Günahsız günahkar. Roman. Hissə – 2. Fatma Axmed kızı Nabieva

Günahsız günahkar. Roman. Hissə – 2 - Fatma Axmed kızı Nabieva


Скачать книгу
bunu danışdıq səninlə dostum. Tahirin özünə dostum deməsindən Aylının xoşu gəldi, yazıq – yazıq çarəsiz baxan -Tahirə: söz verdim dostum narahat olma, gərək olmayacağına məndə inanıram. Aylın gülümsəyərək, – Tahirə: mənə bir şey olmaz qorxma, əğər dediyimiz son variantımıza ehtiyac olarsa, mən sübüt olaraq vidyo çəkəcəm və özüm çıxdıqdan sonra partladacam. Tahir- Aylına: burdan necə çıxacaqsan ki? -Tahirə: hər tərəf dağılmış görürsən, bir tərəfdən yol tapıb çıxaram. Məni bir aydı buna demi hazırlaşdırırdı dostun yerə çırparaq? Tahiirin baxdığını görüb, tamam zarafat edirəm. Aylın – Tahirə: dostum hava işıqlanacaq birazdan cəld ol, Tahir gətirdiyi partlayış cihazını aparıb getdi.

      Aylın ətafa baxdıb gizlənəcək yer axtardı, Tahir cihazları quraşdırırdı. Aylında bir yer tapdı özünə gizlənməyə, öz – özünə: burası mənə görədir, dağılmız daş qırığlarını yığırdı gətirib anbara. Tahirdə gəldi cihazları yerləşdirib – Aylına: hər şeyi cəld etməliyik dostum. Bura o şərəfsizlər gəlmədən öncə qorumalarını göndərəcəklər, buranın hər yerini baxışdan keçirəcəklər və sonra olara xəbər verəcəklər. Əmin olmadan gəlməzlər bura o şərəfsizlər, səni görsələr həm planımızda batar, həmdə öldürəllər səni və sonrasınıda bilirsəndə?

      Aylın -Tahirə: planımızın batmaması üçündə rəyisə bu haqda, burda hər şeyin hazır olduğundan sora evinə gedib deyəcəksən. Bizdə gecədən buna görə demi əlləşirik burda dostum? Tahir öz – özünə: mənə niyə öncədən bildirmədi axı? mən onun yanında idim bütün günü işdən ayrılana kimi. Aylın – Tahirə: plan nəyə deyillər? bəzi şeylərdə dəyişiklik ola bilir, məndən yaxşı bilirsən. Sən burda mənimlə şüphə dolu söhbət edincə get qalanlarıda qur, birdə gözdən keçir hər şey düzdürmü. Əgər mənə inanmırsansa götür özün zəng et rəyisə soruş. Tahir çox çətində olsa Aylına inandı, çantadan başqa partlayıcı cihazları götürüb getdi. Aylın dərindən nəfəs alıb Tahirin ardınca, səndə məni bir gün bağışlayarsan dostum, yalan danışmaq zorunda qaldım.

      Sərdar saat 6 – da oyandı, qalxıb getdi vannaya, Aylının getdiyindən xəbərsiz idilər. Geçə atasıla dartışmışdılar və sonunda planın bu dəfə baş tutmayacağına qərar vermişdilər. Atasıda gecə yata bilmədiyindən qalxmamışdı hələ yerindən. Sərdar yuyunub gəldi, divanda oturub qolundakı saatına baxdı. Öz – özünə: atamın planı baş tutmadı deyə incimiş məndən, yoxsa çoxdan oyanardı. Yat ata yatmağın yaxşıdı mənimlə davalaşmağındansa, həmdə bu gün bazardı dincəlmiş olarsan. O alçağı isə başqa yolla mən ələ keçirəcəm, söz verirəm sən heç ürəyini sıxma. İndiyə qədər sən deyəni etdim, artıq özüm quracam planı sənsiz, qalxıb getdi mətbəxtdə qəhvə hazırlamağa.

