Bir Daha Gelmeyecek. Reşad Mecid
çəkəndə dilim bal dadır,
Üzüm işıqlanır, güntək419 yanıram.
Mələklər qolumdan tutub qaldırır,
Bir boy ucalıram, qanadlanıram.
Genimdi, soyumdu, qanımdı adın
Minillik tarixi köçümdən gəlir.
Ən dərin qatımda atəş oyadır,
Hüceyrəmdən qalxır, içimdən gəlir.
Qoymaram adına yanaşa kölgə,
Müqəddəs ziyarət, məkandı adın.
Tanrı bəxşişisən, ən məsum körpə,
Ən ağıllı adam, ən üstün qadın!
DİZİN-DİZİN… 420
İlahi, mən nələr yazmışam, nələr,
İlahi, mən gedib hara421 çıxmışam?
Adlayıb yarğanlar422, keçib meşələr,
Gedib cəhənnəmdən yerə baxmışam.
Susuz səhralardan piyada keçib,
Halsız sürünmüşəm hey423 dizin-dizin.
Neçə gün susayıb, qanımı içib,
Səthində424 qalmışam dibsiz dənizin.
Məni bu dəhşətdən kim adladıb, kim,
Mən onun quluyam, həm köləsiyəm.
Məni əzablardan qurtaran sevgim,
Mən sənin uğrunda döyüşəsiyəm.
DİZLӘRİMİN SIZILTISI
Yuxudan oyatdı gecə,
Qalxdı, ayıltdı gizlicə,
Asta-asta425, incə-incə
Ayaqlarımı daladı426 –
Dizlərimin sızıltısı.
Səbəbin yüz yerə yozdum,
Hər anımı cızıb-pozdu,
Beynimə xəbər yolladı –
Dizlərimin sızıltısı.
Gördüm ki, qızarıb dərim,
İncidib, ağrıdır yeri.
Birtəhər429 açdım səhəri,
Yan-yörəsin sığalladım430 –
Dizlərimin sızıltısı.
Birdən sirrin başa düşdüm431,
Sevincdən təlaşa düşdüm
Kəbəm üçün sürünmüşdüm!
Nə gözəldi, nə əladı432 –
Dizlərimin sızıltısı.
SƏN! SƏN!
Hüceyrələrimin coşub
Mələdiyi, yenə Sən! Sən!
Qollarımın uzanaraq
Gəl dediyi, yenə Sən! Sən!
Ankarada, ya Gəncədə,
Keçdim min-min işgəncədən.
Yenə dönmür nadinc433 bədən,
İstədiyi – yenə Sən! Sən!
Tufan qalxır, külək434 dinir435,
Göy gurlayır, şimşək dinir.
Yenə susmur, ürək dinir,
Yenə deyir, yenə Sən! Sən!
SAVAYI 436
Yaddaşımda nə qalıb ki,
Sirli kələkdən437 savayı.
Sinəmin altında nə var,
Təşnə438 ürəkdən savayı.
Füzulitək yanan neyəm,
Tənha439 atlı, tək gəmiyəm.
Kimsə yox dərdimi deyəm,
Əsən küləkdən savayı.
Barışdığım gərdişim440 var,
Alışdığım vərdişim441 var.
Mənim özgə nə işim var
Səni sevməkdən savayı?
TAPARDIM 442
Beyninə girsəydim bir saatlığa
Bütün suallara cavab tapardım.
Bu qəliz443, mürəkkəb444 tapmacaların
Açmasını səndən qabaq tapardım.
Birini seçərdim – ayrılmaq üçün,
Başqa bir fikrini – bir qınaq üçün,
Bəlkə də təzədən vurulmaq üçün
Bir isti, bir kövrək bucaq tapardım.
Bəhanə axtarıb gündə yüz kərə
Dözərdim445 hər gələn qəza-qədərə.
Bütün elədiyin dəliliklərə,
Min günah içində savab tapardım,
Vallah axtarardım, vallah, tapardım.
NEYLƏYƏ BİLƏRƏM
Burda dərd içində tir-tir əsəndə
Lap446 mən öyrənsəm ki, kef eləmisən447.
Üfürə-üfürə sağ saxladığım
Hissləri sən orda kəfənləmisən -
Neyləyə bilərəm, neyləyə, canım?
Daha
419
Güneş gibi
420
Dizler üzerinde yürüyerek
421
Nereye
422
Uçurumlar
423
Hep
424
Sathında, üstünde
425
Usul usul
426
Yaktı, sızlattı
427
Kuşkular
428
Yolumu şaşırdım
429
Zorlukla
430
Sıvazladım, okşadım
431
Anladım
432
İyidir, muhteşemdir
433
Rahatsız
434
Rüzgâr
435
Konuşuyor
436
Başka
437
Oyundan
438
Yanan, susayan
439
Yalnız
440
Devranım, gidişatım
441
Alışkanlığım
442
Bulurdum
443
Çetrefilli
444
Karmaşık
445
Katlanırdım
446
Tamamen, büsbütün
447
Keyif sürmüşsün