Dahi. Теодор Драйзер

Dahi - Теодор Драйзер


Скачать книгу
gələrəm!

      – Görürəm, o sənin xoşuna gəlir, – deyə Mirtl güldü. Stella:

      – Sadəcə, o çox sevimlidir, – dedi.

      Onların ikinci görüşü, danışdıqları kimi, şənbə günü axşam, Yucinin atası sığorta kontorundan qayıtdıqdan sonra olacaqdı. Stella şam yeməyinə gəldi. Yucin onu qonaq otağının açıq qapısından gördü və paltarını dəyişmək üçün yuxarıya qaçdı. Onda heç bir həzm pozğunluğunun və ya zəif ciyərlərin söndürə bilməyəcəyi gənclik atəşi yanırdı. Yucin sevinc həyəcanından titrəyərək, xüsusi səylə öz geyimi ilə məşğul oldu, qalstukunu qəşəng bağladı, saçlarını səliqə ilə ayırdı. Bir az sonra aşağı düşərkən Yucin fikirləşirdi ki, o, Stellaya ağıllı, özünə layiq bir şey deməlidir, yoxsa Stella onun necə yaxşı olduğunu görməz; eyni zamanda o, biabır ola biləcəyindən də qorxurdu; bu fikirlər ona əzab verirdi. O qonaq otağına daxil olarkən qonaq onun bacısı ilə birlikdə buxaranın yanında oturmuşdu. Qırmızı abajurlu lampa otağı zəif işıqlandırırdı. Bu otaq belə evlərdə olan adi qonaq otağı idi, – burada ucuz mavi örtük salınmış stol, adi fabrik stulları, kitab rəfi vardı, lakin otaq səliqəli idi və bu ev səliqəsi hər şeydə hiss olunurdu.

      Missis Vitla ev işləri ilə məşğul olaraq, hər dəqiqə otaqdan çıxırdı. Ata hələ evdə yox idi. O, maşınlarından birini satmaq ümidiylə əyalətin başqa bir tərəfinə getmişdi. Onu şam yeməyinə gözləyirdilər. Atanın evdə olub-olmamasının Yucin üçün fərqi yox idi. Mister Vitla, kefi olan zaman uşaqları lağa qoymağı, həm də həmişə eyni ruhda lağa qoymağı sevərdi: o, uşaqlarda başqa cinsə oyanan marağı qeyd edər və qabaqcadan xəbər verərdi ki, bu sahədə onların bütün coşğun hissiyatı bir zaman ən adi şəkildə başa çatacaqdır. O, Mirtlə mal həkiminə ərə gedəcəyini deməyi sevərdi, Yucinə isə, missis Vitlanın inandırdığı kimi, telləri yağlı olan Elza Braun adlı birisini alacağını söyləyərdi. Mirtl də, Yucin də bu sözləri xoşhallıqla qəbul edərdilər. Yucin hətta bunları eşidəndə saymazyana gülümsəyirdi: o zarafatı sevirdi, lakin hələ bu yaşda ikən atası haqqında açıq mühakimə yürüdürdü. O, atasının işinin necə acınacaqlı olduğunu görürdü və belə bir peşənin onu – Yucini də öz girdabına çəkib sala biləcəyi ona gülməli gəlirdi. O öz hislərini gizlədirdi, lakin onda, hərdənbir məşumanə tüstülənən təmkinlik vulkanı ağzında közərmiş maqma kimi, bütün adi şeylərə qarşı etiraz qaynayırdı. Nə atası, nə də anası onu başa düşmürdülər. Yucin onlar üçün xəyalpərvər, zəif, qeyri-adi, əslində nə istədiyini özünə belə aydın olmayan qəribə bir oğlan idi.

      O daxil olarkən Mirtl:

      – Aha, gəlib çıxdın! – dedi. – Burada otur.

      Stella onu füsunkar təbəssümlə qarşıladı.

      Yucin buraya yaxınlaşdı və özünü dartaraq durdu; o, qıza xoş təsir bağışlamaq istəyirdi, lakin nədən başlayacağını bilmirdi. O özünü elə itirmişdi ki, deməyə bir söz belə tapmırdı. Mirtl qardaşının köməyinə gələrək:

      – Əgər bilsəydin biz nə edirdik! – deyə dilləndi.

      – Nə edirsiniz? – deyə Yucin karıxmış halda soruşdu.

      – Tap görək. Hə, bir fikirləşsənə!

      – Bir azca, – deyə Stella əlavə etdi.

