Seçilmiş əsərləri . Федор Достоевский

Seçilmiş əsərləri  - Федор Достоевский


Скачать книгу
dəqiqələrdə mənim səsimdə həm həya, həm sevgi, həm də qürur vardı, – hamısı birdən dilə gəlmişdi, özümü saxlaya bilməyib tir-tir əsirdim. Yatağa yıxıldım. Onun məni rədd edəcəyindən elə qorxurdum ki!

      O, bir neçə dəqiqə hərəkətsiz oturdu, sonra ayağa durub mənə yaxınlaşdı və əlimdən tutdu.

      – Qulaq asın, mənim mehriban, əziz Nastenkam, – deyə gözləri yaşlı sözə başladı, – qulaq asın! Sizə and içirəm ki, əgər bir vaxt evlənməli olsam, mənim gələcək xoşbəxtliyim ancaq siz olacaqsınız; inanın ki, bundan sonrakı xoşbəxtliyim yalnız sizin əlinizdədir. Yaxşı qulaq asın. Mən indi Moskvaya gedirəm və düz bir il orada qalacağam. Əminəm ki, öz işlərimi sahmana salacağam. Geri döndüyüm zaman isə, əgər siz öz sevginizə sadiq qalsanız, and içirəm ki, biz xoşbəxt olacağıq. İndi mümkün deyil, heç bir şey eləyə bilmərəm, elə vəziyyətdəyəm ki, sizə qəti söz vermək imkanından da məhrumam. Lakin yenə də təkrar eləyirəm: əgər bir ildən sonra da bu iş düzəlməsə, hər halda, ya gec, ya da tez siz mənim olacaqsınız. Əlbəttə, bir şərtlə ki, siz başqa birisini məndən üstün tutmayasınız, ona ərə getməyəsiniz; mən quru, boş sözlə sizin sərbəstliyinizi əlinizdən alıb, əl-ayağınızı bağlamaq istəmirəm və buna haqqım da yoxdur:

      Bəli, bu sözləri mənə deyəndən sonra, ertəsi günü yola düşdü. Belə şərtləşmişdik ki, nənəmə bu barədə bir söz deməyək. O özü bunu məndən xahiş elədi. Budur, demək olar ki, mənim sərgüzəştim qurtardı. O vaxtdan düz bir il keçib. O, Moskvadan qayıdıb. Üç gündür ki, buradadır və… və…

      Mən əhvalatın sonunu eşitmək üçün səbirsizliklə soruşdum:

      hə, sonra?

      – Bu vaxta qədər yanıma gəlməyib! – deyə Nastenka güclə danışırdi. – Heç bir xəbər-ətər yoxdur.

      Söhbət bura çatanda o susdu, bir az danışmadı, başını aşağı saldı və birdən əllərilə üzünü örtüb elə hönkürdü ki, parçalandı.

      Mən onun başına gələn hadisələrin belə nəticə ilə bitəcəyini gözləmirdim.

      Cürətsiz və titrək səslə sözə başladım:

      – Nastenka! Nastenka! Allah eşqinə, ağlamayın! Axı, siz onun qayıtdığını haradan bilirsiniz? Bəlkə hələ heç gəlməyib…

      – Yox, o buradadır, buradadır! – deyə Nastenka sözümü kəsdi. – O buradadır, mən bilirəm. Biz elə o vaxt, onun getdiyi gündən bir gün əvvəl, həmin axşam aramızda şərt qoymuşduq: indicə sizə söylədiyim kimi, hər şeyi bir-birimizə danışandan sonra şərtləşmişdik ki, bura, bax, elə bu Sahil küçəsinə gəzməyə çıxaq. Saat on idi; biz həmin bu skamyanın üstündə əyləşmişdik, mən daha ağlamırdım, onun söhbətini böyük bir ləzzətlə dinləyirdim… Dedi ki, Moskvadan qayıdan kimi bizə gələcək və əgər mən onu rədd eləməsəm, hər şeyi nənəmə danışacaq. İndi o qayıdıb, mən bunu bilirəm, lakin yanıma gəlmir ki, gəlmir!

      Nastenka təzədən ağlamağa başladı.

      – İlahi! Doğrudanmı bu dərdə çarə tapmaq çətindir?! – deyə ucadan səsləndim və məyus bir halda ayağa qalxdım. – Nastenka, mən onun yanına getsəm, necə olar?..

      Nastenka birdən başını qaldırdı:

      – Bu mümkündürmü?

      – Yox, əlbəttə, mümkün deyil, – deyə mən özümü ələ aldım. – Yaxşı, gəlsənə ona məktub yazasınız, hə?

