Parma monastırı. Стендаль
taparıq.
Onbaşı bunu deyib dəstənin qabağında irəliləməyə başladı. Bir azdan adyutantla nökərin daşıdığı yaralı generalla rastlaşdılar. General güclə nəfəs ala-ala onbaşıya dedi:
– Dörd nəfər verin, məni hospitala çatdırsınlar. Ayağım parçalanıb.
– Get görüm burdan, – onbaşı qışqırdı. – Bu gün hamınız imperatoru satdınız.
– Nə? Siz mənim əmrimə tabe olmursunuz? Siz kiminlə danışdığınızı bilirsiniz? Mən qraf B., sizin diviziyanıza rəhbərlik edən generalam!
Onbaşı yaralının dediklərinə əhəmiyyət verməyərək oradan uzaqlaşdı. O, qəzəblə dedi:
– Təkcə sənin deyil, bütün generalların əl-qolunu qırmaq lazımdır. Onlar hamısı imperatora xəyanət ediblər.
Fabrisio bu ittihamları dəhşətlə dinləyirdi; o nə baş verdiyindən xəbərsiz idi.
Axşam saat 10 radələrində dəstə bir neçə küçədən ibarət kəndin girəcəyində alayla birləşdi. Onbaşının zabitlərdən yan gəzib heç birinə vəziyyətlə bağlı məruzə etməməsi Fabrisionun gözündən qaçmadı.
Kəndin küçələri piyadalar, süvarilər, güllə yeşikləri və furqonlarla dolu idi. Yerimək çətin məsələ idi.
– Burada da əsgərlərə xəyanətkar rəhbərlik edir! – onbaşı qışqırdı. – Düşmənin ağlına bu kəndi mühasirəyə almaq gəlsə, hamımız əsir düşəcəyik. Uşaqlar, dalımca!
Fabrisio boylanıb-baxdı, indi onbaşının ardınca cəmi altı əsgər gedirdi. Müəyyən müddət hara gəldi getdilər. Nəhayət, çəpəri aşıb çovdar əkilmiş sahəyə çıxdılar. Sonra yenidən böyük yola üz tutdular. Yol kənarındakı xəndəklərdə silahlar atılıb qalmışdı. Fabrisio özü üçün silah seçdi.
Yol enli olsa da, qaçqınlar və arabalarla elə tıxanmışdı ki, onbaşı ilə Fabrisio yarım saata zorla beş yüz addım irəliləyə bildilər. Bir azdan onbaşı dedi:
– Gəlin yenə çovdarlıqla gedək.
Dəstədəkilər yavaş-yavaş aradan çıxırdılar: indi vur-tut üç əsgər, onbaşı və Fabrisio qalmışdı. Geniş yoldan aralanmışdılar ki, əsgərlər zarıyıb şikayətlənməyə başladılar.
– Baho! Günümüz qara oldu ki! – onbaşı çığırdı. – Yaxşı, bu saat sizin kefinizi açaram.
O, sahənin ortasında bitən beş-altı ağaca göz gəzdirdi.
– Ağaclara tərəf! – əmr tonuyla qışqırdı.
Ağaclara yaxınlaşanda isə əlavə etdi:
– Yerə uzanın və səs salmayın. Amma yatmazdan əvvəl yemək lazımdır.
O, əsgərlərin birindən çörəyi alıb beş yerə böldü, ən balaca tikəni özünə götürdü.
– Dan yeri sökülməmiş düşmən alayı hücum edəcək. Onların bizi burada qılıncdan keçirmələrinə imkan verməməliyik. Beşimiz də əl-ələ versək, qurtula bilərik. Yanımdan ayrılmayın, gülləni yaxından atın. Sizə söz verirəm ki, sabah axşama hamınızı təhlükəsiz yerə çatdıracağam.
Onbaşı sübh tezdən dəstəni yuxudan oyatdı. Əmr etdi ki, silahlarını doldurub hazır saxlasınlar.
Dəstə geniş yolla irəliləyən qaçqın selindən əlli addım aralıda gedirdi. Bir azdan kəndarası yola çıxdılar. Fabrisio qırx franka qəşəng at aldı, ətrafa səpələnmiş qılıncların arasından isə ən uzununu seçdi.
Dəstə dayanmadan yoluna davam edir, əsgərlər öz aralarında oradan-buradan danışırdılar. Birdən onbaşı yola baxıb qışqırdı:
– Polkumuz gəlir!
O saat yola tərəf qaçdılar. Polkda iki yüzdən artıq adam olmazdı. Fabrisio onların arasında markitant qadını da gördü. Qadın piyada gedirdi, ağlamaqdan gözləri qızarmışdı.
– Soydular! Evimi yıxdılar! – qadın Fabrisionun sual dolu nəzərlərinə cavab olaraq zarıdı.
Gənc yavaşca atdan enib ona yaxınlaşdı və dedi:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.