Nar çubuğu. Əli Bəy Azəri
az uzun idi, sistem adamının priçoskasına oxşamırdı. Bizə baxma, boçjdan betərik, saqqal da buraxa bilərik, fəhlə paltarı da geyinərik, özümüzü batırana qədər alkaşlıq da edərik, heç kim bir söz deməz. Ədliyyədə bu məsələ bir az ciddidir, nəzarətdədir. Nəsə, diqqətimizi çəkdi. Bir də baxdıq ki, o, əsas yoldan çıxıb meşə yolu ilə getdi, hansı ki, o yol ilə nadir hallarda maşınlar gedir. Nəsə ciddiyə almadıq, yeyib-içməyimizdəydik. Az olur belə? Polkovnik adamdır, bəlkə, nəsə solaxay işi var orda, durub güdməyəcəydik ki… Hardasa on beş-iyirmi dəqiqə keçmişdi ki, “nolyeddi” qayıtdı, sükan arxasında həminki ağbaş kişi idi, ancaq bu dəfə mülki geyimdəydi. “Jiquli”nin üstündə “taksi” işarəsi vardı. Bilirsən də, Moskvada yalnız azərbaycanlı taksi sürənlər bu işarəni qoyurlar, qalanları “taxi” işarəsi gəzdirirlər. “Aha, burda nəsə var”, deyib düşdük arxasınca. Yolda bu barədə dərhal rəhbərliyə məlumat ötürdük. Həbsinə razılıq alandan sonra maşına “saxla” işarəsi verdik. O, sürəti aıtırıb bizdən qaçmaq istədi. Birtəhər onu ötüb qabağa keçdik və yolu kəsdik. Tabe olmaq istəmədi, maşını geriyə verib qaçınaq istəyirdi. Məcbur olub silahlarımızı çıxartdıq. O, bundan sonra da tabe olmaq istəmir, bizə hədə-qorxu gəlirdi. “Atəş açmaq” xəbərdarlığını etdik. Yenə labe olmadı. Azca şüşəni endirib polkovnik olduğunu, əməliyyat keçirdiyini, kimisə izlədiyini bildirdi, mane olmamağımızı xahiş eldi. Dedik ki, əgər doğrudan da belədirsə, istiqamət versin, birlikdə izləyək. Razı olmadı. Yenə də bizə hədə-qorxu goldi. “Generalın məxfi əmridir, general bilsə, bizi sistemdən qovdurar”, dedi. Ə1 çəkmədik. O, bu dəfə elə bir adamın adını çəkdi ki, quruyub yerimizdə qaldıq. O adam "O"nun ən yaxın adamı sayılır, daxili təhlükəsizlik məsələlərində sağ əli hesab olunur. FTX-da hamı ondan tük tökür, generallar da onun adı gələndə yerlərindən dik atılırlar. Odur ki, tez rəisə xəbər verdik. Əvvəlcə rəis də duruxdu. Onunla telefonla danışmaq istədi, lakin ağbaş polkovnik bundan imtina etdi. “Rəis qarışıq hamınızın başı ağrıyacaq”, dedi. Yalnız bundan sonra rəis bütün məsuliyyəti öz üzərinə götürərək həbs etməyə tapşırıq verdi. Dedi ki, kobudluq etməyin, tutub idarəyə gətirin, burda hər şeyi araşdırıb yoluna qoyarıq. Beləcə, onu tutub idarəyə gəlirdik.
–Onun dediklərinin düz olub-olmadığını dəqiqləşdirə bildinizmi? – Maraqlandım.
–Yox, hələ. Onu yaxşı danışdıra bilmədik. Kimi izlədiyini, nə məqsədlə izlədiyini, hansı işlərlə məşğul olduğunu demədi. – Əməliyyatçı dilinin altında mızıldandı. – Admı çəkdiyi böyük rütbəli adam barədə də yuxarı rəislərimizə məlumat vermişik. Hələ ki, bir səs-soraq yoxdur.
–Mənim yerlim yalan danışınaz.
Əməliyyatçı maşını saxladı. Düşüb piyada yolumuza davam etdik. İzolyator idarənin arxa tərəfində – əlli-altmış metrliyində yerləşirdi. Şaqqaşaraqla açılan qapılar məndə vahimə yaradırdı. Biz zirzəmiyə düşdük.
–Beş dəqiqə bəsdirmi? – Əməliyyatçı soruşdu.
–Bilmirəm axı o, nə üçün mənimlə görüşmək istəyir. – dedim. – Bir də siz iştirak etmək istəmirsiniz?
–Yox.
Nəsə… Məni o saxlanılan kameraya gətirdilər. Bəli, o, özüydü həbs olunan, daha heç bir şübhəm qalmadı. Nə qədər yaxın münasibətim olmasa da ona ürəyim yandı. Qəribçilikdə olasan, gəlib düşəsən zindana, arxanca gələnin də olmaya… ağır dərddir.