      Hər şey yerində idi, Tahir cihazları partladacaq pultunü verib – Aylına: bax bura basdığında hammısı birdən göyə sovrulaçaq. Ətrafa baxıb – Aylına: buda səninlə əlaqə yaradacağımız mikrafondur, Aylının üstünə yerləşdirdi. Basdığında səsini duyacağıq, basmasan səsin gəlməz anladınmı? Aylın Tahirin dediklərinə diqqətlə qulaq asırdı. Tahirin üzündən necə həyəcanlı olduğu anlaşılırdı. Tahir – Aylına: burda partlayış anı qalsan nələr olacağını bilirsən, sənə yetişməmizçün ən azı 10 dəqiqə filan lazımdır. Biz çox kənarda dayanacağıq, oların bizidə görməmələri lazımdır. Sən bizə buranın və özün haqda məlumatını verəcəksən. Cox aşağı səslə, pıçıldayaraq anladınmı? – Tahirə: anladım dostum bu haqda dostun öyrədib məni, get artıq vaxtdır. Aylın -Tahirə: Tahir, Tahir baxıdı – Aylına: buyur Aylın xanım. Aylın gülümsəyərək, -Tahirə: burax xanımı filan, hər şeyçün cox sağol sən yaxşı dostsan. Sərdarı heç vaxtdı tək qoyma, – Aylına: elə danışırsan bir daha görüşməyəcəyik kimi. Səndə gərçəkdən mərd qızsanmış halal osun sənə bizə kömək edirsən. Aylın Tahirin boynunu qucaqladı, bir anlıq Tahir baxa qaldı, öz – özünə gülümsədi Aylının sadəliyinə və saf ürəyinin olmasına. Özüdə qucaqlayıb bağrına basaraq – Aylına: biz axşama görüşəcəyik, danışdıqmı? dostuna söz verdin unutma. Aylın Tahirin baynunu buraxıb gülümsəyərək, – Tahirə: danışdıq dostum, geci – tezi görüşəcəyik söz. Tahir ətrafa göz gəzdirib saatına baxdı, saat 7 – ə işləyidi, mənim burdan çox ehtiyatlı çıxmamğım lazımdır. Gedirəm rəyisə bildirim hər şeyin hazır olduğunu, olar axşama gələcəklərsə gözətçiləri az vaxtdan burda olacaqlar, yerindən çıxma. Aylın keçib yerində əyləşdi daşların ardında. Tahir Aylının oturduğu yerə birdə baxdı qıraqdan, – Aylına: görsənmirsən, silahın üstündədir demi? Aylın tapancanı göstərib işarə etdi ki, get artıq. Tahir gedincə – Aylına: bax əlindəkiyə ehtiyatlı ol, burdan özün çıxmamış basmaq yoxdur, -Tahirə: get artıq. Tahir boş çantanı götürüb getdi, Aylın dərindən nəfəs alıb öz – özünə: çox şükür inandıra bildim bunuda. Telefonu çıxarıb Ramizə – Kamilə – Sadiqə – Nərgizə, mesaj göndərdərməkçün nə isə yazmağa başladı.

      Ramizin telefonuna mesaj gəldi, telefonunu götürüb baxdı mesaj Aylınan idi. Açıb oxudu, birdənəm salam sabahın xeyir necəsən? axşam yuxumda səni gördüm, yaxşısanmı? birazdan həkimlərin müyanisindən keçəcəm telefonum sönülü olsa bağışla. Mənim tək bir varlığımsan sən bu həyatda, səni çox istəyirəm öpürəm. Ramiz geri cavab yazıb göndərdi – Aylına: doğum günün mübarək canım, səni çox istəyirəm məndə. Mesaj çatmadı Aylına, Ramiz öz – özünə: müayinəyəmi çağırdılar? telefonu yerinə qoyub gülümsəyərək, öz – özünə: vah – vah ordakı yazıq həkimlərin halına. Səni necə müayinə edirlər görəsən? gülümsəyib, baxdı.

      Kamilədə, Nərgizədə, Sadiqədə, Şahnaz xanımada, mesaj gəlmişdi Aylından, hamıyada müayinədən keçəcəyini yazmışdı, geri cavab yazsalarda, kimsənin mesajı çatmadı Aylına.

      Qapının zəngi basıldı, atasıda gəldi oyanıb divanda əyləşdi, Sərdara öz – özünə: kimdir səhər – səhər? qalxıb getdi qapıya. Gəlib qapını acdığında Tahir görüb, xeyirdimi qardaşım səhər – səhər? – Sərdara: atan evdədirmi? Sərdar hə evdədir. Tahir tez içəri getdi Sərdarı gözləmədən,

      gəldi rəyisi əyləşmiş görüb həyəcanla baxdı. Sərdarda gəldi ardınca – Tahirə: qardaşım nə olub sənə? rəngin yenə qaçıb gecə yuxuda Aylınımı görmüsən? güldü. Tahrin çiyninə vurub keçib əyləşdi, Tahir baxa qalmışdı, heç Sərdarın rəyisin üzlərindən plan haqda məlumat olana oxşamırdı. Tahiri tər basdı öz – özünə: aman Allahım bircə düşündüyüm olmasın. Rəyis – Tahirə: sabahın xeyir oğlum, nədir o düşündüyün kimi olmayacaq? Tahir – rəyisə: mənə güvənmirsinizmi siz? rəyislə Sərdar Tahirə şaşqın baxışlarla baxdılar. Sərdar – Tahirə: nə olur səhər – səhər sənə? doğru düzgün anlatsana. Tahir – rəyisə: tapşırığınızı yerinə yetirdik Aylınla. Atası Sərdara baxdı təcüblə, rəyis -Tahirə: oğlum sən nədən danışırsan anlatacaqsanmı? Aylın gecədən plan qurduğumuz yerdədir, hər şey hazırdır bildirməyə gəldim. Sərdarla, atası ikisi birdən, nəə? sən nə danışırsan? rəyis ayağa qalxdı. Tahir çaş – baş baxa qaldı, – rəyisə: Aylın zəng edib sizin dinləndiyinizi və izləndiyinizi dedi.


Скачать книгу