Son yeniçəri. Reha Çamuroğlu

Son yeniçəri - Reha Çamuroğlu


Скачать книгу
yeniçəridir. Çünki hər yer yeniçərilərlə dolu idi.

      Qəssab dükanlarının arası ilə keçib böyük qapıya tə-rəf addımladıq. Buranın gözətçiləri bizə Ağa qapısındakı gözətçilərdən daha səmimi davrandılar. Zarafatlaşaraq, qucaqlaşaraq, deyə-gülə, biz əsirlər də daxil olmaqla ha-mıya içəri girmək üçün icazə verdilər.

      Yəqin ki, cəhənnəmə düşmüşdüm. Bunlar da yəqin ki, cəhənnəmin zəbaniləri idi.

      Düz qarşımızda daha alçaq bir divar var idi, divar-dan o yana yenə qapılardan keçməklə getmək mümkün idi. Divardan o tərəfdə bir məscid və yüzlərlə irili-xırdalı bina görünürdü. Küncdə-bucaqda yeniçərilər oturmuşdu-lar. Qızğın söhbət edirdilər. Yeyib-içir, çubuq çəkir, danı-şırdılar. Binalardakı sıxlıq isə qətiyyən azalmırdı. İnsanlar içəri girib-çıxırdı. Hər yerdə Yusifin və digərlərinin qolla-rındakı işarələrdən daşıyan yeniçərilər gəzişirdi. Əksə-riyyəti silahsız idi, yalnız qurşaqlarına sancdıqları xən-cərlərinin dəstəyi görünürdü. Silahlı olanlar isə əksinə, tə-pədən-dırnağa kimi silahlı idilər və bir arabanın yükü qə-dər silah daşıyırdılar üstlərində.

      Səhər-səhər içdiyim şorbadan sonra burda ilk dəfə nəsə yeyə bildim. Böyük sininin içində yemək gəldi. Biz əsirləri də unutmamışdılar. Ətli, düyülü bir yemək idi bu. Plova sevgim bax, beləcə başladı. Yusif onun üçün önəmli olduğu hiss olunan bir ritualı yerinə yetirdi: başındakı pa-pağının qabağına taxdığı iki taxta qaşıqdan birini çıxarıb mənə verdi, digərini isə özünə götürdü. Kürəyimə möh-kəm bir şapalaq ilişdirib:

      − Bununla ye, – dedi.

      Məni bir növ şərəfləndirdiyini anladım. Plovun ya-nında taxta qablarda açıq qırmızı rəngli içki gətirmişdilər. Adına şirə deyirdilər. Asan içilməsinə və xoş dadına al-danıb bir neçə qədəh içdim. Qısa müddət ərzində başım fırlanmağa başladı, kefləndim və bunun dərhal sərxoşluq verən içki olduğunu anlayıb dilimə də vurmadım. Çünki bunların yanında keflənməyim ziyanıma ola bilərdi. Ata-mın tez-tez mənə verdiyi nəsihətlərdən biri də bu idi.

      Oğlum, Pyotr, inanmadığın insanların yanında nə sevincini, nə də kədərini bəlli et. Bundan ziyan çəkə bi-lərsən, – deyərdi həmişə atam.

      Günortadan sonra idi və biz hələ də zabitləri gözlə-yirdik. Onlar görünən kimi əsgərlər arasında hərəkət baş-ladı. Artıq hamı öz normal həyatına geri qayıdacaqdı, özünü bu böyük şəhərin bir küncündə itirəcəkdi. Bəs mən neyləyəcəkdim? Nələrlə qarşılacaqdım bu böyük şəhər-də? Bu, Yusifin haqqında danışdığı “evim” necə bir yer idi? Orda mənimlə necə davranacaqdılar? Yusif də, görə-sən, mənimlə gələcəkdi? Gəlməyəcəkdisə, Arif ağanın nə istədiyini necə başa düşəcəkdim? Elə bunları düşünür-düm ki, karvandakı yeniçərilər bir-biriləri ilə qucaqlaş-mağa başladılar. Vidalaşırdılar. Bəziləri yanlarında bir-iki əsir götürür, bəziləri də əsirlərini içəri, o həngamənin içi-nə aparırdılar. Düzü, heç onların yerində olmaq istəməz-dim.

      Qəfil, Arif ağa Yusifə işarə verdi. Adının Mehmet ol-duğunu yolda öyrəndiyim “bizimkilər”dən biri və Yusif böyük sandığın qulpundan tutdular. Yusif mənə gözü ilə işarə edərək iki gözlü heybəni göstərdi. Mən də onun de-diyi heybəni çiynimə götürdüm. Artıq “evimizə” gedirdik.

