Olan işdi. Василий Иванович Белов

Olan işdi - Василий Иванович Белов


Скачать книгу
elədim, eləmədim? Bax görürsən? Nə qədər dayanmaq olar?

      Evə istəmirsən? Tərpənməsən, bir-ikisini də yeyəcəksən. Odu kənd də görünür. Malı verərik, sonra samovar qaynadarıq. Nə vecimizə axşamdan sabah günortaya qədər bekarıq. Sən səfehsən, Parmenko, səfeh, evə getmək həvəsin yoxdu. O dey o ev, o da Mişkanın traktoru. Nə? Necə yanı hansı kənddi.

      Deyəsən axı bizim kənd deyil. Ba! Allah haqqı, deyəsən bizimki deyil. Burda selpo da var, bizdə yoxdu.

      Hələ hündür eyvanı da var. Deyəsən axı, Parmenko, biz malı burada yükləmişdik? Hm. Buraydı, buraydı. Ah, Parmen, Parmen! Fərsizsən sən, gör məni hara gətirdin? Gör bir hara gəlib çıxdıq. Parme-en? İndi biz səninlə, doğrudan da, evə gedəciyik. Döndər, dədə, döndər! Gör mən səni nə vaxtdan tanıyıram. Onda sən hələ ananın əmcəklərini dartışdırırdın… Bir az yeyin olaq… Səhərə evə çatarıq, düpbədüz… İndi isə biz, Parmeşa, öz yolumuznan. Bax belə… Düz yolumuznan. Olan işdi…

      Elçilər

      İvan Afrikanoviç bir papiros yandırdı, at isə eyvanın yanında dayanmayaraq geri döndü. O, böyük çalışqanlıq və üzüyolalıqla yüklü kirşəni dartırdı. İvan Afrikanoviç isə öz sevimli əsgər çastuşkasını oxuyurdu…

      Qıpqırmızı yekə ay meşənin üstündən asılmışdı. O, küknar ağaclarının başlarından sürüşür və

      cırıldayan tənha kirşəni izləyirdi.

      Gecəyə yaxın qar bərkimişdi. Hava donmuş nəm iyi verirdi.

      İvan Afrikanoviç susurdu. O ayılmış və yuxulayan xoruz kimi başını çiyninə sallamışdı. Bir az əvvəl öz səhvinə görə Parmendən bir balaca utanırdı, amma tezliklə günahını unutdu və hər şey öz yerinə qayıtdı.

      At yanında adamın olduğunu daim hiss edir və donmuş yolla aramla irəliləyirdi. Tala qurtardı.

      Sosnovka ilə onların arasında kirşəni ətürpədici sakitliklə qarşılayan balaca meşəlik də vardı. Amma İvan Afrikanoviçin heç tükü də tərpənmədi. Bayaqdan dil boğaza qoymayan İvan Afrikanoviç tam 6

      sakitləşmiş və biganələşmişdi. O, indi heç fikirləşmirdi də, eləcə nəfəs alır və dinşəyirdi. Hətta kirşənin cırıltısı, atın fınxırtısı da onu qımıldatmırdı.

      Bütün bu sakitlikdən onu kiminsə ayaq səsləri ayırdı. Kimsə lap yaxındaydı. İvan Afrikanoviç səksənib ayıldı.

      – Ey! – deyə İvan Afrikanoviç çağırdı. – Mişka sənsən?

      – Hə!

      – Deyirəm axı, kimsə qaçır. Nədi gecə qalmağa qoymadılar?

      Mişka acıqlı halda kirşəyə tullandı. At heç dayanmadı da. İvan Afrikanoviç bic nəzərlərlə Mişkaya baxdı. Mişka sırıqlısının boyunluğunu qaldırdı, tüstülətməyə başladı.

      – Bu gün kimə ilişmişdin? – Deyə İvan Afrikanoviç xəbər aldı. – Olmaya, çəkmədə gəzənə?

      – Qoy, tullansınlar e… üç hərfə…

      – Niyə balam?

      – “Zootexnik həyacanda!” Yox bir! – deyə Mişka kimisə cırnatmaq istədi. – Zırt-pırt, zıpırtış! Üzü yaxmalı ləçərlər, zamaskalı səfehlər. Belə intelligentlərdən çox görmüşük!

