Qəm yağışı. Xaliq Azadi Məmmədov
bu işdə nöqtənin qoyulduğu aydın idi. Bu dərd yükü ilə qayıtdım arxaya…
Altıncı gün idi. Bir-iki saat dincəlib çıxdım şəhərə. Yolüstü, Baysalı soruşdum, dedilər, səhərdən yoxdur. Qərara gəlmişdim, gedim İnqanı görüm.
Yataqxanalarının yanında avtobusdan düşdüm, binanın arxasına keçmək istəyirdim ki, səsləyim. Birdən İnqanı gördüm. Yataqxananın həyətində Baysalla yanaşı oturub şirincə nəyisə deyib gülürdülər. İkicə saniyə dayandım. Və çevrilib getdim, uzaqlaşdım.
– Niyə belə etdim? Kiminsə mənim qabağımda hansısa öhdəliyimi vardı? İndiyə kimi İnqa ilə danışanda, hansısa dəqiq bir fikir, ürək sözü demişdimmi mən ona? Aylar ərzində azmı olmuşdu vaxtım, imkanım? Mən özüm özlüyümdə ciddi düşünmüşdümmü ikimizin gələcəyimiz barədə?
– Yox!
Oturdum avtobusa, sürücü ilə salamlaşıb keçdim axıra. Salon demək olar ki, boş idi. Gözlərim dikildi abtobusun enli pəncərəsinə. Fikrim getdi uzaqlara. Keçmişli- gələcəkli bir məkana. Pəncərə önündə dəyişən lövhələr, evlər, insanlar uzun həyatın kiçildilmiş variyantı idi. Artıq mənim üçün avtobusun pəncərəsi həyatın ekranı idi. Kimlər və nələr keçmədi bu ekrandan! Hansısa sirli qüvvəydi durub ekranın arxasında, kadrları elə sürətlə dəyişirdi ki, mənim şüurumun gücü çatmırdı bu dəyişilikləri qavrasın, dərk etsin! Deyəsən düşünmək bacarığım fəaliyyətini dayandırmışdı.
Sürücünün səsi məni qaytardı bu dünyaya:
– Nə olub, Azad, xəstə deyilsən ki?
San ki, yuxudan ayıldım:
– Yox, yox, narahat olma!
– Dövrəni axıracan mənimlə getdin. Gördüm düşüncələrdəsən, narahat etmədim. İndi hara aparım səni?
– Narahat olma, qayıdaq marşurutunla, yolda düşərəm.
Yolda düşdüm avtobusdan. Bir xeyli gəzdim şəhəri. Kinoteatrla üzbə-üz olan parka girdim. İstirahət günü olduğu üçün bura adamla dolu idi. Haradasa bir boş skameyka gördüm, əyləşdim ki, dincimi alım. Kiçik bir quşun hərəkəti bütün diqqətimi özünə cəmləşdirdi.
Qabağımda bir sərçə böyük bir çörək parçasını dimdikləyirdi. Deyəsən, çörək elə daşlaşmışdı ki, sərçənin etdiyi cəhdlər heç bir nəticə vermirdi. Az qala, duracaqdım ayağa ki, götürüm sındırım daşlaşmış çörək parçasını. Bircə işdən qorxurdum: mən qarışsam sərçənin işinə, o qorxudan uçub gedə bilər. Təbiətin yaratdığı kiçik bir kiçik dramatik yönlü mübarizəyə mənim qarışmağa ixtiyarım vardımı?
Sərçə xeyli əlləşdi, bu quru çörəyi fırladı, dimdiklədi, axırda başa düşdü hər şeyi. Ona çatdı ki, bu daşa dönmüş çörək parçası onun üçün deyil. Qisməti olmdığını görüb uçub getdi.
Mən də başa düşdüm!
– Faktı qəbul etməyi bacarmaq lazımdır! – dedim ucadan, səsim yaxınlıqda oturub körpəsini bağrına basmış bir gənc ananı diksindirdi. – Bu mövzu bağlıdır daha mənim üçün!
