Vəzifə həvalə etmək. Коллектив авторов

Vəzifə həvalə etmək - Коллектив авторов


Скачать книгу
İFƏ HƏVALƏ ETMƏK

      Məsləhət kitabı

      

      İçindəkilər

      Təlimçinin məsləhəti: vəzifə bölgüsündə nəyə görə maraqlı olmalıyıq?...................................................................

      Vəzifə bölgüsü: əsas anlayışlar

      Vəzifə bölgüsü nədir?

      Vəzifə bölgüsünün məqsədi................................................

      Vəzifə bölgüsünün əhəmiyyəti............................................

      Vəzifə bölgüsü ilə bağlı idarəçilərin əsas çətinlikləri.......

      Vəzifə həvalə etmək və səlahiyyət vermək........................

      Vəzifə bölgüsü bacarıqlarınızın inkişafa ehtiyacı varmı?......................................................................................

      Uğurlu vəzifə bölgüsü üçün yol göstərən qaydalar

      Doğru mühiti formalaşdırmaq..........................................

      Vəzifə həvaləsinə düzgün yanaşmanı müəyyənləşdirmək...............................................................

      Vəzifə həvalə etməyə hazırlaşmaq

      Uğurlu vəzifə bölgüsü aparmaq üçün zəmin

      hazırlamaq haqda fikirlər...................................................

      Vəzifə həvalə etmənin səbəblərini

      müəyyən etmək.....................................................................

      Hansı vəzifələrin həvalə olunacağına

      qərar vermək........................................................................

      Hansı vəzifələrin başqalarına həvalə

      edilməyəcəyini bilmək..........................................................

      Vəzifənin tələb etdiyi bacarıqları təyin etmək..................

      Vəzifə bölgüsünü lazımi mütəxəssislərlə

      təhlil etmək............................................................................

      Vəzifə bölgüsünü həyata keçirmək

      Vəzifəni lazımi adama vermək üçün atılacaq

      addımlar............................................................................

      Görüşü nizamlamaq...........................................................

      Reallaşdırılan işin izlənilməsi

      Həvalə olunan vəzifənin mahiyyətinin

      çatdırılması üçün atılacaq addımlar..............................

      Həyata keçirilən vəzifənin müşahidə edilməsi.............

      Dəstək vermək.....................................................................

      Təyinatla bağlı iş tərs gedərsə,

      öhdəsindən gəlmək..........................................................

      Problemlərin həllinə nəzarət etmək................................

      Reallaşmış vəzifə təyinatı üzərində dərindən düşünmək...........................................................................

      Vəzifə təyinatı bacarıqlarını qrup liderlərinə öyrətmək..............................................................................

      TƏLİMÇİNİN MƏSLƏHƏTİ:

      VƏZİFƏ BÖLGÜSÜNDƏ NƏYƏ GÖRƏ MARAQLI OLMALIYIQ?

      Poçt qutunuz həmişə doludur? “Yalnız sizin görə biləcəyiniz işlər” ucbatından mütəmadi əlavə vaxt itirirsiniz? Bu suallardan birinə “bəli” cavabı verirsinizsə, deməli, iş yükünüzün bir hissəsini kiməsə tapşırmaqda fayda var.

      Vəzifə bölgüsü sizə, rəhbərliyinizə və şirkətinizə xeyli üstünlük gətirəcək. Bacarıq və qabiliyyət tələb edən layihələrə diqqət ayırmaq üçün vaxt qazandıracaq, sizinlə qrupunuz arasında inam və əlaqəni gücləndirəcək. Rəhbərlərinizə başqa işçinin bacarığını artırmaq və yeni qabiliyyətlər əldə etmək üçün yardım imkanı verəcək. Uğurlu vəzifə bölgüsünü düzgün yerinə yetirməyiniz şirkət məhsuldarlığının artmasını təmin edəcək.

      Bütün bu faydalarına baxmayaraq bir çox idarəçi vəzifə bölgüsündən narahat olur. Niyə? Bəzisi qrup və layihə üzərindəki nəzarəti itirməkdən qorxur və cavabdehlikdən uzaqlaşacağını düşünür. Vaxtı az olanlar isə vəzifəni başqasına öyrətmək üçün proqramda dəyişiklik etmək əvəzinə, işi özləri görürlər. Bəzi insanlar pis təcrübə yaşadıqlarına görə vəzifə təyinatından qaçırlar: ya kiməsə həvalə edilmiş iş yarıtmaz yerinə yetirilib, ya da son təslim tarixi ötürülüb.

      Ancaq uğurlu vəzifə bölgüsü aparsanız, bilin ki, çox nadir hallarda bu qorxularınız özünü doğruldar. Vəzifə bölgüsündən daha çox fayda qazandıracaq bu bələdçi, prosesə hansı yanaşma müəyyənləşdirəcəyinizi, uğurlu vəzifə təyinatı üçün necə hazırlıq aparacağınızı və həyata keçirdiyiniz vəzifələri sona necə çatdıracağınızı göstərər.

      Vəzifə bölgüsünü öyrənmək nə qədər çox çalışma tələb etsə də, qazandıqlarınız bu sahədə ixtisaslaşmaq üçün sərf etdiyiniz zamana və enerjiyə dəyəcək.

      Tomas L.Braun (Thomas L.Brown), təlimçi

      Tomas L.Braun idarəçilik təlimi üzrə 400-dən artıq məqalə yayımlayıb. XXI yüzillikdə liderlik anlamı və duyğusunu araşdıran ilk elektron kitabı “Odun anatomiyası: şirkətin yeni ruhunu alovlandırmaq” (The Anatomy Of Fire: Sparking A New Spirit Of Enterprise) adlanır. “Sənaye həftəsi” (“Indistru Week”), “Harvard idarəçiliyinin yenilənməsi” (“Harvard Management Update”), “Maliyyə vaxtı” (“Financial Times”) başda olmaqla bir çox məqalələr yazıb və öz əsərlərində onlarla böyük şirkəti tanıdıb.

      VƏZİFƏ BÖLGÜSÜ:

      ƏSAS ANLAYIŞLAR

      VƏZİFƏ BÖLGÜSÜ NƏDİR?

      

      VƏZİFƏ BÖLGÜSÜNÜN MƏQSƏDİ, FAYDALARI VƏ ÇƏTİNLİKLƏRİ

      Vəzifə bölgüsünün təməl prinsiplərində peşəkarlaşmaq üçün idarəçilərin mövzu ilə bağlı əsas narahatlıqlarını nəzərdə saxlayıb, bunun məqsəd və faydalılığını araşdırmaqla işə başlayaq. Sonrakı səhifələrdə incəlikləri təhlil ediləcək bu məsələlər vəzifə bölgüsü ilə bağlı bacarıqlarınızın inkişaf etdirilməsinə ehtiyac duyub-duymadığınızı müəyyənləşdirmək üçün sizə kömək olacaq.

      VƏZİFƏ BÖLGÜSÜNÜN MƏQSƏDİ

      Vəzifə bölgüsünün düzgün reallaşdırılması üçün hansısa vəzifənin və ya layihənin bir şəxs tərəfindən başqasına verilməsi, həmin şəxsin bu vəzifəni və layihəni tamamlama baxımından cavabdehlik daşıması vacibdir. Kiməsə vəzifə verəndə ona yalnız cavabdehlik deyil, eyni zamanda təsdiqlənmiş standartları davam etdirmə öhdəliyi


Скачать книгу