Əcaib canlı. Коллектив авторов

Əcaib canlı - Коллектив авторов


Скачать книгу
qalxdı. – Bunlar nə eybəcərdirlər! Mən naməlum iblislərə sitayiş etmirəm.

      – Onu öldürün! – kapitan Qorsid dindi.

      İkiayaqlı canlı dartındı və bir anda şüaatanın alovunda əridi. İkinci dirildilən dəhşətdən əsə-əsə yerindən qalxdı.

      – İlahi, mən bir də bu lənətə gəlmiş içkidən içmərəm! İşə bax, o qədər içmişəm ki, gözümə

      qırmızı fillər görünür…

      – Dirilmiş, hansı "içki"dən danışırsan? – Yo-al soruşdu:

      – Ağ, qırmızı, yaşıl zəhər, dəli inəyin südü, məxləs, o yeməkxanada verilən zəhrimar…

      Kapitan Qorsid sual dolu nəzərlərlə Yoala baxdı.

      – Davam etdirməyə ehtiyac varmı? Yoal bir qədər susub cavab verdi:

      – Səbir edin, bu, maraqlıdır.

      Sonra yenə də üzünü dirildilmişə çevirdi: 10

      – Sənə desək ki, başqa ulduzdan gəlmişik, nə deyərdin?

      İnsan diqqətlə ona baxdı. O, aşkar maraq içində idi, amma qorxu üstün gəldi.

      – Bura baxın, – o dedi, – mən iş üçün gedir-dim. Deyək ki, bir-iki qədəh artıq içmişəm, am-ma günah məndə deyil, satılan zir-zibildədir.

      And olsun, mən o biri maşını görmədim və əgər bu, sükan arxasında içənləri cəzalandırmaq üçün yeni üsuldursa, mən təslim. And içirəm ki, ölə-nəcən bir də bircə damla da içmərəm, bircə məni buraxın.

      – O, maşın sürür, lakin onun haqqında tamamilə düşünmür, – Yoal dedi. – Biz muzeydə

      elə bir "maşın" görmədik. Bunlar maşını muzeyə

      qoymayıblar.

      İneş gördü ki, hamı kiminsə daha bir sual verməsini gözləyir. Hiss etdi ki, özü dillənməsə, sükut uzana bilər. İneş dedi:

      – Deyin, "maşın"ı təsvir eləsin. O, necə işləyir?

      – Bax bu, başqa məsələ! – dirildilmiş sevindi. – Nə istədiyinizi soruşun, mən də bütün sual-larınıza cavab verim. Hər şeyi iki görüncəyə qədər belə içsəm, yenə də maşını sürə bilərəm. O

      11

      necə işləyir? Çox sadə. Starteri qoşursan, ayağın-la qaz verirsən…

      – Qaz, – texnik-leytenant Viid işə qarışdı. –

      Daxiliyanma mühərriki. Aydındır.

      Kapitan Qorsid şüaatanın keşikçisinə işarə

      verdi. Üçüncü dirildilən durub oturdu və bir qədər diqqətlə onları süzdü.

      – Ulduzlardan gəlmisiniz? – nəhayət, o, soruşdu. – Müəyyən sisteminiz var, yoxsa bura tə-sadüfən gəlib çıxmısınız?

      Burada toplaşmış gznyalı müşavirlər otur-duqlan kreslolarda narahatlıqla qurcuxdular.

      İneşin nəzərləri Yoalın nəzərləri ilə toqquşdu. Tarixçi heyrət içində idi; bu, meteoroloqu narahat etdi. O düşündü: "İkiayaqlı yeni şəraitə hədsiz sürətlə uyğunlaşma xüsusiyyətinə və çox kəskin gerçəklik hissinə malikdir. Heç bir gznyalı reaksiyasının sürətinə görə ona çata bilməz".

      – Fikir sürəti heç də həmişə üstünlüyün gös-təricisi deyil, – baş bioloq Xamar dilləndi. – Ləng, amma hərtərəfli təfəkkür qabiliyyətinə malik varlıqlar düşünənlər arasındə fəxri yer tuturlar.

