Tap-tapmaca. Народное творчество

Tap-tapmaca - Народное творчество


Скачать книгу
O nədir ki, yaşı çoxdur, qocalmaz,

      O nədir ki, gəzər, məkanı olmaz?

      O nədir ki, nə əskilməz, nə dolmaz?

      52. O nədir ki, öz məzarını özü qazar?

      53. O hansı bağdır ki,

      Torpağın əkmək olmaz,

      Çınqılın çəkmək olmaz?

      54. O hansı quşdur ki,

      Bir qanadı ağdır,

      Bir qanadı qara?

      55. Odda yanmaz,

      Suda batmaz.

      56. Oturmuşdum səkidə,

      Ürəyim səksəkidə,

      Göydən bir alma düşdü

      Bir qızıl nəlbəkidə.

      57. Səhər gül kimi açır,

      Aləmə nurun saçır.

      58. Suya düşər, islanmaz,

      Yerə düşər, paslanmaz.

      59. Səpdim gecə noxudu,

      Səhər gördüm, yoxudu.

      60. Uzaqdan baxaram, ağarar,

      Yaxına gedərəm, bağırar.

      61. Uzaqdan baxdım, yaman çox,

      Yaxına getdim, heç nə yox.

      62. Uzun-uzun ulama,

      Ucuna qıl dolama,

      Gedər uca dağlara,

      Gələr bizə salama.

      63. Uzun hacı, kök hacı,

      Duman başının tacı.

      64. Uçan bir quş kənəkdir,

      İşi tamam kələkdir,

      Dəyirmana can verər,

      Xırmana da gərəkdir.

      65. Xub gözəldir, hamıya baxır,

      Ona baxana iynələr taxır.

      66. Halalar, ay halalar,

      Dağda kəklik balalar,

      Nə kiçiyi böyüyər,

      Nə irisi balalar.

      67. Həşədə ay həşədə,

      Bir quş tutdum meşədə,

      Atanın yeddi oğlu,

      Hamısı bir peşədə.

      68. Həyətdə dağ,

      Pambıqdan ağ,

      Evə gələr,

      Suya dönər.

      69. Həsənağa xəstədir,

      Qolları qəfəsdədir,

      Nə yerdədir, nə göydə,

      Çərxi-fələk üstədir.

      BİTKİLƏR

(Ağaclar, otlar, güllər, meyvələr, bostan və tərəvəz məhsulları haqqında)

      70. Ağ qıza əl uzatdım,

      Məsti budaqda qaldı.

      71. Ağacın tutmaq olmaz,

      Ətrindən doymaq olmaz.

      72. Bahalıdır qiymətin,

      Şahlar çəkir minnətin.

      73. Bir sürü atlar

      Çəməndə otlar,

      Vaxtı gələndə

      Dərisi çatlar.

      74. Yaşıl taxt üstündə oturub pəri,

      Yaquta, mərcana bənzər ləbləri.

      Uzaqdan baxarsan, üzün gizlətməz,

      Əlini uzatsan, vurar neştəri.

      75. Nədəndi, ay nədəndi,

      Dərmə, nazikbədəndi,

      Plov üstə məskəni,

      Görən, rəngi nədəndir?

      76. Özü ala, yeri tala,

      Para-para, qəlbi qara.

      77. Sarı abası var bunun,

      Büzmə yaxası var bunun,

      Üstü çopur, içi dilim,

      Gör, nə səfası var bunun.

      78. Sarı-sarı sandıqlar,

      İçi dolu fındıqlar.

      79. Toxum əkdim, yarpaq bitdi,

      Yarpağın qocalar diddi.

      80. Çiçəkləyər, gül deyil,

      Ağdır, amma qar deyil,

      İstisi var, yun deyil.

      81. Aşmaz-uşmaz,

      Yerə düşsə,

      Beli sınmaz.

      82. Əynində yaşıl donu,

      Damarları görsənir.

      83. Əyri-üyrü boy atar,

      Ayağı yerə batar,

      Salxım-salxım sallanar,

      Altında sarvan yatar.

      84. Yağış yağanda

      Çimər, yuyunar.

      Yazda geyinər,

      Qışda soyunar.

      85. Uzanar, ha uzanar,

      Qollarından balalar.

      86. Alaca, ha bulaca,

      Səpdirmişəm yamaca,

      Düz dırmaşır ağaca.

      87. Anaxanım atlandı,

      Qol-qanadı qatlandı.

      88. Babam oturub ala çuxada,

      Kim soyundursa, gözü çıxar.

      89. Bostanda var gombul kosa,

      Üstü bozdu, içi xasa,

      Əzsən, dolar qanla kasa.

      90. Bədəni yerdə,

      Saqqalı göydə.

      91. Bir beləcə mil daşı,

      Yandırır dağı-daşı.

      92. Bir quşum var, alaca,

      Getdi, qondu ağaca,

      Özünə bir ev tikdi,

      Nə qapı qoydu, nə baca.

      93. Bir sandığım var, mərəndi,

      Nə qıfılı var, nə bəndi,

      Elə açılır, elə yumulur,

      Heç kim bilməz o fəndi.

      94. Bir toyuğum var, yer altında yumurtlar.

      95. Bostanda var bir arvad,

      Paltar geyib qatbaqat.

      96. Əzizim, qəssab ağlar,

      Sarı don qəssab ağlar.

      Ölən


Скачать книгу