Aşeka. Babacan Pesenkurdu

Aşeka - Babacan Pesenkurdu


Скачать книгу
olarlar.

      Ancaq həqiqət qarşısını kəsən bu şəxsin kölgəsi kimi aydın idi. Ay sonu peyda olan dolunay həmin kölgəyə daha da əzəmət qatmışdı. Səhra siçovullarının belə səsi çıxmırdı. Ölüm də səssiz sonluq idi…

      Ürəyinin döyüntüsünü özü belə eşidirdi. Oxu çıxarıb, yayı dartıb, hazır tutub şahin kimi ətrafı izlədi. Ağlına Peyğəmbərin (s.a.s) Səd Əbu Vəqqas üçün etdiyi dua gəldi və o duadan özünə də pay ayıraraq eyni anda həmin duanı dodaqaltı mırıldamağa başladı: “Allahım, atdığımı hədəfə çatdır və duamı qəbul et…”

      Kölgə yaxındır, ox səbrsiz…

      Ölüm və həyat, bir-birinə yaxın, lakin bir-birinin əksi olan iki məfhumdur…

      Halbuki, Həmzə Elifin o al dodaqlarına bir busə vermək istəyərdi.

      Qəlbində “Elif! Elif!” deyə qışqırdı…

      Kölgə getdikcə aydın olurdu. Sol ayağı axsayan bu şəxs tanış səslə Həmzəni çağırdı.

      – Həmzə, mənəm, Qul Əli.

      Həmzə dərindən nəfəs aldı. Yaşam sevinci qəhrəman olmaq fürsətini itirməyinin kədərinə qarışdı. Gələn köçərilərin ağsaqqalı Qul Əli idi. Qəbilənin əks istiqamətində 3-4 kelaynak quşu ovlayıbmış. Axsaq ayağına görə qəbiləyə ancaq indi çata bilibmiş. Dincəlmək üçün vahəni seçən Qul Əli susuzluğunu yatırandan sonra Həmzəyə baxdı. Sonra da Həmzənin arxasındakı xurma ağacına dolanmış sarmaşığı gördü. Elə o an tük ürpədici səslə qışqırdı:

      “AŞEKA!”

      Sanki möcüzəymiş kimi gözlərini bərəldib heyranlıqla “Aşeka”-ya baxırdı. Əlləri titrəməyə, başını sağa-sola yelləməyə başlamışdı. Həyəcanla: “Aman Allahım, Uca Allahım, odur, bax, odur… Aşekadır!” – dedi. Dodaqları yüksək hərarətdən titrəyən uşaq kimi idi.

      Bayaqdan xurma ağacının yanında duran Həmzə nə baş verədiyini anlamağa çalışırdı. Qul Əli əsasını hər iki əliylə tutub diz çökdü.

      “Aşeka, eşq, eşq, eşq…” deyərkən göz yaşları Ay işığı düşən vahəni belə qısqandıracaq saflıqla yanağından saqqalına doğru axdı. Bu möcüzənin həqiqət olduğunu anlayanda Həmzəyə izah etdi:

      “Rəbbim eşqi aləmdəki bütün yaradılmışların içində sadəcə insanın qəlbinə qoydu. Məhz buna görə də Rəbbimin əmri ilə digər yaradılmışlar insana səcdə etdi.

      Dünyada hər şey sevməklə başladı…

      Eşq bir insandan digər insana Rəbbimizin əmri ilə paylandı.

      Bu xurma ağacı da özünü onu eşqiylə əhatə etmiş həmin sarmaşığa həvalə edib. Sarmaşıq xurma ağacını səhranın fırtınalarından, günəşin qızmar şüalarından qoruyacaq. Bununla yanaşı ağacın suyundan içərək yaşayacaq.”

      – Amma bir gün ağacın suyu bitəcək və ağac quruyacaq! – Həmzə dedi.

      Həmzə sözünü bitirməmişdi ki, Qul Əli dedi:

      – Doğrudur. Eşqi üçün öləcək.

      – Ağac quruyandan sonra sarmaşıq da quruyacaq.