      – Yox! Bu, heç mümkün deyil, olmaz! – Bu sözləri qətiyyətlə deyib, mənə baxmadan yenə başını aşağı dikdi.

      Mən bu fikirdən əl çəkmək istəmədim:

      – Necə yəni olmaz? Nə üçün olmasın? Ancaq Nastenka, bilirsinizmi necə məktub? Tamamilə başqa bir məktub və… Ah, Nastenka, elə-belədir ki, var! İnanın mənə, inanın! Mən sizə pis məsləhət vermərəm. Bu işi düzəltmək olar. Siz özünüz ilk addımı atmısınız, indi də nə olar ki, yenə…

      – Olmaz, olmaz!.. Elə çıxar ki, guya özümü zorla ona sevdirmək istəyirəm…

      – Ah, mənim xeyirxah Nastenkam! – deyə mən onun sözünü kəsdim və gülümsündüm. – Nahaq yerə təşvişə düşürsünüz, lap nahaq yerə. Haqlısınız, çünki o sizə söz verib. Söhbətinizdən mənə aydın oldu ki, o tərbiyəli adamdır, çox düzgün hərəkət eləyib. – Mən öz məntiqi fikirlərimdən və inandırıcı sübutlarımdan get-gedə daha artıq vəcdə gəlirdim – Yəni necə hərəkət eləyib? O sizə söz verib, deyib ki, əgər evlənməli olsa, sizdən başqa heç kəsi almayacaq, sizə isə tam sərbəstlik verib, yəni istəsəniz lap indicə onu rədd eləyə bilərsiniz… Madam ki, belədir, siz yenə cəsarətlə ilk addımı ata bilərsiniz, sizin buna haqqınız var, sizin ixtiyarınız onunkundan artıqdır; məsələn, sizdə elə ixtiyar var ki, bu saat onu öz sözündən imtina etməyə məcbur eləyə bilərsiniz…

      – Bura baxın, siz mənim yerimə olsaydınız, necə yazardınız?

      – Nəyi?

      Dediyiniz məktubu.

      – Bax, mən belə yazardım: «Mərhəmətli cənab…»

      – Yəni mütləq belə yazılmalıdır: «Mərhəmətli cənab»?

      – Mütləq! Nə üçün də yazılmasın? Mən belə düşünürəm ki…

      – Hə, hə! Sonra?

      – «Mərhəmətli cənab! Bağışlayın ki, mən…» Yox, heç bir üzr-filan lazım deyil. Məsələnin özü hər şeyə bəraət qazandırır, sadəcə belə yazmaq olar: «Bu məktubu mən yazıram. Səbirsizlik etdiyimə görə məni bağışlayın, lakin mən bir il idi ki, xoşbəxt bir ümidlə yaşayırdım; məgər indi bir günlük şübhəyə dözə bilmədiyim üçün günahkarammı? Siz qayıtmısınız, bəlkə də öz fikrinizi dəyişmisiniz? O zaman bu məktubdan duyarsınız ki, mən şikayət eləmirəm və sizi də müqəssir bilmirəm. Bəli, qəlbinizə hakim olmadığım üçün sizi təqsirləndirə bilməyəcəyəm! Nə eləyim? Mənim taleyim belədir. Siz xeyirxah adamsınız. Əminəm ki, mənim bu tələsik yazılmış sətirlərimə gülməyəcək və peşmançılıq hiss etməyəcəksiniz. Yadınıza salın ki, bunları zavallı bir qız yazır, o təkdir, öyrənmək və məsləhət almaq üçün onun heç bir kəsi yoxdur, o, heç bir zaman öz qəlbinin hakimi olmayıb. Lakin bir anlıq da olsa, sizdən şübhələndiyim üçün məni bağışlayın. Siz, xəyalən belə, sizi sevən və sevməkdə davam edən qızı incitmək istəməzsiniz».

      – Hə, hə! Bax, mən də elə-belə fikirləşirdim! – deyə Nastenka qışqırdı və onun gözləri sevinclə parladı. – Ah, siz məni şübhələrdən qurtardınız, allah özü sizi mənim köməyimə göndərib! Təşəkkür eləyirəm, təşəkkür eləyirəm!

      – Axı, nəyə görə? Ona görə ki, məni allah göndərib? – Mən fərəhlə onun gülər üzünə baxdım.

      – Tutaq ki, lap buna görə…

      – Eh, Nastenka! Biz bəzən başqa adamlara ona görə təşəkkür eləyirik ki, onlar bizimlə yanaşı yaşayırlar. Mən ona görə təşəkkür eləyirəm ki, mənə rast gəlmisiniz; bütün həyatım boyu sizi unutmayacağam!

      Yaxşı,


Скачать книгу