      – Qarğıdalı qovururdunuz, – deyə Yucin səsləndi və bilaixtiyar gülümsədi.

      – Ona yaxındır.

      Bunu deyən Mirtl idi.

      Onun rəfiqəsi geniş açılmış mavi gözlərini Yucindən çəkmirdi.

      – Bir də… – deyə o təklif etdi.

      – Şabalıd, – deyə Yucin tapdı.

      Stella şən halda başı ilə təsdiq etdi. ”Nə gözəl saçları var!” – deyə Yucin düşündü. Sonra soruşdu:

      – Bəs hanı?

      Onun yeni tanışı ovcunun içərisindəki şabalıdı ona uzadaraq güldü.

      – Bir dənəsini alın!

      Qızın mehriban gülüşünün təsiri altında danışıq qabiliyyəti Yucinə qayıtmağa başladı.

      Yucin:

      – Xəsis! – dedi.

      – Fu, nə acıdildir! – deyə Stella səsləndi. – Mən isə ona son şabalıdımı verdim. Mirtl, daha ona heç bir şey vermə.

      – Sözümü geri götürürəm. Mən bilmədim.

      – Ona heç bir dənə də verməyəcəyəm, – deyə Mirtl bildirdi. – Al, Stella, tut, amma ona vermə! – və o, son şabalıdları Stellanın ovcuna tökdü.

      Yucin onun niyyətini başa düşdü. Bu, çağırış idi. O, şabalıdı qonağın əlindən almaq üçün təşəbbüs etməlidir. O bu hiyləni qəbul etdi.

      Əlini uzadaraq:

      – Bu olmadı ki! – dedi. – Belə etməzlər.

      Stella başını buladı.

      – Bircə dənə! – deyə Yucin təkid etdi.

      Stella yenə əvvəlki kimi ağır ağır və qətiyyətlə başını buladı.

      Yucin ona doğru irəliləyərək:

      – Yalnız bir dənə, – deyə xahiş etdi.

      Qızılı saçlı qız təslim olmurdu. Lakin şabalıd olan əli Yucinə o qədər yaxın idi ki, o bu əli tuta bilərdi. Qız əllərini arxasına aparıb şabalıdları bir əlindən o birinə ötürmək istəyirdi ki, Yucin cəld sıçrayıb, onun əlindən yapışdı.

      – Mirtl! Kömək et! – deyə Stella qışqırdı.

      Mirtl onun köməyinə gəldi. Bir adama qarşı onlar iki oldular. Mübarizənin ən qızğın vaxtında Stella Yucinin əlindən sivişdi və qalxdı. Onun saçları Yucinin üzünə toxundu. O, Stellanın kiçik əlini möhkəmcə tutmuşdu. Bir anlığa Stellanın gözlərinə baxdı. Bu nə idi? Yucin bunu deyə bilməzdi. Lakin o, qızın əlini buraxdı və təslim oldu.

      – Bax, belə – deyə Stella gülümsədi. – İndi mən sizə bir şabalıd verərəm.

      Yucin şabalıdı aldı və güldü. Lakin o, Stellanı bağrına basmağı daha artıq istəyərdi, bir az keçəndən sonra Çikaqo qəzetinin təzə nömrəsini götürüb oxumaq üçün otağına getdi. Sonra ana hamını şam yeməyinə çağırdı və Yucin Stella ilə yanaşı oturdu. Qızın bütün hərəkətləri və sözləri onu maraqlandırırdı. Qızın dodaqları tərpəndikcə Yucin onların necə hərəkət etdiyinə fikir verirdi. Onun dişləri göründüyü zaman Yucin onların necə qəşəng olduğu haqqında düşünürdü. Qızın alnında qızıla çalan qıvrım tel “qızıl barmaq” kimi onu cəzb edirdi. O ancaq indi “onun qızıl kimi parlayan saçları” ifadəsinin bütün gözəlliyini anlayırdı.

      Şamdan sonra Yucin, Mirtl və Stella qonaq otağına qayıtdılar. Ata yemək otağında mütaliəsinə davam edirdi, ana isə qabları yumağa başlamışdı. Bir az sonra Mirtl anasına kömək etməyə getdi və Yucin Stella ilə tək qaldı. İndi onlar ikilikdə qaldıqları zaman Yucin danışmağa cəsarət etmirdi. Stellanın gözəlliyində nə isə vardı ki, onu sıxırdı.

      Bir qədər


Скачать книгу