      – Heç demə, – deyə İvan Afrikanoviç tam ayıq şəkildə bildirdi, – möhkəm qızlardılar.

      İkisi də uzun müddət susdu. Gecəyə yaxın ay da saraldı və balacalaşdı. Kol-kos mürgüləyir, kirşə

      sürüşür, yorulmaq bilməyən Parmen də aramla addımlayır, İvan Afrikanoviçsə fikirləşir. Sosnovkaya qədər bir neçə xırda kənd var, yolun yarısı deməkdir, deməli, kəndə çatmağa yarım saat qalıb.

      İvan Afrikanoviç Mişkadan soruşdu:

      – Sən bizim Nyuşkanı tanıyırsan?

      – Hansı Nyuşkanı?

      – Necə yəni hansı, bizim sosnovkalını.

      – Nyuşka, Nyuşka… – Mişka yerə tüpürdü və o biri tərəfə çevrildi.

      – Sən bu çoxbilmişləri yadından çıxart, – İvan Afrikanoviç dedi. – Savadlı olmayanda nə olar? –

      Tüpür onlara və bitdi… Olan şeydi.

      – İvan Afrikanoviç, ay İvan Afrikanoviç, deyə Mişka dikəldi. – O şüşənin ağzını hələ açmamışam axı.

      – Hansı şüşənin?

      – Sən mənə uduzduğunun, – Mişka dedi və şüşəni şalvarının cibindən çıxardı. – İndi yaxşıca qızışarıq.

      – Başımıza çəkək?.. Nəsə yaxşı düşmür axı. Bəlkə, içmiyək hə, Mişa?

      – Necə yəni yaxşı düşmür! – Mişka şüşənin ağzını aça-aça dedi. – Mən bilən sən pryaniklər də

      yükləmişdin axı?

      – Elədi.

      – Gəl qutunun birini açaq, hərəmizə biri bəsdi.

      – Yaxşı deyil axı.

      – Sabah mən özüm satıcıya deyərəm, nədən qorxursan? – Mişka dedi və baltayla qutunun ağzını açıb iki pryanik çıxardı

      İçdilər. Paxmellərini açdıqdan sonra aprel gecəsi də aydınlaşdı, xışıldayan kirşə də, atın addımları da mənalandı. Ay da indi İvan Afrikanoviçə bayaqkı kimi istehzalı və biganə görünmürdü.

      – Gör sənə nə deyirəm, Mişa, – İvan Afrikanoviç pryanikin son tikəsini gəvələyə-gəvələyə dedi. –

      Əgər adamın qəlbi təmizdirsə, deməli o, həm zəhmətkeş, həm də sevəndir. O, nə zootexnikdən, nə də

      sığorta işçisindən aşağıdır. Sən gəl, Nyuşkanı al…

      Mişka sakitcə qulaq asırdı. İvan Afrikanoviç sözlərinin oğlana necə təsir etdiyini bilmək üçün qəhqəhə çəkdi.

      – Əlbəttə, qız üçün savad ağırlıq eləməz. Sənsə, cavan oğlan, elə də pis deyilsən. Gərək düzünü deyəsən…

      Şüşəni boşaltdılar, Mişka onu kolluğa tolazladı və soruşdu:

      – Sən hansı Nyuşakadan danışırdın? Sosnovkalıdan?

      7

      – Özüdür ki, var, – deyə İvan Afrikanoviç sevindi. – Həm gözəldir, həm də işlək. Ayaqları da top kimi. Bu yaxınlarda bizim arvadla yarmarkada olublar, ən yaxşı parçanı da o alıb. Evdə isə

      tərifnamələrin əlindən tərpənmək olmur.

      – Bir gözündə də ağ ləkə var.

      – Dedin, nə var?

      – O Nyuşkanın ğözündə ağ var deyirəm.

      – Nə olsun ki? Ağ var, var da. Onu ancaq qabaqdan diqqətdən baxanda görmək olar. Böyürdən baxsan, soldan heç nə görünmür. Döşləri, ayaqları… qız deyil e, tankdı, tank. Bu zootexniklər heç onun dırnağına da dəyməz. O de, bir dəfə zootexnik qızlardan biri həyətə


Скачать книгу