      – Elədir, – Qul Əli dedi, – o da eşqi üçün öləcək… Həmzə, eşq elə budur. Eşq özünü unudub yara çatmaqdır. Eşq bu ağac və sarmaşıq kimi yox və var olmağı istəməkdir… Eşq – bu ağac və sarmaşıq kimi onları bir-birinə bağlayan eşqin onları ayıracaq sonun əvvəli olduğunu da bilməkdir. Eşq bu ağac və sarmaşıq kimi zirehsiz və haqq-hesabsız verə biləcək hər şeyini fəda etməkdir. Eşq bu ağac və sarmaşıq kimi ona İlahi mükafatmış kimi sarılmaqdır. Eşq bu ağac və sarmaşıq kimi onunla, yalnız onda yox olmaqdır… Eşq bu ağac və sarmaşıq kimi yox olmaqdan qorxmayanların haqqıdır.

      Həmzə Qul Əlinin dediklərinə göz yaşları ilə qulaq asır və “Elifin yanına getməliyəm” deyir.

      Qul Əli müəyyən müddət idi ki, Həmzənin Elifə olan hisslərindən xəbərdar idi. Elə ona görə də “Get”, Get, get, Aşeka…” – dedi.

      Həmzə Elifin çadırına getməzdən əvvəl atlardan birini qaçırdır və Qul Əliyə əmanət edərək bir azdan Eliflə gələcəyini deyir. Sakitcə Elifin çadırına yaxınlaşır. Elif isə Həmzənin quş kimi ötməsini harada olsa, tanıyar. İki aşiq Qul Əlinin yanına gəlib ata minərək oradan uzaqlaşır.

      Səhər açılmamış iki aşiqin qaçdığını bilən köçərilər onların izinə düşürlər. Köçərilər həyat təcrübəsi olmayan bu aşiqləri Həmzə ilə qısa döyüşdən sonra tuta bilirlər.

      Aşiqlər bir-birini bərk qucaqlayır.

      Ağacın suyu bitir.

      Sarmaşıq ağacı daha da qucaqlamağa başlayır.

      Ağacın suyu bitir.

      Ağac ölür.

      Sarmaşıq da ölür.

      Aşeka ölür…

      * * *

      Rəvayətə görə həmin köçərilər qum fırtınasında tələf olurlar.

      Sonra isə Elif və Həmzənin öldürüldüyü yerdə, səhranın ən qızmar yerində səmadan Ay işığını oğurlayan bir vahə yaranmışdır. Vahənin kənarında xurma ağacı yetişir və o ağaca dolanan sarmaşığın üzərində yuxarıdan aşağıya doğru düz, incə bir xətt yaranır.

      Hər dəfə vahədən keçən ərəb yolçuları o ağacla sarmaşığa baxıb “Aşeka… Aşeka…” deyirlər və tədricən aşekadan “eşq” sözü yaranır.

      Aşeka gəmisi

      Şəhərdaxili su nəqliyyatına yeddi sərnişindaşıma gəmisi əlavə edilirdi. Adının çəkilməsini istəməyən iş adamı bələdiyyəyə yeddi gəmi bağışlayacaqdı. Bunun qarşılığında isə sadəcə bir xahişi vardı: Gəmilərdən birinin adı Aşeka idi və istəyirdi ki, bu gəminin adı dəyişdirilmədən bütün qaydalara əməl edərək öz köhnə heyəti ilə birlikdə xidmətə buraxılmalı idi.

      Gəmidə təkcə kapitan çatışmırdı, qalan bütün heyət əvvəlki işçilərdən ibarət olmalı idi. Bu gəminin və işçilərin bütün ehtiyacları da həmin iş adamı tərəfindən ödəniləcəkdi. “Seçkidən əvvəl əsl güc nümayişi olacaq”, – deyə bələdiyyə sədri düşündü. Çox isti gün idi, sanki hava bütün nəmi insanların üzərinə yönəltmişdi.

      Gəmilər bir-bir limana yan aldı. “Aşeka” köhnə olduğu qədər də baxımlı və heybətli görünürdü. Digər altı gəmi isə ilk dəfə bu şəhərdən işə salınaraq səfərə çıxacaqdı. “Aşeka”nın taxta gövdəsi, insanların qəlbinə istilik bəxş edən qəhvəyi rəngli həssas cilası ilə sanki “Mən buradayam” deyirdi. Yürüş qrupundan və ibtidai sinif şagirdlərindən ibarət olan izləyicilər bir neçə siyasətçinin heç bir dəyəri olmayan lazımsız çıxışlarını dinləyirdilər. Axır ki, nitqlər və marşlar bitmişdi, gəmi heyəti xalqı salamlayırdı. “Aşeka”nın kapitanı admiral kimi zəhmli durmuşdu. Gəminin heyəti katipanı saymasaq, altı nəfərdən ibarət idi. Kapitanın isə ilk səfəri


Скачать книгу