Görüşdük, uzun müddət bir-birini görməyən doğmalar kimi qucaqlaşdıq. Onun güclü, qüvvətli qollarını kürəyimdə hiss elədim. Kövrəldim. Belə bir oğulun yeriydimi zindan? Dilim titrəyə-titrəyə nəsə bir kömək-zad lazım olduğunu soruşdum, elə-belə, sözgəlişi. Mənim nə köməkliyim dəyə bilərdi? Uzaqbaşı üç-beş min toplayıb verərdim, həmin məbləğlə də onu içəridən çıxartmaq mümkünsüz idi. Yüksək rütbəli bir adamın adından sui-istifadə etmək, xüsusi geyimdə gəzmək, hələ başqa hansısa işləri də varsa, araşdırıb tapsalar… əlli-ayaqlı gedəcək. Bura Moskvaydı, Moskvanın qanunları isə sərt yox, lap amansızdır. Gözümün önünə özbəkləri gətirdim…
–Bilirəm, bu məsələ özbəklərlə sahə müvəkkilinin işidir. – Ağbaş özü məlumat verdi. – Bircə burdan çıxım, vaylarını verəcəm. Sahə müvəkkilini iti qovan kimi dərhal sistemdən qovduracam. Özbəkləri də… hayana dönsə özümüzünkülərdi, yazıqdılar, bir səhvə görə tutdurmaq istəmirəm, yəqin ki, sahə müvəkkilinin fitnəsinə uyublar, deportasiya etdirəcəm, qoy gedib qışlaqlarında qoyunlarını otarsınlar, Moskva yetim-yesirin yeri deyil.
–Əməliyyatçı yolda mənə hamısını danışdı. Onların bu məsələdən xəbəri yoxdur.
–Bəlkə səndən söz almaq istəyib?
–Yox.
Mən ona yol boyu əməliyyatçı ilə aramızda olan söhbəti danışdım. Gülümsədi, rəngi açıldı. Mənə özü haqqında bəzi şeylər damşmağa başladı. Ağbaş həmyerlim, sən demə, Sabirabadlı imiş. Orda doğulub boya-başa çatıb. Müstəqil Azərbaycanın Polis Akademiyasını bitirib, ilk məzunlarından biri olub. Öz rayonlarına təyinat alıb, orda əməliyyatçı, təhqiqatçı, müstəntiq vəzifələrində çalışıb, polis kapitanı rütbəsinədək yüksəlib. Heç vaxt rüşvət almayıb, dələduzluq əməllərini ağlına belə gotirməyib. Həmişə haqqın tərəfındə, haqlının müdafıəsində dayanıb. Rəisin “solaxay” tapşırıqlarını yerinə yetirmədiyinə görə elə rüşvət ittihamı ilə şərlənib. İş yoldaşları üzünə dirənib. İşdən də olub, rütbədən də, həbsə göndərilib. Dörd il yatıb çıxıb. Türmədən çıxandan sonra nə qədər çalışsa da köhnə işinə bərpa oluna bilməyib. Doğma vətəndə qalıb işləyib-yaşamaq mümkünsüz olub. Ailəsi dağılıb. Yüzlərlə başqa həmyerliləri kimi çıxış yolunu Moskvaya üz tutmaqda görüb. “Moskva böyükdür, orda hamıya yer tapılar. Bir də kim-kimi tanıyır, kimin nə işinə başqası nə işlə məşğul olur”, deyə özünə təsəlli verib. “Rüşvət, dələduzluq maddəsi də ikinci pasport kimi alnına möhürlənib!” Ağbaş beləcə taleyi ilə barışıb və bu istiqamətdə köhlənməyə çalışıb. Polisdon çıxıb gedib bazarda kartof-soğan sata bilməzdi, istəsəydi belə bunu bacarmazdı. Ailəsi Sabirabadda yaşayır. Boşansalar da əlinə imkan düşdükcə ailəsinə pul göndərib. Qızı ailə qurub. Oğlu isə Polis Akademiyasının axırıncı kursundadır. “Nə qədər çalışsam da onu inadından döndərə bilmədim. Qorxuram ki, onu da mənim taleyim gözləsin…” Yalnız bu sözləri deyəndə azacıq kövrəldi. “Qorxma, qurd oğlu qurd olar, deyiblər”, təsəlli vermək istəsəm də dinmədim, sadəcə düşündüm özlüyümdə…
–Bəs nə yaxşı halal-hümbət qazandığınız “kapitan” rütbəsində deyil, “polkovnik» rütbəsində fəaliyyət göstərirsiniz? Bəlkə kapitan kimi daha asan “işləyərdiniz…” – Ağlıma gələn ilk sualı şappıldatdım getdi.
–Daha yaş o yaş deyil. – dedi. – İndi kim inanar ki, bu yaşda, bu başın sahibi hələ kapitandır.
Görüş vaxlı bitdiyindən ayrılınalı olduq. Nikbin idi, lezliklə çıxacağına, görüşəcəyimizə ümidliydi. Nə bilim?! Ona heç yazığım gəlmirdi, Murad demişkən,