      Ətmeydanından bir az uzaqlaşandan sonra yoxuşla yuxarı qalxmağa başladıq. Arif ağa bizə nəfəs almağa im-kan vermək istəyirmiş kimi atını yavaş-yavaş sürürdü. Yoxuşu keçəndən sonra künc-bucağına yer-yer daşlar dö-şənən yola çıxdıq. Yolun iki tərəfində müxtəlif mağazalar ard-arda düzülmüşdü. Biz keçəndə sahibləri bir-bir dü-kanlarından çıxır və “xoş gəlmisiniz, Arif ağa!” – deyərək salam verirdilər. Arif ağa da sakitcə başını əyib sağ əlini ürəyinin üstünə qoyur və bu salamları alırdı.

      Bir az getmişdik ki, üzümə vuran mehdən dənizə çox yaxın olduğumuzu anladım. Bir az aşağıda getdiyimiz yola paralel başqa yol da var idi və onun qurtaracağında-kı tikilinin kilsə olduğunu başa düşdüm.

      − Aman, Həzrəti İsa! – dedim birdən, üstəlik, yüksək səslə, amma dərhal özümü yığışdırdım. Əvvəlcə keşişlər, indi isə kilsə… İnanım yəni? Bu, təxminən Beltsidə məsci-də rast gəlmək kimi bir şey idi. Budur, orda, kirəmit rəng-li divarları ilə tam qarşımda idi.

      − Gör e, – dedim öz-özümə, – gör e!!!!

      Ətrafında çoxlu binaların olduğu məscidi keçmişdik ki, bir dəstə uşaq başımıza yığışdı. Heç bilmədik hardan peyda oldular. Onlar da eynilə dükan sahibləri kimi qış-qırışırdılar.

      Xoş gəldin, Arif ağa! – deyirdilər.

      Arif ağa da dükan sahiblərini salamladığı şəkildə on-ları salamlayırdı. Uşaqlar arxamızca gəlir, yaratdığımız bu qəribə karvan dar dalanlardan keçirdi.

      Sentyabrın ortasında olsaq da, hava olduqca isti idi. Və mən istidən tər-su içində qalmışdım. Uşaqlar diqqətlə məni süzür, haqqımda danışır, gülüşür və sonra təzədən başdan-ayağa məni süzürdülər. Bir müddət beləcə irəli-lədik, kiçik və köhnə bir məscidin yanından keçdik. Elə məscidi təzə keçmişdik ki, əlli-altmış nəfərlik qrupun bizə tərəf gəldiyini gördük. Bunlar yeniçəri deyildilər. Tacirlə-rə oxşayırdılar. Düz ortalarında eyni ilə bizim karvandakı dərvişlərə bənzəyən Bəktaşi dərvişi var idi. Aramızda on addımlıq məsafə qalanda Arif ağa da, izdiham da dayan-dı. Dərviş irəli addımladı və Arif ağanın atının yəhərin-dən tutdu. Eyni anda Arif ağa da atından ağır-ağır düşdü, əyilib dərvişin ovcundan öpdü, dərviş də onun əlindən öpdü. Arxasınca qucaqlaşmağa başladılar. Birdən bu izdi-hamın ortasında tək qaldım. Tanrı heç bir qulunu tək qoy-masın, nə olardı ki, biri də məni qucaqlayaydı?!

      Qucaqlaşma səhnəsi bir müddət davam etdi, sonra nəhayət, başa çatdı. Çox da hündür olmayan bir divarla əhatələnmiş geniş bir bağın içində, ikimərtəbəli evin qar-şısında olduğumuzu indicə gördüm. Çöl qapısının ağzın-da başına ağ şal bağlamış yaşlı qadın dayanmışdı. İlk dəfə idi türk qadını görürdüm. Yəni üzünü. Qəfil, içəridə − qa-pının ağzında başqa bir qadının da dayandığını başa düş-düm. Qadının qucağında yorğana bükülmüş uşaq var idi. Arif ağa yaşlı qadına yaxınlaşdı, əlini öpdü və alnına qoy-du. Yaşlı qadın Arif ağanı qucaqlamışdı, ondan ayrılmaq istəmirdi, elə bil. Nəhayət, yaşlı qadın ağlaya-ağlaya qol-larını Arif ağanın boynundan açdı və evin qapısına tərəf getdilər. Yusiflə Mehmet hərəkətə gələn kimi mən də cəld tərpənib qapıdan bağçaya keçdim. Qapıdakı qadın Arif ağanın əlini öpdü, alnına apardı, üçü də evə keçdi. Mən çaşqın halda Yusiflə Mehmetə baxırdım. Onlar evə tərəf getdilər, mən də qorxa-qorxa arxalarınca addımladım. Bə-li, içəri girdik. Aman, Tanrım, inana bilmirdim. Tanrım, mən sənə neyləmişəm ki?

      Sandığı qapıdan girən kimi içəri qoydular. Mən də heybəni yerə qoydum. Əllərini sinələrində saxlayıb, eləcə dayandılar. Mən də.

      Dayanmışdıq. İçəridən sevinc dolu uşaq səsləri gəlir-di. Ağlamaq, gülmək səsləri bir-birinə


Скачать книгу