O gündən hər şeyə, insanlara, hadisələrə, faktlara başqa baxışlarla baxmağa başladım. Hər insan yolunu özü seçir, mən də o cümlədən. Mən özüm seçmişdim düşdüyüm bu yolu! Və mənə yaşamaq müəyyən mənada asanlaşdı! Dünya geniş imiş…
6-cı hissə
Bir-iki gün idi işləyirdim. Nə qədər özümü sakit göstərsəm də, daxilimdə mənimlə yaşayan həyacanı, qəmli düşüncələri bir kənara qoya bilmirdim. İlk növbədə Vətəndə mənimlə bağlı xoşa gəlməz hadisələrin əks-sədası, qəmli xatirələri məni narahat edirdi. Bir tərəfdən də İnqanı kimləsə bir yerdə görmək ağır zərbə oldu mənə. Mən onsuz qapanmışdım özümə, İnqanı həyatımnan silmək düşüncəsi isə məni daha da üzürdü. Nə qədər çətin də olsa, qəbul etdiyim qərara – İnqaya qarşı biganə olmağa çalışırdım. Bu hərəkətimin İnqanın nəzərindən nə dərəcədə yayındığını deyə bilməzdim. Yəqin ki, hiss edirdi nəsə. Çünki, ilk vaxtlar hər vasitə ilə onunla görüşdən qaçmağa çalışırdım. Ürək ağrısı ilə atdığım bu addımların – səhv addımların – arası kəsilmirdi.
Bir dəfə ikinci növbə işləmək üçün parkdan çıxıb başlanğıc yerimə- Predmostnaya deyilən meydana girdim. Burada qeyd olunur və xəttə buradan çıxırıq, ilk dayanacağımız və son dayanacağımız buradır. Təzəcə girmişdim meydana, İnqanı gördüm. Uzaq da olsa tanıdım, bizim dayanacaqda dayanmışdı. Avtobusu görmüşdü. O dəqiqə çıxdım meydandan. Boş-boşuna. Üz tutdum qaraja. İşdən yarımçıq qayıtmağımın səbəbini soruşa bilərdilər. Hər ehtimala qarşı, avtobusun mühərrikə gedən naqillərinə əl gəzdirdim, pis işləməyi üçün. Parka girdim, maşının pis işlədiyin deyib, təmirə ehtiyac olduğunu bildirdim. O gün işləmədim. Bir gün sonra İnqanın birinci növbə olduğnu bildiyim üçün mən də qrafiki dəyişdim ki, görüşmək imkanımız olmasın…
Rəfiqəsi mindi avtobusa. Son dayanacaqda hamı düşəndə yaxınlaşıb söhbət etmək istədiyini bildirdi:
– Azad, vaxtın var oturub danışmağa?
– Yox! – dedim, – bağışla. Nəsə vaxtı çatdıra bilmirəm.
Yenidən durdum dayanacağa, marşruta getmək üçün.
– İnqa xahiş edirdi, vaxt edib görüşərdin.
– Salam deyərsən ona. Hələlik vaxt edə bilməyəcəm. İşdən sonra tikinti işindəyəm. Yaxın dostlardan biri ev tikir, kömək edəcəm bir neçə gün, – ağlıma gələn yalanları quraşdırırdım!
Sonrakı təsadüfü görüşlərdə çalışdım söhbətimiz dərinə getməsin. Bacardığım qədər tənha görüşlərdən uzaq qaçdım. Beləcə vəziyyəti sabitləşdirdim. Nə qədər düzgün edirdim, mən düşünmürdüm. İstəyirdim ondan uzaq olum, müəyyən vaxt buna nail oldum. Yalnız müəyyən bir vaxt ərzində.
İnqanın mənim ürəyimdə nə qədər dərin yer tutduğunu görməmək, düşünməmək üçün etdiyim cəhdlərin gücü bir – iki aya güclə çatdı…
7-ci hissə
– Sağ ol, əziz qardaşım! Şükürlər yaradana ki, sənlə dostam! Miinnətdarlığımı sənə sözlə ifadəmə gücüm çatmır! – iri pəncələri əlimi sıxmışdı.
– Nə olub, Baysal? Mənim xidmətim nə olub?
– Sən, sənin işin, sənin bizi axşamlar dərsdən gətirən avtobusun məni yenidən yaratdı! Mənim yoluma İnqa adlı insanı gətirdi!..
Özümə çox söz versəm də, ürəyim sıxıldı. Bayıra çıxdım. “Unutmaq lazımdır!” dedim özüm özümə. Hər ikisi yalnız və yalnız dostdurlar mənə!
…Sevgi burulğanına düşənlərin neçəsi çatır muradına?
Ulu Tanrı, köməyini əsirgəmə sevənlərdən! Viran qoyma sevgi yaşayan ürəkləri!..
Deyirlər, məhəbbətin gözü kordur. Bəlkə də, bu məsəldə həqiqət olur. Yəqin, isbatı bu məsələyə