilə olmuş bir əhvalatı anlatmışdır. Xosrov Mirzə Qarabağ yolları ilə keçib İrandan Leninqrada (Peterburqa – red.) çar hüzuruna gedirkən bəylər və xanlar tərəfindən Şirvan hüdudunda qarşılanmışdı. Bunların sırasında Rəhim bəy də bulunurmuş. Rəhim bəyin yanındakı bir bəyə bir söz anlatdığını görmüş şahzadə, onun yanına gələrək nə danışdığını sorar. Rəhim bəy cəsarətlə qorxmadan qonşusunun qulağına söylədiklərini şahzadəyə təkrar edər:

      “Xosrov Mirzə qadın kimi bəzənməyi tərk edərək at belində İran kəndlərini gəzib rəiyyətinin ehtiyaclarını öyrənərsə, şübhəsiz, gələcəkdə ədalətli bir şah olur. İndiki halda Xosrov Mirzə qadındır. Onun bu yaşayışından İran əhlinə heç bir nicat yolu yoxdur” – demişdi. Təbiidir ki, bu sözlər şahzadəyi məmnun etmişdi. Ancaq Rəhim bəyin cürəti onu heyrətə salmışdı.

      Bu kimi keçmişə aid sözləri eşidən Həsən bəy doğru danışmaq, qorxmamaq kimi xassələri çocuqluğundan özündə yaratmağa müqtədir olmuşdu. Digər tərəfdən başqalarından eşitdiyi keçmişə aid böylə əhvallar Həsən bəydə vətənə qarşı olmazın bir məhəbbət oyadır və onda vətənin keçmişini öyrənməyə bitməz və tükənməz bir maraq doğururdu.

      Həsən bəy Azərbaycanın tarixi ilə maraqlanmağa başlayır.

      Keçmiş xanların rəqabəti, Nadirin və Ağa Məhəmməd şahın Muğana gəlməsi, onların Azərbaycan xanları ilə müharibələri və başqa bu kimi tarixi vaqeələr Həsən bəyin zehnini çocuqluqdan bəri məşğul edirdi.

      Həsən bəy bu surətlə Azərbaycana aid bir çox məlumat əldə etmiş və bunların nəticəsində Azərbaycanın təbiətcə zəngin olması onun tənəzzülünə bais olduğunu da təyin edə bilmişdi. Zira Şərq və Qərb cahangirləri bu ölkəyi özlərinə mal etmək məqsədilə on dəfələrlə ayaqları altında çeynəmiş və təsərrüfatını dağıtmış və əhalisini talan etmişdirlər.

      Həsən bəy 7-8 yaşında məktəbə getməyə başlamış, Quran, “Gülüstan”, “Şahnamə” kimi yabançı dillərdə olan bir çox əsərlər görmüş, bunların arasında türkcəyə təsadüf etməməsi onu şaşırmışdır. Məscidə getdikdə moizələrdən bir şey anlayamadığı üçün onu tərk edərək bu xüsusda atasına şikayət etmişdir. Oğlunun şikayətini eşidən ata da mollaya bu surətlə müraciət etmiş və demiş: “Heç fərqi yoxdur, Həsən bəy çocuqluqda məscidə getsə, böyüklükdə getməyəcəkdir. Çünki sizin moizələrinizi anlamaq olmayır. Anlaşılsa da bunlar həyati deyildir, vəqtilə sizin məscidləriniz boş qalacaqdır. Buna görə də nə çocuğa və nə də özünüzə əziyyət verməyiniz”.

      1852-ci ildə Səlim bəy oğlunu Şamaxı şəhər məktəbinə (şkolasına) verir. Bu vəqtdə Həsən bəyin 15 yaşı var imiş. Əski üsul məktəbində fars dilini öyrənmiş və Quran oxumağı bacaran Həsən bəy yeni üsul məktəbinə girincə öz istedadını göstərməyə başlamışdı. Rus dili onun üçün yabançı bir dil olduğuna baxmayaraq, rus arkadaşlarından geridə qalmayaraq o qədər müvəffəqiyyət qazanır ki, o vəqtin Qafqaz ölkəsi maarif müdiri baron Nikolay onu Tiflisə aparır. Orada Həsən bəyi hökumət xərcinə olaraq gimnaziyanın 5-ci sinfinə qəbul edirlər.

      1861-ci ildə Həsən bəy müvəffəqiyyətlə Tiflis gimnaziyasını qurtararaq yenə hökumət xərcinə Moskva Darülfünununa göndərilir. Həsən bəy təbiyyat, riyaziyyat fakültəsinə gedərək rus tələbələri arasında birincilik qazanır. Professorları arasında çalışqanlığı sayəsində böyük nüfuz qazanır.

      Böylə ki, Darülfünunu qurtardığı vəqt professorluğa namizədliyini qazanmış olur.

      Həsən bəy tələbəliyini rus cəmiyyətinin fəal qismi arasında keçirmişdi. Bunlarla bulunduğu müddətdə rus ədəbiyyatının gedişinə aşina olmur. Gizlin çalışan siyasi dərnəklərin (krujokların) tələb və proqramlarına aşina olurdu. Tanıdıqları arasında şair Pleşşevlə (Aleksey Nikolayeviç Pleşşeyev (1829-1893) nəzərdə tutulur – T.A.) yaxından dost olmuşdu. Bu şair fransız sosialistlərinin fəaliyyətini tədqiq edən dərnək başçılarından biri idi. Bu adam sonralar həbs edilərək əvvəlcə öldürülməklə və sonra Sibiryaya sürgün edilməklə məhkum edilmiş iyirmi dörd nəfərdən birisi olmuşdur. Bundan başqa Həsən bəy rusların məşhur tarixçisi Sulikov (bu familiya səhvdir. Söhbət Moskva Dövlət Universitetinin rektoru olmuş (1871-1877) məşhur rus tarixçisi Sergey Mixayloviç Solovyovdan gedir – T.A.) ilə də dost olmuşdur. Həsən bəy onun evində pək sevgili və möhtərəm qonaq hesab edilirdi. Həsən bəy də Şərq millətləri həqqində ona məlumat verərdi. Həsən bəyin məlumatını məzkur müvərrix pək qiymətli sanardı. Bu evdə Sulikovun (Solovyov) qızı ilə görüşərək ona məhəbbət yetirir. Qızı alaraq Qafqaziyaya gəlmək istədiyi vəqt, bu düşüncəsindən daşınaraq ilk məhəbbətindən vaz keçir. Qızı almadan Qafqaziyaya gəlir. Buna da eldən ayrılmaq qorxusu səbəb olmuşdur.

      Həsən bəy Moskvadan gəldikdən sonra Tiflisdə “mejavoy palata” daxil olur. Burası, guya ki, kəndlilərin topraqlarını bölmək, müqəddəratı təyin etmək və aralarındakı mübahisələri həll etməklə mütif bulunurmuş. Həsən bəy kəndlilərin həyatı olan bu işlərində, onlara yardım etməyi çox arzu edərdi, zira topraq üstündə olan mübahisə, vuruşmaları, mülkədarların əlaqəsini və çar hökumətinin fitnə və fəsadlarını Həsən bəy çocuqluqdan bilirdi.

      Kəndlilərin sulu, əkinə yarar topraqlarını bir tərəfdən mülkədar, digər tərəfdən çar hökuməti zəbt edərdi. Onun bu barədə qopardığı fəryadlarını kimsə dinləməyirdi. Bir çox etdiyi şikayətlərə əhəmiyyət


Скачать книгу