      "Məsələ düşünmənin sürətində deyil, – İneş

      istər-istəməz düşündü, – fikrin düzlüyü və də-qiqliyindədir". O, özünü dirildilmişin yerinə qoydu. Bax o da ətrafındakıların uzaq ulduzlardan 12

      gəlmiş canlılar olduğunu belə tez başa düşə bi-lərdimi? Çətin ki. Dirildilmiş ayağa qalxan kimi bütün bu fikirlər dərhal onun beynindən çıxdı.

      İneş və digər müşavirlər ona diqqətlə göz qoyurdular. İnsan pəncərəyə yaxınlaşıb çölə boylandı.

      Ora qısa bir nəzər salandan sonra onlara tərəf döndü.

      – Hər yer belədir?

      Yenə də onun hər şeyi nə qədər tez başa düşməsi gznyalıları heyrətləndirdi. Nəhayət, Yoal cavab vermək qərarına gəldi:

      – Bəli. Viranəlik. Ölüm. Xarabalıqlar. Siz burada nə baş verdiyini bilirsiniz?

      İnsan yaxınlaşdı və arxasında gznyalıların oturduğu güc ekranının önündə dayandı.

      – Mən muzeyi nəzərdən keçirə bilərəm?

      Hansı dövrdə olduğumu müəyyənləşdirməli-yəm. Mən diri olanda bizim bəzi dağıtma vasitə-lərimiz var idi. Onlardan hansından istifadə

      olunması ötən vaxtdan asılıdır.

      Müşavirlər kapitan Qorsidə baxdılar. O, əvvəl tutuldu, sonra şüaatan keşikçiyə dedi:

      – Onu gözdən qoyma!

      Sonra insanın gözlərinin içinə baxdı.

      – Sizin niyyətiniz bizə aydındır. Siz imkan-dan istifadə edib öz təhlükəsizliyinizi təmin et-13

      mək fikrindəsiniz. Sizi xəbərdar edirəm: bir dənə

      də artıq hərəkətə yol verməyin, onda hər şey sizin üçün yaxşı olar.

      İnsanın bu yalana inanıb-inanmaması məlum deyildi. O nə bircə baxışı, nə də bir hərəkəti ilə şüaatanın bir qədər əvvəl onun iki sələfini yandırdığı yerdə döşəmənin əriməsini gördüyü-nü hiss etdirmədi. O, maraqla ən yaxın qapıya yaxınlaşdı, ona göz qoyan ikinci keşikçiyə diqqətlə baxdı və irəli addımladı. Onun ardınca keşikçi gedir, onun arxasınca güc ekranı hərəkət edir və nəhayət, müşavirlər irəliləyirdilər. İneş

      qapıdan üçüncü keçdi. Bu zalda heyvan model-ləri qoyulmuşdu. Növbəti zal, İneşin özlüyündə

      qeyd etdiyi kimi, "sivil" dövrü təmsil edirdi. Burada eyni bir dövrün çoxlu aparatı qoyulmuşdu.

      Onların hamısı xeyli yüksək inkişaf səviyyəsin-dən xəbər verirdi. Gznyalılar birinci dəfə buradan keçəndə İneş "Atom enerjisi" deyə düşündü… Bunu başqaları da başa düşdülər. Kapitan Qorsid İneşin arxa tərəfindən insana müraciət et-di:

      – Heç nəyə əl vurma. Bircə səhv addım atan kimi keşikçi səni yandıracaq.

      Dirildilmiş sakitcə zalın ortasında dayandı.

      Daxilindəki narahat maraq hissinə baxmayaraq, 14

      İneş onun soyuqqanlılığına valeh idi. O, taleyinin necə olacagını bilməmiş deyildi, amma bununla belə, onların qarşısında nə haqdasa dərin fikrə

      gedərək dayanmışdı. Nəhayət, o dilləndi:

      – Buradan o yana getməyə ehtiyac yoxdur.

      Bəlkə, siz mən doğulan vaxtdan bu maşının ixtira olunduğu vaxta qədər keçən müddəti müəyyənləşdirə biləsiniz. Üstündəki yazıdan çıxış etsək, bu aparat partlayan atomları


Скачать книгу