Bir müəllimin xatirələri . Nadir İsrafilov
müəllifi; 5. Əsərin qəhrəmanı. Üzünü bizə tutub, hər birimizə 44 vərəqli ümumi dəftər götürüb, həmin cədvəli dəftərə köçürməyi, oxuduğumuz, bundan sonra oxuyacağımız kitabların adlarını müvafiq qayda üzrə sütunlarda qeyd etməyi tapşırdı və ilin sonunda bunu qiymətləndirəcəyini söylədi.
Müəllimimizin adi görünən bu taktiki gedişi bizi böyük “strateji hədəflər” uğrunda mübarizəyə sövq etdi. Birinciliyi qazanmaq üçün “Kim ən çox kitab oxuyar?” yarışına qoşulduq. Məktəb kitabxanasında oxumadığımız kitab qalmadı. Rayondakı böyük konserv zavodunun kitabxanasına üz tutduq, mərkəzi şəhər kitabxanasına üzv yazıldıq. Valideynlərimizin böyük tənəffüslərdə bulka, limonad almaq üçün verdikləri 20-30 qəpiyə qənaət edərək kitablara xərclədik.
O vaxtlar kitablar ucuz satılırdı. Qrimm qardaşları və Andersenin nağılları ilə başlayıb Fyodor Dostoyevski və Teodor Drayzerin klassik ədəbi irsi ilə tanışlıqla 11-ci sinfi bitirdik. Məzun olduğumuz dövrdə Azərbaycan ədəbiyyatı öz yerində, artıq Viktor Hüqonu və Aleksandr Dümanı, hətta Onore de Balzakı, Şarlotta Bronteni, Gi de Mopassanı belə oxumuşduq. Orta məktəbdən xatirə kimi doldurulmuş üç 44 vərəqlik ümumi dəftər bu gün də qalır. Gərək bir gün imkan tapıb oxuduğum kitabların dəqiq sayını hesablayam.
Mark Tvenin bir sözü var: “Mənim kitablarım su, dahilərin kitabları şərabdır. Suyu hər kəs içir”. Rayon müəlliminin adi stimullaşdırıcı metodu bizi uşaqlıqdan kitabları su kimi, sonralar isə artıq şərab kimi içməyə alışdırdı. İllər keçdikcə bir daha şahidi olursan ki, müəllim yalnız dərs deyən deyil, həm də “dərs verən”dir.
Zaman gizli olan hər şeyin üstünü açır, aydın olan hər şeyin üstünü örtür
Görkəmli rus pedaqoqu və metodisti Aleksey Alekseyeviç Vaqin “Metodlar haqqında təlim. Dərs nəzəriyyəsi” kitabında yazırdı ki, tədris prosesində heç bir texniki vasitə, digər yüksək texnologiyalar müəllimin canlı sözünü, müəllim-şagird ünsiyyətini əvəz edə bilməz, heç bir təlim metodu canlı söz qədər təsir gücünə malik ola bilməz”. Açığını deyim ki, 1968-ci ildə nəşr olunan bu kitabı xeyli sonralar, artıq elmi-tədqiqat işlərimlə əlaqədar oxumalı oldum. Bunun nə demək olduğunu öz şəxsi nümunəmdə dərk etdim. Bu misalı niyə çəkdim?.. Əgər desəm ki, peşə seçimimdə, hələ V sinifdə oxuyarkən gələcəkdə məhz tarix müəllimi olacağım barədə fikrə düşməyimdə müəllimimin şəxsi nümunəsi, inandırıcı şərhləri, izahları, hələ üstəlik, mimika və jestikulyasiyası başlıca rol oynayıb, bir çoxları inanmaya bilər. Yəni “V sinifdə nə ixtisas seçmək, nə müəllim olmaq arzusu?!” – Düşünənlər ola bilər, lakin necə deyərlər, neçə illər keçsə belə, həqiqət həqiqət olaraq qalır…
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.